Qurban olduğum

Sallana-sallana dövlətxanadan,Bir çıxa boyinə qurban olduğum.

Molla Pənah Vaqif1 dəq
Zülflərin

O qızıl şananı alıb dəstinə,Nazik əllərinlə dara zülflərin.

Usta Abdulla1 dəq
Pirşağı

Yayın avqust ayındaGündüzləri təndir tək,

Zeynal Xəlil1 dəq
9

Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.

İsmayıl Şıxlı19546 dəq
I

Ürəyim, nəfəsim, alim-şair*oğlum Şamoya*

Süleyman Rəhimov4 dəq
Bilmədim

Yeridim, yeridim, yetə bilmədim,Dərdü-qəm əlindən yata bilmədim.

Aşıq Abbas Tufarqanlı1 dəq
Bilər

Oyandı sünbüllər, səcər gətdi bar,Orda min bəşər var, yeddi sin bilər.

Xəstə Qasım1 dəq
Adı var, özü yox

(Komediya)*Əhli-məclis

Nəcəf bəy Vəzirov18911 dəq
Babı

Mənim heç bir kəs ilə borcum yoxdur və heç bir adama demerəm ki, yerin əyridir, düz otur və heç bir əhed ilə işim olmaz ki, sen niyə filan məzhebdesen, filan dindəsən. İndi dünya azadiyi-vicdan dünyasıdı. Hesən, Əli, Cefər kefi istəyir şiə olmur babi olur, təbii olur, dəhri olur, farmasyon olur, heç bir yerə başın bağlamır ve hər nə ki öz xoşudur, onun dalınca gedir.Elə bizim əhkamımız da belədir. Peyğəmbərimiz də bu cür rəftar eləyib. Əsri-səadətdo bir nəferin dini-islamdan dönüb dübarə kaflr olduğu məsciddə sohbət edərkən, onun qardaşı qalxdı ayağa ki, ya rəsulallah, izin ver, gedim qardaşımı öldürüm. Həzrət buyurdu ki, dayan, əl-ikrahi fıddin, qəd təbəyyən orrüşd min-el-ğəyi, yəni dində kərahiyyət yoxdur, heç kəsə demək olmaz kİ, sən gəl, cəbrən müsəlman ol. JR.əhmətlik Siqətül-İslam vaxtı deyil ki, zor ilə urus qazağmı tutub xətənə elətdirəsən. Zəmani ki, haqq batil aydınlaşdı, h ə rk ə s öz ixtiyarmdadır, hansını qəbul edər, ozü bilər, hansından üz döndərər, gənə özü bilər. Hər kəsin dini, təriqəti özü üçündür. Qoyunu qoyun ayağından, keçini keçi ayağmdan asacaqlar. Yəni heç kosə dəxli yoxdur, mən bəhayi oldum, ya bəhayim oldum, kef öz kefımdir, cənnətə gedərəm, gedərəm, cohennomə gedərəm, özüm billəm...

Əliqulu Qəmküsar5 dəq
Tutuquşu

Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.

Süleyman Sani Axundov1 dəq
Əzizin Cənazəsi

Müsəlman sosial-demokratlarınlan ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar.Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər.

Ömər Faiq Nemanzadə19063 dəq
Ana

Haqq işinə qarşı getmə,Məni oda atma, ana.

Aşıq Heydər1 dəq
Qəsidə 3

نار است شعله شعله، رخ دلبرم ز تابمار است عقده عقده، دو زلفش بر آفتاب

Fələki Şirvani3 dəq
Qadasın aldığım

Yar adına mən dolanım, qız qadasın aldığım,Açılanda fəsli-bahar, yaz qadasın aldığım,

Molla Cümə1 dəq
Dördüncü pərdə

Dördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*

Sabit Rəhman195721 dəq
Vəfati-şair

Bu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəbəri" oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzetə əlimdən yerə düşdü. Bu xəbər milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəbəri idi. "İnnalillahi və innaileyhi raciun". Bəli, ölüm allah əmridir. Hər yaranan öləcəkdir. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərəkdir getsin! Bizim əziz və istəkli şairimiz Sabir dəxi çox zəhmətdən, cismani və ruhani əziyyətlərdən və küdurətlərdən sonra gözəl canını can yaradana təslim elədi. Mərhum ölüb getdi. Amma çox həsrət ilə getdi və özü ilə bahəm axirət evinə böyük arzularını və gözəl fikirlərini apardı.Sabir getdi, — bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Mərhumdan bizim böyük təmənnalarımız var idi. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik. Vəli, çox əfsus ki, əcəldən macal olmadı və Sabir həsrət ilə gedib, bizi də həsrətdə qoydu.

Firidun bəy Köçərli19111 dəq
Gəldi

Göz dikmişdim ağ buluda,Yağa-yağa qara gəldi.

Aşıq Bəsti1 dəq
Sevdiyim

İllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.

Aşıq Valeh1 dəq
Varmı

Ala gözlü, uca boylu şahzada,Şah sənsənmi, səndən qeyri şah varmı!?

Aşıq Musa1 dəq
Başlanğıc

Nizaminin nəzmini oxursan,Sözündə sən onu hazır bularsan.

Məhəmməd Əmin Rəsulzadə19491 dəq
Keçdi

Gördüm mələklər xasını,Bir sona sallandı, keçdi.

Ağdabanlı Qurban1 dəq
Axır ki, ağlat milləti

Hər gecə şamdan sora, ey MolləliQoy çırağı qarşüva, aç mətqəli,

Mirzə Əli Möcüz4 dəq
Dönər

Vətən deyib ağlayanın,Göz yaşları selə dönər.

Miskin Abdal1 dəq
Zərafətim var

Qurban olum sənə, vəfalı dilbər,Əfv elə, təqsirim, xəcalətim var,

Adsız el şairləri1 dəq
Gətir saqi şərabi-nab, mütrib sazını saz et!

Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et!

Qövsi TəbriziQəzəl1 dəq
Vay deyə

Ağanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.

Çoban Əfqan1 dəq
Dedin, nə dedi

Mən səni göndərdim salam duayla,Ərzi-halım yara dedin, nə dedi?

Varxiyanlı Aşıq Məhəmməd1 dəq
Karvan yola çıxır

Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

Hüseyn İbrahimov7 dəq
Dürüst dər məni

Ey şahi zülfüqar, Düldüləsüvar,Səndədir dərdimin dürüst-dərməni.

Aşıq Hüseyn Şəmkirli1 dəq
Ağ Aşığam xətim-kəlamdır bu gün

Ağ Aşığam xətim-kəlamdır bu gün,Cənnətül mərvaya götürün məni.

Ağ Aşıq Allahverdi1 dəq