Məzmun
  1. Əş’ar
  2. Rzaqulu xanın tərcümeyi-halı
  3. Böyükxanımın tərcümeyi-halı
  4. Qəzəl
  5. Qəzəlin sətri tərcüməsi

Səhifə 2 / 3 · 33%

Rzaqulu xanın tərcümeyi-halı

Rzaqulu xan 48 sinnində bir milyonçu olub, Fransada Paris şəhərində hüquq elmindən mə’zun qurtarmışdı. Müşarulileyh İranın Paris səfiri İsfəndiyar xan Əminülmülkün oğlu olub 1286-cı sənədə 12 sinlərində ikən atasının məiyyəti ilə Paris şəhərinə getmişdi. 24 sinlərinə qədər Fransanın ibtidai və e’dadi məkatibində hazırlandığdan sonra məşhur Sorbon darülfünununa daxil olmuşdur. 28 sinninə yetişdikdə Sorbon daralfünunun hüquq şö’bəsindən qızıl nişan və iftixar ilə mə’zun olmuşdur.

Rzaqulu xan ağıllı bir nəfər çıxıb, alim olduğu kimi, böyük və şöhrətli İran və Fransa ədibi sırasına da keçmiş idi. Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müəssir xitabələr ağızdan-ağıza dolaşaraq nəhayət jurnallara və qəzetlərə dərc olunardı.

Rzaqulu xan 1302 sənəsində təhsilini qurtarıb İran səfərinə hazırlandığı sırada İranın Peterburq səfiri Mirzə Əbdürrəhimxan Saidülmülk Tehrana iste’fa teleqrafı göndərdiyi üçün İran hökuməti Rzaqulu xanı Peterburq səfarətinə də’vətə başlamışdı. Rzaqulu xan isə səfarət ümurində təcrübəm yox deyə səfarətdən büsbütün imtina edirdi, zira atası İsfəndiyar xan Paris səfarətindən, yainki büsbütün hökumət qulluğundan iste’fa etdiyi sırada nə qədər ki, İranda qanun əsası məşrutə yox isə hökumət qapısına yaxın düşmə, – deyə oğluna tövsiyə etmişdi.

Rzaqulu xanın İran səfərinə məktəb və darülfünun yoldaşlarından ma’əda mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi, zira Rzaqulu xan ilə həm əqidə olan oğlu müsyö Lui də, Rzaqulu xan ilə məən İran səfərinə hazırlanmaqda idi. Darülfünunun tibb şö’bəsindən mə’zun olduğu gündən Rzaqulu xan müsyö Luini İran səfərinə təşviq edərdi. Zira Rzaqulu xan hər yerdə İranın doktora olan ehtiyacını deyib doktora böyük pullar və’d edərdi.

Rzaqulu xan 1302-ci sənənin axırlarında öz doğulduğu və vətəni olan Təbriz şəhərinə gəlib doktor müsyö Luini də öz nişanlısı Liza xanım ilə məiyyətində gətirib Xiyaban məhəlləsində imarət və əşyayi-bettiyyə verib sakin etdirmişdi.

Rzaqulu xan İranda başlamaq istədiyi islahat ən əvvəl öz atasından qalmış 60 para kəndlərindən başlandı. Rzaqulu xan kəndləri xaraba gördüyü üçün əvvəlcə kəndlərin üç sənəlik mədaxilini kəndlilərə bağışladığı kimi, öküzü olmayanlara öküz, toxumu olmayanlara toxum verərək əhalini kəndliyə məxsus bir məişətlə yaşamağa alışdırmaqda idi. Kəndlərin nəzafəti və bir para bidətlərin rəf’i üçün biçarə Rzaqulu xan sənələrcə çalışmağa başladı. Məsələn, övrətlərə saxta xal döydürmək, övrətlər kişilərə qarışıb toylarda oynamaq, kişilər bikar yatdığı yerdə övrətlər kişi yerində işləmək, cüt əkmək kimi işləri büsbütün ortalıqdan götürdü. Bundan sonra Nəsrəddin şahın zatinə xüsusi bir ərizə göndərib İnkiltərənin Tayms kompaniyasına verdiyi imtiyaz kimi bir imtiyaz tələb edib «İslahat» namında bir qəzetə nəşr etdirmək istəyirdi. Rzaqulu xanın bu ərizəsi isə o vaxtlar Tehranda çıxan rəsmi ruznamə olan «İran» nam ruznamənin hey’əti-təhririyyəsi tərəfindən məsləhət görülmədi, ərizə geri qaytarıldı. Nəsrəddin şah islahat hökumətdədir, hökumət özü islahata tərəfdardır, «İslahat» namində qəzetənin vaxtı hələ yetişməyibdir deyə cavab verdi. Bundan da naumid olduğundan sonra Brüsseldən beljik mühəndisi məşhur müsyö Dodu də’vət edib Təbrizdən Tehrana qədər bir tramvay-konka xətti çəkmək həvəsinə də düşdü. Buna cəhət yenə Tehran hökumətinə imtiyazdan ötrü ərizə göndərib bir tərəfdən də müsyö Dodun tədarükünü verərək yolun məsafətini və xərcini təxmin etdirməyə başladı. Otuz min tümən – 60 min manat – xərc olduqdan sonra yolu çəkmək dəxi mümkün olmadı. Zira Mirzə Ələskər xan Əminüssoltan yüz min tümən rüşvət istəyirdi.

Müxtəsər, Rzaqulu xan hansı təşəbbüsə başladı isə də yarımçıq qaldı. Nəhayət, öz oğlanlarını və balaca Münəvvəri doktor Luinin övrəti Lizanın təhti-tərbiyəsinə ötürüb yavaş-yavaş nafe kitablardan İran dilinə tərcümə etmək üçün bir darüt-tərcümə tə’sis etdi.

Rzaqulu xan böyük oğlu Pərviz xanı mühəndislik, kiçik oğlu Haçı xanı Berlinə məktəbi-hərbiyyəyə, qızı Münəvvər xanımı da yenə Parisdə mamalıq elminə göndərmək istəyirdi. Buna görə hər ildə otuz min tümən Təbrizdəki inkilis əmanətxanasına qoyub uşaqlarının xərclərini tə’min etmək istəyirdi. Avropa qəzetlərində İranın rəzaləti xüsusunda yazılan hər bir məqalə Rzaqulu xanı narahat edərdi. O cümlədən «Tayms» qəzetinin 8169-cu nömrəsində tələbə imzası ilə yazılan məqalə idi. O məqalədə İranın vəziri-hərbiyyəsi olan Süpəhdari-ə’zəm təhqir olunmuşdu.

Rzaqulu xan İranda hansı işə iqdam etmək istədisə də müvəffəq olmadı, zira o vaxtlar bir milyon sərmayə ilə bir işə iqdam etmək istəyən zat haman pulu büsbütün hökumət kişilərinə rüşvət verməli idi. Bundan da əlavə Rzaqulu xana fe’l ilə, pul ilə müavinət edən deyil, qövlən, lisanən də müavinət edən yox idi. Fəqət bir-iki nəfər millətin nizamiyyə müəllimlərindən tibb müəllimi Məhəmməd Cəfər xan, elmi-həndəsə müəllimi Məhəmməd Mirzədən ibarət idi. Bunlar isə sair millətin üzvlərinin hökumətə verdiyi raportlardan qorxduqları üçün Rzaqulu xana yaxın düşə bilmirdilər. Rzaqulu xan həmişə hökumət kişilərinin əhaliyə olan zülmlərindən yazmağı üçün daima hökumət nəzərində müqəssir sayılırdı. Bir tərəfdəndə kəndlilər içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı.

Ancaq Rzaqulu xanı ən ziyadə məşğul edən övrəti Böyükxanımın tərbiyəsizliyi və tərəqqiyə qarşı zidd çıxması idi. Böyükxanım Rzaqulu xanı həmişə iqdam etdiyi işlərinə cəhət tənqid edərdi. Məsələn, övladının Lizanın təhti-tərbiyəsində olması onu ziyadə məşğul etmişdi. Ona cəhət daima Rzaqulu xanı tənqid və məzəmmət etməyə başlamışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Atabəy Məhəmməd və Səba xanım

Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.

12 dəq
Bağdad

Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.

8 dəq
Dürrətülbağdad

Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. Axşam qaranlığı idi. Hansı tərəfə gedəcəyini bilmirdi. Bağdadda yaşadığının ikinci gecəsi idi. Heç yeri tanımırdı. Qəsrin qərb tərəfindəki meydançada yüzlərcə ağ uzunqulaqların durduğunu görürdü. Uzunqulaqların hər birisinin yanında bir nəfər qara qul durmuşdu. Hər kəs hansı tərəfə getmək istəyirsə, onlardan birisini kirayə edib minib gedirdi.Fəxrəddin qara qullardan birisinə yanaşaraq soruşdu:

13 dəq
Dilənçi xəlifələr

Günorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər.Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi:

11 dəq

Başqa şairlərin şeirləri