Enlightenment
Ol lalərüxün işvəvü nazı çox imiş, çox,Üşşaqə onun suzü güdazı çox imiş, çox.
Zahida, ol sənəmin zülfi-çəlipasına baxZahida, ol sənəmin zülfi-çəlipasına bax,Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.
Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.Meydani-məhəbbət tərəfə bir güzərin yox.
Hər aşiqin ki, sən kimi bir məhcəmalı yoxHər aşiqin ki, sən kimi bir məhcəmalı yox,Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yoxBahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Mən tək bahardə hər o şəxsin ki, yarı yoxMən tək bahardə hər o şəxsin ki, yarı yox,Bir bülbüli-fələkzədədir kim, baharı yox.
Eşqdir eyləyən aləmdə bəlalər iycadEşqdir eyləyən aləmdə bəlalər iycad,Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.
Ta şanə olub ülfəti-zülfündən olam şadTa şanə olub ülfəti-zülfündən olam şad,Şadəm ki, dönəm xakə, qubarım ola şimşad.
Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbüləndGərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd,Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd.
Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməzDili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz;Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz.
Yarım kimi bir sərvqədü gülbədən olmaz.Yarım kimi bir sərvqədü gülbədən olmaz.Rüxsarına bənzər o gülün nəstərən olmaz.
Qurtardı nisfi-şamdə, saqi, şərabımızQurtardı nisfi-şamdə, saqi, şərabımız,Etdi qürub, heyf, bizim afitabımız.
Səndə, ey ləli şəkər, bunca vəcahət qalmazSəndə, ey ləli şəkər, bunca vəcahət qalmaz,Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.
Novbahar əyyamıdır, mən zar qaldım yarsızNovbahar əyyamıdır, mən zar qaldım yarsız,Hiç bülbül olmasın bu fəsldə gülzarsız.
Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuzBağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz,Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.
Mehri-rüxsarüvi dil mahi-səmadən seçməzMehri-rüxsarüvi dil mahi-səmadən seçməz,Etibarı yox onun, ağı qəradən seçməz.
Çəkər candan əlin könlüm ləbi-dildardən keçməzÇəkər candan əlin könlüm ləbi-dildardən keçməz,Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.
Tiğ etsə xətin pak sənə bir zərər olmazTiğ etsə xətin pak sənə bir zərər olmaz,Ayinədə seyqəl ola hərgiz kədər olmaz.
Aləmi-eşq içrə cananın sevən can istəməzAləmi-eşq içrə cananın sevən can istəməz,Bak edən canü dilindən vəsli-canan istəməz.
Hansı bar aşiqə kim, sən kimi canan olmazHansı bar aşiqə kim, sən kimi canan olmaz,Bu müşəxxəsdi ki, cismində onun can olmaz.
Ey Xızır, zülməti-zülfü sənə asan olmazEy Xızır, zülməti-zülfü sənə asan olmaz,Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz.
Aləmə fitnə salan mədəni-şərdir vaizAləmə fitnə salan mədəni-şərdir vaiz,Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.
Bu hüsnü lətafətdə yəqindir bəşər olmazBu hüsnü lətafətdə yəqindir bəşər olmaz,Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.
Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Mürdələr zində qılan kimdi Məsihadən əvəz?
Tags are assigned automatically from keywords and refined by editors.