Ироничные
Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi.Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri.
Təlimi-doxtəranPəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır.Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar?
Tabut içindəÖzəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var?Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim:
XəlifələrHərçənd ki, bu saat ingilis əmələlərinin tətil söhbəti nəinki tək bircə küreyi-ərzin bütün “məhafilin”də danışılır, hələ bəlkə Marsa da gedib çıxıbdır. Bununla bərabər, biz Molla Nəsrəddin əmi, – möhtərəm oxucularımız da bunu görür və Allah da buna şahiddir, – bu məsələyə nə keçmişdə qarışmışıq, nə indi qarışmaq istəyirik və nə də gələcəkdə qarışmaq xəyali-fasidində olacağıq.Buna da səbəblər var.
Çox eşitməli xəbərlərAşqabad da “Türkmənistan” qəzetəsi yanında nəşr olunan bir nadinc “Zəhmət” adlı ruznamə Ərdəbil fazili Mirzə Ələkbər ağanın 45 nəfər müridi tərəfindən 20-ci nömrəsində bir belə məzəli elan buraxıbdır:“Biz, Krasnovodski şəhərinin bütün mömin-müqəddəs dükançıları və qulağı təvəkküllü ağsaqqalları və Mirzə Ələkbər Ağanın cəmi müridləri Krasnovodskinin Həbib ibn Məzahiri və uzun müddət cahan diplomaları arasında birincilik qazanmış olan ”Əminürröəya” yəni bütün Krasnovodskidə olan iranlıların əmanətdarı cənablarına Paltaratskidən gələn qarabağlı mallanı bir ilə qədər min manata danışıb, Krasnovodskidə saxlaması qarşısında öz səmimi təşəkküratımızı bildiririz. İnşallah bundan sonra Krasnovodski iranlıların üzü güləcəyinə ümid etmək olar.
Dirsək bilərMənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar.Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram.
DostMən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.Birinci qismi dünya sübutlarıdır.
LotuluqDünən küçədə bir lotu gördüm: səkidə oturub xalqı güldürüb deyirdi:– Hə, qurban bayramı da yavıqlaşdı. Siz öləsiniz, bir yaxşı toğlu almışam, bir neçə butulka Kaxet çaxırı hazırlamışam, qurban bayramının günü üç-dörd nəfər dostlarımdan qonaq çağırmışam. Bayram günü kababı düzəcəyəm şişlərə, çaxırı qoyacağam buza və qabaqca İbrahim Xəlil peyğəmbərin atası Azərə rəhmət oxuyacağam, sonra İbrahim Xəlilin özünə rəhmət oxuyacağam və kababı yeyib, üstündən şərabı içib, çıxacağam küçəyə və dişlərimi qurtdalaya-qurtdalaya rast gəldiyim müsəlman qardaşlara bildirəcəyəm ki, baxın, bu gün mən qurban bayramı saxlamışam.
“Kəndli evi” birinci qonaqlarını necə qəbul etdi?Aprelin 28-də Bakıda təntənəli bir surətdə mərkəzi kəndli evi açıldı. Bu evin açılması üçün Torpaq komissarlığı iki ildən çoxdur ki, çalışır. Ev üç mərtəbədən ibarətdir. İki il çalışıb-vuruşduqdan sonra, ancaq bir mərtəbəsi hazır ola bilmişdir. Sözümüz burasında deyil.Evin açılışı qəzetələrdə kəndlilərə xəbər verildi. Həmçinin kəndli evi nə olduğu, kəndlilərə nə kimi yardım edəcəyi barədə qəzetələrdə kəndlilərə dəfələrlə yazılmışdı. Ona görə bu evə kəndli qonaqlarının gəlməsini gözləmək lazım idi. Yəqin ki, Torpaq komissarlığı özü də bu evi açanda bilirdi ki, bu xəbər qəzalara çatanda kəndlilər gəlib buraya düşəcələr. Buna görə onları qəbul etmək və rahatlandırmaq üçün lazımi tədbirlər və binagüzarlıqlar olunmuşdu.
XəbərdarlıqBiz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.
Din əleyhinə təbliğatDünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.
Pasport “get-gəli”İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.
Ölüm axtaranQoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.
ZəlzələMirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur.“Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir.
Başbilet tapmacasıBax! Belə başlayaq:İranlılara verilən başbiletlər beş qismdir:
Fəxr etməliBakıdan Tiflisə tərəf gedirdim. Axşam saat yeddidə vaqona minib yola düşdük. Hacıqabula yavuqlaşdıqda konduktorlar təşvişə düşməyə başladılar. Birisi vaqonun o başında durdu, birisi bu başında durdu. Birisi pəncərələri örtməyə başladı. Bir az keçəndən sonra kontrolyor gəldi. Bütün dəmir yol qulluqçuları bir yerə toplanıb, öz aralarında nə isə danışırdılar.Pəncərələrin örtülməyinə biz müsafirlər etiraz etmək istədik. Çünki hava isti idi. Nəfəs çəkmək mümkün deyildi. Bizim bu şikayətimizin müqabilində dəmir yol baş məmuru bizə bildirdi ki, indi dəmir yol çox xətərnak və qorxulu bir torpağa varid olacaqdır. Yolun bu qorxulu hissəsi Biləcərdən başlayıb gedir çıxır Qarayazı stansiyasınadək.
Əvvəl şəhərdə, sonra kənddəHəmişə təzə işlər şəhərdə baş verir, sonra da kəndlərə gedib çıxır.Təzə ixtiralar, təzə maşinalar, qramafonlar, radiolar və cavanlaşmaq dərmanları bunlar hamısı, əvvəlcə, böyük şəhərlərdə xəlq olunub, sonra kəndlərə də gedib çıxır.
Bilet satılmasınDəmir yol dünyasında bu bir qaydadır ki, vaqonlar minik ilə dolu olanda, qabaqdakı kiçik stansiyalara xəbər verilir ki, bilet satılmasın; çünki vaqonlarda yer yoxdur.Dəxi burada bir giley-güzarlıq ola bilməz; məsələn, vaqonlar Tiflisdən yola düşüb miniklə ləbaləb dolu olanda, dəxi Gəncə və Yevlaxda, ya başqa bir stansiyada nə tövr bilet satmaq olar? Adam adamın üstünə ki, minə bilməz!
Yandım-yaxıldımDedilər: Kəndlərdə mal azarı var.Bunu gördüm.
Nə dəxli var?Aptek müdiriBiri yazır ki, Şuşa aptek müdiri qənaət uğrunda böyük səy və təlaş edir. Belə ki, həkim yazdığı reseptlərin davasını yüngül çəkir və nəticədə iki qram əvəzinə heç yarım qram da vermir.
Xala xətrin qalmasın!İndi heç bir türk qəzeti yoxdur ki, orada yeni hürufat işləməsin.Amma burada bir məzəli iş var: “Yeni hürufat” ilə çap olunan məqalələr əvvələn, qəzetlərin lap qurtaracağında yazılır və ikinci də budur ki, yeni hürufatla çap olunan əhvalat xırım-xırda və əhəmiyyətsiz xəbərlərdir; məsələn, Naxçıvanda yay tətili zamanı müəllim və müəllimələr səhərdən-axşamadək nərtəxtə oynayırlar, ya da ki, Borçalıda Qaraquş kəndində Zeynal Cəbrayıl oğlu Qəhrəman Mikayıl oğlunu itələdi, yıxdı arxın içinə, Qəhrəman da arxdan çıxıb, Zeynala yaman dedi.
Din söhbətləriMən – müsəlmanam.Va müsəlman olduğum üçün həmişə öz islam dinimizi özgə dinlərdən ali və bərhəq hesab edirəm.
İngilis mədəniyyətiKeçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular.Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi:
Gözəl millətHəmin bu gözəl millət – bizim müsəlmandır.O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.