Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Kür qırağının əcəb seyrangahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Məcnun söyüdBelində yağışlı payız günləri,Bulud göz yaşıyla yuyur şəhəri.
Dördüncü məclisVaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!
Həsb-halTesviri pürmelalımı mütləq gören zevatAnlar keçirtmişəm necə efsürdə bir həyat,
Nə sağam indiNə kəmtale oldum mən bəxtiqara,Eyləyirsən mənə nə sağı indi.
Qatil uşaqOtuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi.Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində çındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmənləri gəzib: «Cəddimin payını ver», deyə kəndlilərdən «seyid verkisi» tələb edirdilər. Dini və adəti – mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir verkidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cür’ət edib onların tələbini rədd edə bilməzdi.
YoxduAy qəsrdə duran gözəl,Niyə təksən, elin yoxdu?
Fürsət az, ehtiyac böyükİki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub hər həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar?
Ona dedim: La İlahə İlləllahO dünyada stirükafir əkildi,Misqal- misqal badyalara töküldü,
Beşinci pərdəSəkkizinci şəkilXalçalar döşənmiş böyük çəmənlik. Bir tərəfində çay dəsgahı, o biri tərəfdə kabab bişir. Uzaqdan gülmək, oxumaq, tar, kamança səsi gəlir. Kolxozun məhsul bayramıdır. Təzə paltar geyinmiş kolxozçular çəmənlikdə gəzişirlər. Musa və Zalxa səhnədədirlər.*
Qitə 9شاها همه شاهان را شاهی به هنرمندیبنیاد شهنشاهی محکم تو درافکندی
DüşdüBaşım üstdən bulud keçdi,Göz yaşı çəmənə düşdü.
DönməzBir gözələ gözüm düşdü,Mən dönərəm, könül dönməz.
Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüsMolla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
EyləyirBozmolladan baxdım dağlar başına,Gördüm bulud göydə fəqan eyləyir.
Aşıq Valehlə aşıq Mahmudun 3-cü deyişməsiÜçüncü deyişmə*Aşıq Mahmud
Yoxdu, yoxAğa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.
Çarlığa qarşı mücadilə yarım yüzil öncəQafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiyaimperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr
SəbahSübh tülu eylər, çıxmaz aftab,Nədəndir açılmaz bu qara səbah,
AğalarO xaliq ki, girdə edib mazını,Alınımaza yazıb qara yazını,
Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənunSübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun
Saray ehsanıAtabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...
Can sağ ikən yurd vermənih düşmanaƏhli-İslam olan eşitsin, bilsin,Can sağ ikən yurd verməniz düşmana.
Reyhan ilə deyişməReyhan*İki aşıq bir meydanda tapılsa,
Gözlərinin giləsinəİgid olsa elə arxa,Can sadağa beləsinə.
Ah kim, gör neylədi bu gərdişi-dövran bu günAh kim, gör neylədi bu gərdişi-dövran bu gün,Eylədi bir növcavanı xak ilə yeksan bu gün.
Bir səhər piri-muğani çün ziyarət eylədimBir səhər piri-muğani çün ziyarət eylədim,Ayağında baş qodum, çox-çox ibadət eylədim.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.
Dağların qəlbiNuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.
İbrahim bəyin işinin sonu və təəssübkeşliyinin nəticəsi, 3Səkinənn çağırıb, Məhbubənin əhvalını soruşdum. Dedi:“Qızlar onun yanındadırlar, bir ucdan ağlayır. Nə qədər ürək-dirək verib sakitləşdirmək istəyirlərsə, mümkün olmur, heyran-heyran baxır, cavab vermir.”