Ayrılıq əlindən sözlüyəm yenə

Ayrılıq əlindən sözlüyəm yenə,Könlüm haray eylər, ay ellər, ellər.

Mədinə Gülgün19691 dəq
29

İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...

İsmayıl Şıxlı19542 dəq
Azmaq istərəm

İtdim bir şəhərdə mən,Ünvan çıxdı yadımdan.

Əli Kərim2 dəq
Görürük

Hər nə var görürük:Suyu, odu,

Zeynal Cabbarzadə19691 dəq
Dünyada bir yerdə olur şadlıq, qəm

Dünyada bir yerdə olur şadlıq, qəm,Şadlıq kədər ilə bağlanmış möhkəm.

Abbasqulu ağa BakıxanovRübai1 dəq
XXIX

Şəxsi fəaliyyət dəməyi tərəfindən böyük həvəslə hazırlanan tamaşanın təxirə salınmağı balaca şəhərdə böyük danışığa səbəb oldu. Klubdan çıxan, küçələr boyu səpələnib evinə dönən hər kəs güclü bir səs-küylə söylənməyə, bu hadisənin səbəbini arayıb özünəməxsus yollarla yozmağa başladı. Kimisi Balışın öz əri anbardardan üz döndərib atası evinə – “Ballıqaya” kəndinə getməyindən, kimisi anbardarın öz halal arvadını qısqanıb səhnəyə buraxmadığından, kimisi də Balışın özünün şıltaqlıq edib qəsdən bu axşamkı tamaşanı pozmağından danışdı. Bu növ söz-söhbətə qulaq verən Məmmədxan hər kəsin gözünə dəymədən, arabərədə hərlənib fırlandı. İstər-istəməz büzüşüb, yığışıldı. Hələlik öz evinə dönməyə cürət etmədi, təkrar anbara girdi, kağızları, anbarda səpələnən sənədləri qurdaladı, sonra da qapını arxadan bərkidib işığı keçirdi. “İşdir, soruşan olsa, deyərəm işləyib-işləyib yorulub, burada mürgüləmişəm” – deyə dolaşıq vəziyyətə düşüb qədəmləri dolaşan anbardar qeyri-müəyyən halda çalıxıb-vumuxmağa başladı. Bir azdan, yox-yox öz əyri yolunu sanki əlinə götürdüyü yarım sönük fənərlə işıqlandırdı, hətta: “tapdım, tapdım” – deyə bir qədər də sevindi. Bəli, daha onun qəsdi bütün şəhər əhli yatana qədər başını burada gizləmək, əl-ayaq yığışılandan sonra bir oğru kimi buradan sivişib çıxmaq, qapını yavaşca açmaq, öz qurbanının izini-tozunu silib süpürüb itirmək idi. Buna görə də anbardar çox sevdiyi parça taylarının arasına girib uzandı, cinayətinin izini necə ört-basdır etmək üçün öz beynində nəqşələr cızmağa başladı...Hər kəsdən də artıq onu xofa salan iki həftə bundan əvvəl axşamüstü səhnəyə hücum çəkdiyi zaman barmağı ilə Balışı hədələdiyi vaxt, prokurorun ona zillənən gözləri idi! İndi də bax, bu zülmət qaranlıqda həmin gözlər sanki təqibedici nəzərlə ona zillənirdi... Açılmasın, örtülməsin, qapansın, bir daş bir quyuya düşən kimi düşsün, iz itsin, çıxsın getsin!.. Bəs belə etmək üçün, bu gözlər, Məmmədxandan üzülməyən gözlər necə olsun? Necə olsun ki, bu gözlər qatili görməsin, bu işin üstü basdırılsın?!. Onda bu prokurorun qabağını bəs nə ilə almaq olar? Bax, Qaloşun bu anbardan alıb apardığı qızıl saatı öz qızıl bağı ilə bir sarı ilana çevirib bu inadkar prokurorun boğazına dolamaq, onu boğmaq, məngənə arasına alıb onu sıxıb, sıxcalamaq gərəkdir, deyən Məmmədxanın qara fikri dolaşmağa başladı. Bax bu işi Qaloş necə hərləyər, Murtuz Murtuzov istintaqda necə döndərə bilər?.. Dəhnədən möhkəm bağlanan arx sürətlə axar, istənilən səmtə döndərilib, istənilən yer suvarıla bilər... Demək bütün mətləb arxı dəhnədən necə bağlamağın üstündədir. Ancaq Mehman qurulan tələyə ilişəcəkdi, ya buradan sağ-salamat çıxacaqdı?.. Axır Məmmədxan qızıl saatı Qaloşa verərkən “yüz gün yaraq, bir gün gərək” deyə prokurora yaxınlaşmaq istəmişdi. “Koxanı gör, kəndi çap” misalını nəzərdə tutmuşdu. Doğrudur, onda hələ də Məmmədxanın belə aydın fikri yox idi!.. Ancaq necə olsa da, həmin qızıl saatı müəyyən mənzur ilə vermiş, üstəlik qızıl saatın prokurorun evində ilişib qalmağına da sevinmişdi. Bu hal Məmmədxanı, prokurorun evinə əl uzatmağın mümkün olduğu qənaətinə gətirmişdi.

Süleyman Rəhimov19448 dəq
Axşam çağıdır

Cəvahir oldumsa,Kimsə almadı,

Həbib Sahir1 dəq
Neyləmişəm məndən üz döndəribsən

Neyləmişəm, məndən üz döndəribsən?Allahı sevirsən, bir gəz bəri bax!

Molla Pənah Vaqif1 dəq
Mənim sevgili, əziz müəllimim Həsən bəy!

“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm...

Nəcəf bəy Vəzirov2 dəq
Mənə lazımdır ancaq...

Biri dedi: – Şair, səndostları unutmusan,

Zeynal Xəlil19551 dəq
Hacı Molla Abbas "Şölə"

Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur.Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, Ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu.

Firidun bəy Köçərli19255 dəq
Bir gün gələcək

Orda Orta Zamanın vəhşətindən yadigar,Qaranlıqlar içində qurulmuş bir “Cənnət” var.

Almas İldırım5 dəq
Oynar

Başına döndüyüm alagöz Pəri,Öz-özünə qeyri halman oynar.

Aşıq Abbas Tufarqanlı1 dəq
Səndə, ey Qafqaz, ey gözəl gülzar

Əlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,

Əliqulu Qəmküsar1 dəq
Qızıl balıq

Payız günəşi tökülmüş hovuza,ayna üstünə dağılan

Balaş Azəroğlu19622 dəq
Eşq və intiqam

Beş pərdəli yeddi şəkildə faciə*İştirak edənlər

Süleyman Sani Axundov1 dəq
Dilim-dilim

Aşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.

Usta Abdulla1 dəq
Al indi

Nə müddətdi həsrətini çəkirdim,Zənəxdanı etdin mənə al indi.

Xəstə Qasım1 dəq
Gəlmişəm

Yahu,Yahu! deyə - deyə,Bu meydana gəlmişəm.

Aşıq Heydər2 dəq
Əhməd Bəy Ağayev

Bir az hemiyyəti-milliyesi, melumati-elmiyyəsi olan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pək uzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər-diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin: cənab Əhməd bəy Ağayev bu halda Bakıda nəşr edilən “Kaspi” qəzetinin ən qeyrətli, yorulmaz, məlumatlı mühəmrlərindən biri və Bakı gimnaziyalarının firəng dili müəllimidir. Bu zat əslən qarabağlı olub orada “realnı” məktəbini ikmal ile bərabər türk, fars, ərəb dillərinin və ədəbiyyatını gözəl öyrənmişdir. Bu qeder bir təhsil bizdə “alim” olmağa əksərən kifayət etdiyi halda bu elm aşiqi xudadan olan istedadi-fitriyyəsinin sövqü ilə Firengistana gedərkən orada Fransanın ən məşhur darüt fünunu olan “Sarbonnaya” daxil olmuşdur. Kamal ilə səfahetin, elm ile əyləncənin geniş bir meydanı olan Fransada da sey və hüsn-əxlaq tərəfinə meyil edib darülfununu İkmal etmiş və bu surətlə Qafqazıya müsəlmanlarının – əgər İstər və çalışarlarsa – fransızlara rəqabət edə biləcəklərini isbat edərək Qafqaziyaya övdət etmişdir, övdətdən biraz sonra “Kaspi” qəzetinin vəsi meydanı bu zatın qələmi həmiyyə-tinə müsaid bir covlangah olaraq hər yazdığı məqalələri her kəsə ləzzətlə oxudacaq faydaterz bir bexşde təhrir ilə gəlməkdədir.Hələ əhvalı və siyasəti-islamiyyə barəsində qayət vüqufanə yazdığı məqalələr həqiqətən bizdə misli nadir tehrirat ve melumati elmiyyedəndir. Bu yolda açdığı cığır və bu cığır ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işarə elədiyi ülvi məqsədlər, müqəddəs əməllər istiqbali-millet üçün birər bəraeti-estehlal, birər bərati-feyz ve tərəqqi olsa şayandır. İştə cənab Əhməd bəy Ağayev 10-15 ildən bəridir ki, Qafqaz mətbuatında bu surətlə, yəni ötgün qələmi ilə, geniş məlumatı ilə, durbinane nəzəri ile, surəti tehriri ile, əsabeti-reyi ile, həmiyyəti-milliyyəti ilə kəsbi-təmyiz etməyə başladı, öylə bir tərzdə ki, məsləki-aliyyəsi ilə bütün məlumatlı gənclərimizə üslub təhlili ilə bir çox yazıçılarımıza, vüquhanə məqalələri ilə hamı ezhabi-zekaya məhəbbəti-milliyyəti ilə ümumi rusca təhsil edən “obrazovannı larımıza bir misli-ibrət, bir nümuneyi-həmiyyət olmaqdadır. Öylə bir dərəcədə ki, irəlidə məktəb şagirdlərinə belə həmiyyət ilə melumatın, cürət ilə səbatın, qeyrət ilə təşəbbüs və müvəffəqiyyətin bir yerdə, bir zatda təcəmmö edildiyinə misal ve nümunə olaraq gətiriləcək hörmətli, böyük adların arasında “Əhməd bəy Ağayev” namı da mütləq bulunacaqdır.

Ömər Faiq Nemanzadə19043 dəq
Qitə 10

بادا همه ساله ذخرة الدینآسوده ز فتنه زمانه

Fələki Şirvani2 dəq
Unudulmuş Nizami

Bir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.

Məhəmməd Əmin Rəsulzadə19492 dəq
Molla Cümənin qərib aşıqla görüşü

Adı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən özmahalımda, Aşıq Molla Cuma da Şəki mahalında, iki qoçun başı

Molla Cümə3 dəq
Aşıq Valehin cavabı

Ey bic, sənin Canidən özgə pədərin var,Ondan sədəf sinədə, muncan gövhərin var.

Aşıq Valeh1 dəq
Qəzəl: Təğafül eyləmə, saqi, ki növbahar keçər

Təğafül eyləmə, saqi, ki növbahar keçərYetincə bir də mənə dövr, ruzigar keçər

Qövsi Təbrizi1 dəq
İbrahim bəyin işinin sonu və təəssübkeşliyinin nəticəsi, 15

Fransa inqilabının başlanğıcında məşhur siyasi xadim, mütəfəkkir Mirabo Fransa millətinə xitabən deyir:"Fransa ölkəsinin övladları! Bilin və agah olun ki, yoxluq aləmindən varlıq dairəsinə qədəm qoyan hər bir bəşər övladı sağlam əqlin hökmünə görə gərək azadlıq nemətindən mükəmməl şəkildə faydalansın. Azadlıq iki qismdir": biri ruhani azadlıq, o birisi cismani azadlıqdır.”

Zeynalabdin Marağayi19 dəq
Qəzəl 1874

Xatirin xoşsa əgər, badə nə lazımdır daha?Qəlbin aydınsa sənin, səhra nə lazımdır daha?

Saib TəbriziQəzəl2 dəq
Qəzəl 283

Yar əlindən nə haldayam, eşitmədin, ey dost, məgər?Qəmi məni öldürsə də, incimədim bir tük qədər.

Xaqani Şirvani1 dəq
Rübai 50

Əsir bahar yeli, qönçələnir gül,Olur gül şamına pərvanə bülbül.

Məhəmməd FüzuliRübai1 dəq
Cami-Cəm, fəsil 87

İnsan maneədən gərək olsun gen,Ta ona xəlvətdə hüzur verilsin.

Əvhədi MarağalıMəsnəvi4 dəq