Soviet era
O sitəmli günlərin,Dərdli, qəmli günlərin
İnsan olmaz mən dözümdəQalmışam əlim üzümdə,Ulduzlar batdı gözümdə,
20 noyabr qurbanlarına ağlayanlaraTökmə göz yaşlarını, dərdlərinin qurbanıyıq,Çatma gəl qaşlarını, düşmanın düşmanıyıq.
Savalanın təsbehiQardaş!Sənin təsbehin
İstiqlal nəğməsiTez gedib,Gec gələnim
Türkiyəyə gedən yollarTürkiyəyə gedən yollar,Məni məftun edən yollar
Yaşıl İrmakYaşıl İrmak!Yaşıl İrmak!
SarpBir qılıncla ikiyəBölünmüşdür bir bədən.
Boz külümdənAramızda Qara dənizGörünmür ucu, bucağı,
Özüm döndüm başdaşınaXəyalımda yaşatdığım,Həsrətilə boy atdığım
Kamal KaranAnamın dayısı*alim Məhəmməd əfəndi oğlu*
Getmək üçün gəlmişik bizOlma var-dövlətə müştaq,Tamah səni edər dustaq,
Dörd divarQaçıram dörd divardan,İşə getdin – dörd divar,
Ölüm – görüşDünyanın üstündən keçdim sel təki,Bilmirəm irəli, bilmirəm geri.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Əvvəlinci fəsil. Həsrətin xəstəliyi...Dağdı, bağdı, çəməndi.*Hər şey həmən-həməndi.*
İkinci fəsil. YəmənTəyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Altıncı – axırıncı fəsil. Vaskanın tapılmağıAncaq o gün kitabı Leninqrada göndərmək üçün Səfalı müəllim poçta getmədi. Özü də ona görə yox ki, o kitab evdə Rənadan necə olsa bir yadigardı, xatirəydi və yaxud Səfalı müəllimin gözü o kitaba elə öyrəşmişdi ki, ondan həmişəlik ayrılmaq indi ona çətin gəlirdi... Ona görə ki, Ay və Nil Armstronq barədə o müsibət yuxunu gördüyü – elə həmin gecənin səhəri – hava bir balaca işıqlanan kimi, Səfalı müəllimin ağlına birdən-birə bir təzə fikir gəlmişdi və o fikri həyata keçirməmiş, Səfalı müəllim bu dünyada heç bir iş görmək niyyətində deyildi.... Şəhər dağılırdı. Hər yerdə tətil idi. Bakı camaatı nə ki var, Domsovetin qabağına yığılıb, orada səhərdən axşamacan mitinq keçirirdi... Domsovet Butır türməsinə oxşayırdı. Mərkəzi Komitə Ağdam bazarına, Nazirlər Soveti Şəki hamamına bənzəyirdi. Baksovet Smolnıya çevrilmişdi. Və Smolnıya çevrilmiş həmin o Baksovetinsə uzun, alaqaranlıq dəhlizlərində Səfalı müəllim neçə vaxtdan bəriydi ki, əsir-yesir idi.
Özüm özümə cəbhəyəmQəlbimlə eynidir üzüm,Eyni imanda, dindəyəm.
Ah, təmizlik, təmizlik…Ah, təmizlik, ah, təmizlik, təmizlik,Sən də bir cür müsibətsən, bəlasan…
Unutqanlıq"Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl... hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış... Bu sadədilliyimiz səbəbilə cümləmiz qonşu ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib* *rahat və arxayın olmağı vəz və bəyan edirdik və bu surətlə millətimizin gözünü bağlayıb...uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq".*Ömər Faiq Nemanzadə, 1906-cı il*
Tags are assigned automatically from keywords and refined by editors.