Sən yadıma sal

45 il, elə bil, göz qırpımındaÖtüb keçdi desəm, olacaq yalan.

Həkimə Billuri1 dəq
Ayaqlaşa bilmirdi

Teymur Ləng bir gün Mollanı cıdırda iştirak etmək üçün dəvətedir. Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub meydana gəlir.

Xalq ədəbiyyatı1 dəq
Bahar lövhələri

Yenə dağlar dumanlardan üzə çıxır,Çəmənlərdə yaşıl otlar dizə çıxır.

Mədinə Gülgün19672 dəq
VI fəsil, 4

Birinci eşelon stansiyanın iki verstliyində dayandı. Yol yenə bağlı idi. Eşelon rəisi vaqondan düşüb əsgərlərin müşayiəti ilə vağzala yaxınlaşdı və birbaş rəisin otağına keçdi. Xudadat bəy, Səfikürdski və zirehli qatarın komandiri içəridə oturmuşdular. Onları görən eşelon rəisi azca özünü itirsə də, amiranə tərzdə vağzal rəisinə müraciət etdi:– Yolları nə üçün açmırsınız?

İsmayıl Şıxlı19953 dəq
Qızıl qanad

Dənizdə boy göstərib mahir üzgüçü kimiYavaş-yavaş batır gün.

Əli Kərim1 dəq
Sözə bax

Dedilər dostum xəstədir,yatır bərk,

Zeynal Cabbarzadə1 dəq
Cünunluq etməyə maildir bəşər

Cünunluq etməyə maildir bəşər,Birində az olur, birində bətər.

Abbasqulu ağa BakıxanovRübai1 dəq
XXXI

Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.

Süleyman Rəhimov19443 dəq
Həyatdır axar çeşmə

Həyatdır axar çeşmə,Yetər ah, dastan demə!

Həbib Sahir1 dəq
Aya qılasan

Ey günəş cəmallım, sən nə gözəlsən,İstərsən ki, tənə aya qılasan.

Molla Pənah Vaqif1 dəq
İkinci məclis

Fatma xanım tək, evi süpürə-süpürə.*Fatma xanım**. Keçən zamana necə gözəl zamana idi... Biz dörd gəlindik evdə... Hamımız qayınanamızın qabağında əli bağlı, satın alma qul kimi... Əlimiz-əlimizin üstə, üzüörtülü buracan. (Döşünü göstərir.) Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. (Süpürgələyir.) O zamanda xeyr var idi, bərəkət var idi. Bir kəlmədən artıq danışanda deyirdi:. Ay hey, yolunu itirmə, düz tərpən!.. Gəlinlər də dinməz-söyləməz (əlini vurur ağzına), guya ki, laldılar... İndi gəl, tamaşa elə. (Süpürgələyir.) Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! Tumanlarını elə fırladırlar, az qalır ki, göz tökələr... (Süpürgələyir.) Odu ki, bərəkət qalmayıb da... Bəs bu çiçək, qızılcıq, boğazağrısı nədəndi?.. Hamısı tamam onnandı ki, böyüyün üzünə ağ olurlar. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yer örtsün. (Qapıdan Səlman bəyin səsi gəlir.) Ələkbər, Ələkbər! (Fatma xanım süpürgəni atıb küncə, tez oturur bikef, iki əlləri ilə başını tutur.)

Nəcəf bəy Vəzirov18906 dəq
Sənin fotoşəkilin

Məktubumda: “Gəl deyə sevgilim!”yazdım sənə;

Zeynal Xəlil19551 dəq
Azərbaycan dövri mətbuatının qısa icmalı

Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər.

Firidun bəy Köçərli19069 dəq
Böyük şəhidimizə

Münir Kari üçün*Özün bir nur ikən “qanlı ulduzun”

Almas İldırım1 dəq
Məzə dağı

Yenə gəlib bahar fəsli,Süsən, sünbül, Məzə dağı,

Aşıq Abbas Tufarqanlı1 dəq
Nəzirə

Mənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.

Əliqulu Qəmküsar1 dəq
Marselin taleyi

Praqada tanış olduq,adını xəbər aldım

Balaş Azəroğlu7 dəq
İkinci şəkil

Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?

Süleyman Sani Axundov1 dəq
Gülə-gülə

Zimistan zəhmətin çəkəndə sənin,Yenə aşiq olub ağ gülə-gülə.

Usta Abdulla1 dəq
Təcnis: Ərənlər sərvəri Şah Qulkəfi

Ərənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,

Xəstə Qasım1 dəq
Yetim Ləvənd ilə Aşıq Heydərin qarşılaşması

Deyirəm bu söhbəti danışmamışdan qabaq bir-iki ustad kişiyi öz sözləriylə yada salaq, yenə söhbətimizə davam eləyək. Amma o sözlər ki, qəriblikdən, ayrılıqdandı… Çünki indi xeyli vaxtdı biz yurddan-yuvadan ayrı düşmüşük. Gərəkdi ki, bizim bu hal-əhvalımıza uyğun söz deyilsin. Xüləsə, deyirəm qabaqca Yetim Əsgərdən bir söz deyək, ruhu şad olsun.Müxənnət fələyin nəzərindəyəm,

Aşıq Heydər10 dəq
Cavan bi̇r mi̇llətpərəsti̇n vəfati

Şəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkiriyyə əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlerdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədeyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm menə çox acı-acı həqiqətlər ərz edıyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidleri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladlan, telimgahi-islamiyyət ve insaniyyətləri, meqerri-nicat ve səadətləri olan zəmanə müvafiq məktəbləri və mədrəsələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Beli, Şəki öylə bir vücudi-möhterəmi qayib etdi ki,  o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyidiniyyedən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fedayilorindən idi. Mərhum millət ve maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu.Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiyə qeder hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxan Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət-gahın tetimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.

Ömər Faiq Nemanzadə19044 dəq
Qəsidə 17

ای رخ و قد تو را دل رهی و جان غلامقد تو سرو سهی روی تو ماه تمام

Fələki Şirvani2 dəq
Stalinlə ixtilal xatirələri

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastikadamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir

Məhəmməd Əmin Rəsulzadə19542 dəq
Aşıq Valehlə aşıq Mahmudun 4-cü deyişməsi

Dördüncü deyişmə*Aşıq Valeh

Aşıq Valeh1 dəq
Qəzəl: Qönçeyi-gül ta gülüstanın çırağın yandırır

Qönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır

Qövsi Təbrizi1 dəq
İbrahim bəyin işinin sonu və təəssübkeşliyinin nəticəsi, 16

Üç ay keçdi. Günlərin birində Haciyə xanım məni çağırdı. Hüzuruna getdim. Buyurdu:“Yusif ağa, indi sən İbrahim və Məhbubənin atası yerindəsən. Özün bilirsən ki, rəhmətlik Hacı vəsiyyət eləmişdi ki, İbrahim otuz yaşına qədəm qoyanacan evlənməsin. Sən özün bilirsən ki, bu qıza nə qədər xərc qoyub, onun nə qədər zəhmətlərini çəkmişdi. Onu İbrahim bəyə nişanlamışdı və bu barədə mənə vəsiyyət eləmişdi. İndi İbrahim otuz iki yaşına çatmışdır. Hərçənd ki, özü evlənmək fikrində deyil, lakin özün yaxşı bilirsən, bu qız yeməyi, yatmağı özünə haram eləyibdir. İbrahim bəyi görcək söyüd yarpağı kimi əsir, rəng-rufu itir.

Zeynalabdin Marağayi13 dəq
Qəzəl 2130

Arif nəzərində bu kiçik lanə böyükdür,Nadan nə bilir ki, axı divanə böyükdür!

Saib TəbriziQəzəl1 dəq
Qəzəl 354

Niyə söz açım könüldən sənə, məhrəmim deyilsən,Qəmimi duyanmasan da, yanıram sənin qəmindən.

Xaqani Şirvani1 dəq
Qəzəl 81

Məh cəmalində niqabi olmasa gər, qəm deyil,Şöləyi-rüxsari çünki örtüyündən kəm deyil.

Məhəmməd FüzuliQəzəl1 dəq