Çarpayı

İsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.– Ana, ay ana!..

Mehdi Hüseyn193810 dəq
Gözlər

Aman allah, sevgi necə şirindi,Məcnun Leyli deyin bu dağı gözlər.

Novrəs İman1 dəq
Davalar… Davalar…

Yer üzündə od qalayanDavaların çoxdur sayı,

Cabir Novruz19952 dəq
Mən gülmək istərəm

Mən gülmək istərəm, çəkil, ey kədər!Çəkil pəncərəmdən, çəkil, ey duman.

Həkimə Billuri2 dəq
Niyə görən?

Biri qırxını yaşadı,Dördünü aldı, boşadı.

Zeynal Cabbarzadə1 dəq
Xətlər variasiyaları

Oğlum Paşaya*1. Əyləncəli həndəsə

Əli Kərim19694 dəq
Eldən vüqar alaram

Təpədən yol salaramDağlara qalxmaq üçün.

Mədinə Gülgün19741 dəq
Abbasını özün al

Birisi molla Nəsrəddinin boynuna bir sillə vurmuşdu. Molla qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra mollaya dedi:Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.

Xalq ədəbiyyatı1 dəq
Sürgün

Qovuldum ah, vətənimdən, elimdən,İllər boyu nələr gördüm, nələr mən.

Həbib Sahir4 dəq
İkinci hissə, 3

Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.

İsmayıl Şıxlı195710 dəq
Pisləyirsən gözəli sən necə hər an, ey şeyx

Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?Bu necə əql, nə insaf, nə iman, ey şeyx?

Abbasqulu ağa BakıxanovQəzəl1 dəq
Məhtaban 22

Ərmağan Həlaku, öz cinayətkar əməliyyatını başa çatdırıb, tələsik addımlarla güllüyə düşər-düşməz, başqa otaqlarda səliqə-sahman yaradan Məhtabanın ürəyi iynələnən kimi sancdı. Məhtaban səndələyincə, divara söykəndi, xan imarəti onun gözündə zülmət zindana çevrildi. “Xudaya, bu nə haldır məndə?” – deyə gözləri qaraldı. Məhtaban divardan tuta-tuta yeriyib oğlunu yatırtdığı otağın qapısını ehmallıca açdı. İçəriyə qulaq verdi. Səs-səmir yox idi. O, istədi beşiyin örtüyünü qaldırsın, ancaq nə isə qaldırmadı, daha düzü, titrəyən əli gəlmədi.Məhtaban bilmədi bu hal uşağı ayıltmağa qıymamaqdandırmı, yaxud onun öz mübhəm xofundan? Məhtaban ömründə görmədiyi ən ağır hal keçirincə, qayıdıb güc-bəla çarpayısına sərildi. Onun soyuyan sifəti ilin bütün fəsillərində Savalan dağının zirvələrində üst-üstə qalaqlanan qardan da betər ağarıb göyərdi. Sonra da tədriclə saraldı. Məhtaban bihuş halında əllərini yana sərib, ağır-ağır nəfəsini dərdi...

Süleyman Rəhimov4 dəq
Xəyanət – gözü kor, qulağı da kar

Xəyanət – gözü kor, qulağı da kar,Dayanıb mal kimi baxır üzünə...

Zeynal Xəlil19681 dəq
Şamama

Bir sənəmin sinəsinə muştağam,Cox cəkirəm ahu zarı, şamama!

Molla Pənah Vaqif1 dəq
Gəlmədi

Oğrun yollara baxmaqdan,Bağrım qan oldu, gəlmədi.

Aşıq Abbas Tufarqanlı1 dəq
Mənim türküm

Aşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…

Almas İldırım1 dəq
Qartalın ölümü

Qartalı qoynuna elə aldı göl,Sanki bir ox düşüb suları dəldi.

Balaş Azəroğlu19751 dəq
Üçüncü məclis

Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə.*İsmayıl bəy**. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin...

Nəcəf bəy Vəzirov8 dəq
Həsb-hal

Tesviri pürmelalımı mütləq gören zevatAnlar keçirtmişəm necə efsürdə bir həyat,

Əliqulu Qəmküsar1 dəq
Nə üçün

Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzkarlarla boğuşaraq, işçi bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir mə’yusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızçığazının yanına əliboş gedirdi.Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

Süleyman Sani Axundov5 dəq
Sayad əmməni

Ovçusan, gəzirsən dağ damanında,Sən Allah, öldürmə sayadam məni.

Usta Abdulla1 dəq
“Matışqə”

Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.

Mir Cəlal Paşayev19344 dəq
Bir incə

Ey sevdiyim, naməhrəmə görünmə,Çək niqabın, gir laçına bir incə.

Xəstə Qasım1 dəq
Nəfəs pulu

Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.

Sabit Rəhman19349 dəq
Fürsət az, ehtiyac böyük

İki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub hər həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar?

Ömər Faiq Nemanzadə19153 dəq
Qaldım

Ürəyim nəzilib, qəlbim əzilib,Atadan - anadan aralı qaldım.

Aşıq Heydər1 dəq
Pərakəndə şeir 1

هوای فاخته رنگست و ابر بلبل فامبریز خون خروس ای نگار کبک خرام

Fələki Şirvani1 dəq
Oldum

Gecə-gündüz ağlamaqdanQəm evində dustaq oldum.

Aşıq Bəsti1 dəq
Yusif Nabi

Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:

Firidun bəy Köçərli192520 dəq
Gəldi

Ay ağalar, gözüm yaşı,Çağlamağın çağı gəldi.

Molla Cümə1 dəq