Müalicə

Sənə kimdən deyim, özümdən. Günlərin bir günündə, qardaş, Bakıda özümə bəzəkli bir otaq düzəltdim.Vaqona oturub getdim kəndə. Neçə il idi anamı qoyub gəlmişdim. Orada baxanı yox idi. Həmişə şikayətlənirdi ki, saymırsan. Onun haqlı şikayəti bir yana dursun, özümün arzum var idi. Cavanlıqdır, həmişə ürəyimdən keçirdi: gətirim, anam Bakıda, yanımda olsun, Sovet hökumətinin sayəsində bu mərtəbələrə çatan oğlunun bir xeyrini, bəhərini görsün; o hisli ocaq-bucaqdan qurtulsun, ömrünün bu çağında dincəlsin; evdəcə əyləşib mənə sağlıq istəsin.

Mir Jalal Pashayev193812 min
İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

Mir Jalal Pashayev193811 min
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

Mir Jalal Pashayev193813 min
Hilal dayı

Ləklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?

Mir Jalal Pashayev193811 min
Dost görüşü

Məzuniyyətdə idim. Cibim dolu, kefim saz. On-on beş günümü şəhərdə keçirtdim. Sonra doydum, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü. Onun şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb maşınların birinə oturdum. Birbaş kəndə yollandım.Fətulla mənim dostum idi. Özü də, münəqqidlər demişkən, "sözün əsl mənasında" dostum idi. Bilmirəm, lüğət yazanlar dost sözünə nə məna verirlər, amma mən öz "lüğətimdə" dost o adama deyirəm ki, öz qəlbimi onun köksünə, onun qəlbini öz köksümə qoymağa razı olum, o da razı olsun. Bu razılıqdan doğan bütün nəticələr gərək ki, öz-özünə məlumdur.

Mir Jalal Pashayev19388 min
Vicdan əzabı

Mənim lıəkimliyim yüksək bir hisslə başlanmışdı. Bütün təhsilim boyunca insanın yalnız bədən quruluşunu, fizioloji aləmini deyil, psixologiyasını, mənəvi aləmini də öyrənməyə çalışmışam.Bəlkə buna görə idi ki, mən başqa sənətə yox, hakimliyə getdim. Bu sənətə başladığım ilk illərdə mən öz gücümə güvənirdim. Güman edirdim ki, sağlam başı, möhkəm ürəyi olan bir vücudun min cür azarı da olsa, sağaltmaq, ayağa qaldırmaq mümkündür. Müalicəsiz xəstəlik yoxdur. Bütün vaxtsız ölənlərin ölümü həkimlərin acizliyindən, yaxud müalicə tədbirlərinin gecikməsindən, ölənlərin səhlənkarlığındandır, çünki insan bədəni həddə-hesaba gəlməz maddi imkanlarla, həyat qüvvələri ilə zəngindir. Hansı vəzifədə, harada çalışsan, fərqi yoxdur. Əsl məqsəd xalqa xeyir vermək, sovet məktəbinin verdiyi bilik və bacarığı həyatda səmərəli işlətməkdir.

Mir Jalal Pashayev19387 min
Kəmtərovlar ailəsi

Hörmətli ədibimiz Ə.Haqvərdiyevə*1

Mir Jalal Pashayev193911 min
Möhlətovun tərcümeyi-halı

Möhlətov birtəhər elədi, Allahsızlar İttifaqında kargüzar oldu. Biriki ay ürəklə işlədi. Səhər hamıdan tez gəldi, axşam hamıdan gec getdi. Nə dedilər, "baş üstə" ilə dinməz-söyləməz yerinə yetirdi. Onu işə düzəldən dostu da döşünə döyüb sədrin yanında öyünürdü:– Mən belə işçi taparam!

Mir Jalal Pashayev193915 min
Kimya tələsir

Yay səhərinin xəfif, sərin küləyi tük süpürgə kimi, həyətə çəkilirdi. Balkonun qabağında yatışanlar şirin yuxuda idi.Sol tərəfdəki ağ, bəzəkli uşaq çarpayısının toru cırıldadı, üstündəki liftik adyal tərpəndi, səkkizyaşlı Kimya dik qalxıb oturdu. Əvvəlcə üzünə tökülən saçlarını kənar elədi, gözlərini silib həyətə, işıqlanan üfüqə baxdı, sonra yerindən sıçrayıb anasını oyatdı.

Mir Jalal Pashayev19397 min
Mənim parlamentim

Özümü ideya aləmində, mənəvi həyatda duyuram. Yazdır, saf, sakit, sərin və xoş bir səhər açılır. Üfüqlərdən gənclik, sevinc, mahnı və səadət yağır. Adama elə gəlir ki, varlıq bundan ibarətdir. Gecələr, köhnə dünyanın zülmət deyilən qaranlıqları, fəlakət, işgəncələr sanki heç yoxmuş. Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən... Kirov parkının təmiz, geniş xiyabanları, əlvan çiçəklikləri, daş pilləkənlərin başında əyləşən tamaşa salonları, oyun, sport meydançaları, uşaq stadionları səhərin qızıl şəfəqləri altında daş-qaşa tutulmuş saraya bənzəyir. Sanki hər şey, kainatın bütün gözəllikləri, zənginlikləri, öz tükənməz qucağını açmış, dünyanı yaradan insanları, əmək qəhrəmanlarını, hər gün burada əylənən və dincələn minlərlə şən oğlan və qızları gözləyir. Budur, fəvvarəli hovuzun kənarında bir dəstə adam əyləşmişdir. Danüzü, səhərin bu oğlan vaxtında parkın bu sakitlik, səssizliyində sulara, sonalara, səhər şüalarına vurulan kim ola?Onların içində qoca da var, gənc də, kişi də, qadın da. Kimi saqqal lıdır, kiminin əlində əsası, kiminin qoltuğunda kitab, kimi gül iyləyir, kimi tamaşa eləyir. Bu müxtəlif boylu, müxtəlif geyimli, müxtəlif yaşlı adamların üzündə də, şəfəqlərdən əks olunmuş kimi, bir işıq, bir mənalı şadlıq, bir sevinc, bir məğrurluq vardır.

Mir Jalal Pashayev19396 min
Dardanel

I– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?

Mir Jalal Pashayev194010 min
Qonaqpərəst

Ən yaxşı müalicə xəstələnməməyə çalışmaqdır.Həkim hekayələri, bir müddət həkimlik etdikdən sonra sənətindən əl çəkən bir tanışımın xatirələrindəndir. Burada xoşagələn nə varsa, o kişininkidir. Ancaq əl zəhməti ədibindir. Yazının yaraşıqsızhğı üçün ədibi töhmətləndirmək.lazımdır.

Mir Jalal Pashayev19408 min
Qəmbərqulu

Texnikumun həyətində adam əlindən tərpənmək olmurdu. Bu il yüz iyirmi nəfərin yerinə dörd yüzdən çox ərizə verən var idi. Kimi qəbul komisyonunun qərarını gözləyirdi, kimi tibbi yoxlamadan keçirilməli, kimi anket doldurmalı idi.Ərizə verənlər sevinc və intizardan yata bilmir, səhər açılan kimi gəlib məktəbin qabağını kəsir, özlərinin işi haqqında hər saat yeni və sevincli bir xəbər eşitmək istəyirdilər.

Mir Jalal Pashayev194010 min
Əməli saleh

1Minik qatarı uzaqlaşdı. Stansiyanın çəpərli, bağçalı həyətlərinə təkrar axşam sükutu endi.

Mir Jalal Pashayev19406 min
Şəxsi məsələ

Böyük insana, insanpərvərə – Stalin*1

Mir Jalal Pashayev194030 min
Mərifət dərsi

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

Mir Jalal Pashayev194013 min
Tamaşa

1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

Mir Jalal Pashayev194014 min
İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

Mir Jalal Pashayev19406 min
Anaların üsyanı

Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.

Mir Jalal Pashayev19405 min
Ananın köynəyi

Oğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.

Mir Jalal Pashayev19405 min
Gülgəz

IGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.

Mir Jalal Pashayev19409 min
Məşriq

Yay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.

Mir Jalal Pashayev194018 min
Birinci hissə, birinci fəsil

Bəzi ulduzlar kiçik olduqları üçün yox,*olduqları üçün görünmürlər.*

Mir Jalal Pashayev194134 min
Birinci hissə, ikinci fəsil

Gəldiyev Vartaşendə taxıl tədarükü müvəkkilliyində çalışanda ya xamlıq ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı səbəbdən bir balaca dolaşan kimi olmuşdu. Özündən soruşsan deyər: "Yoldaşa daverit eləmişəm, başıma bu işlər gəlib".Rayon icraiyyə komitəsinin sədri yazdı ki: "Ay Kərim, filan qədər taxıl burax!". Kərim buraxdı. Torpaq şöbəsi dedi: "Qəşəng oğlan, arpa ver, atlar acdır". Qəşəng oğlan verdi. Bir başqası zəng elədi ki: "Yoldaş Gəldiyev, bir-iki tay buğdaya gümanın gəlməzmi, bacı oğlunun toyudur, darda qalmışıq". Gəldiyev də rədd eləmədi. "Yoldaş tədarükçü, vacib yer üçün on beş torba taxıl ayırıb mənim sərəncamıma göndərməlisən". Tədarükçü əməl elədi...

Mir Jalal Pashayev19419 min

Tags are assigned automatically from keywords and refined by editors.