Zırrama

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:– Molla əmi, yəqin ki, məni tanımırsan?

Джалил Мамедкулизаде6 мин
Rus qızı

Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə.Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər.

Джалил Мамедкулизаде11 мин
Sirkə

Bir neçə gün bundan qabaq bizim ədib yoldaşlarımızın biri gəlmişdi Bakıya və düşmüşdü orta mehmanxanaların birində.Mən və Bakı ədiblərindən birisi bir gün günorta zamanı, getdik haman ədib rəfiqimizin görüşünə. İçəri girdik. Xoş-beş… Görüşəndən sonra oturduq və bir yarım saata qədər oradan-buradan söhbət elədik, sonra istədik duraq çıxaq gedək. Rəfiqimiz də o meyldə oldu ki, bizlə bahəm təmiz havada bir qədər dolansın və üçümüz də çıxdıq küçəyə.

Джалил Мамедкулизаде6 мин
Yan tütəyi

Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə elərdim, naçalnikin də sözünü türkcə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə.Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşlarımın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəlməkdədir. Bu təbiidir: yaraşar ki, qəza naçalniki divanxanasında həmişə kəndli olsun. Amma məni təəccübləndirən iki şey oldu: biri bu idi ki, camaat adəti həddən artıq gəlirdi və ikincisi də bu idi ki, kəndlilərin bir çoxunun əlində bir şey görürdüm: uzaqda çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.

Джалил Мамедкулизаде10 мин
Şərq fakültəsi

1920-ci ilin sentyabr ayının on ikisində darülfünunun Şərq fakültəsində imtahanlar tamam oldu və sabahı günü, yəni sentyabrın on üçündə cavan tələbə Əbdülhəsənzadə Xəlil darülfünuna gəlib gördü ki, yubanıbdır; çünki imtahan tutan tutub, tutmayan qayıdıb gedib. Əbdülhəsənzadə bir az təşvişə düşdü və darülfünunun böyük və uzun dalanında ağ rənglə ağarılmış divarlara vurulan cürbəcür elanlara göz gəzdirdi, bəlkə Şərq fakültəsinə daxil olanların siyahisini görə. Amma haman siyahi hələ divarda ola bilməzdi; o səbəbə ki, professorlar şurası ancaq o gün axşam baş tutacaqdı və qəbul olunanlar və olmayanlar məhz haman şurada bəlli olacaqdı.Əbdülhəsənzadə Xəlil heç bir yandan özünə təsəlli tapa bilməyib, üz qoydu professorlar kabinəsinə tərəf. Bunun qabağına oradan tibb şöbəsinin professoru məşhur təbib İvanov çıxdı. Məlum ki, Xəlilin bununla işi yoxdu; ona ancaq Şərq fakültəsi professoru lazım idi ki, ibarət ola, məsələn, professor Süleymanbəydən, ya qeyri birindən. Onun üçün də Xəlil məcbur oldu gedib kabinədən bunları soruşsun. Bu heyndə Xəlilin baxtına Süleymanbəy və genə Şərq fakültəsinin müdərrisi Əhməd Zəki əfəndi (çox yaxşı adamdır) çıxdılar dalana və cavanın dərdindən xəbərdar oldular. Professor Süleymanbəy qəti cavab verdi ki, daha iş işdən keçib. Xəlil başladı şiddətlə yalvarmağa və müdərris Əhməd Zəki əfəndi, deyəsən insafa gəlmək istədi və professor Süleymanbəyə yavıqlaşıb ona yavaşca nə isə dedi. Bu iki pedaqoq bir neçə dəqiqə bir-birinə pıçıldaşandan sonra Əbdülhəsənzadə Xəlili çağırdılar və müdərris Zəki əfəndi ona belə dedi:

Джалил Мамедкулизаде6 мин
Taxıl həkimi

İki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdim. Yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtkə görsənmirdi.Amma, – necə ki məlumdur, – əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya.

Джалил Мамедкулизаде6 мин
Şeir bülbülləri

Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor,*Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor.*

Джалил Мамедкулизаде11 мин
Qəza müxbiri

Hekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır.O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir.

Джалил Мамедкулизаде7 мин
Oğru inək

Atı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*

Джалил Мамедкулизаде11 мин
İki ər

Bu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.

Джалил Мамедкулизаде9 мин
Yuxu

Hacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).

Джалил Мамедкулизаде4 мин
Qiyamət

Yaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.

Джалил Мамедкулизаде4 мин
Ucuzluq

Naxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.

Джалил Мамедкулизаде3 мин
Proletar şairi

Mənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır.Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi.

Джалил Мамедкулизаде2 мин
İki qardaş

Gürcüstan yaylaqlarının birindən avqust ayının ortalarında Tiflisə tərəf dəmir yol qatarı yola düşməyə hazırlaşırdı. Günün batan zamanı idi. Qatar naziri üşkürək atdı və maşın bərk bağırandan sonra astaca yola düşdü. Gedənlər, səkidə qalanlara, qatardan öpüş və salam göndərirdilər; qalanlar da onlara dəsmal qalxızıb yelləyirdilər.Bu həmişə olan işdi; bununla işim yoxdur. Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin maşın yavaş-yavaş uzaqlaşanda, vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bunlar bir-birini qucaqlayıb arvad kimi öpüşürdülər. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta, bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və genə qalxdı haman vaqona və genə oradakı kişini qucaqladı və bunlar genə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl götürmürdü. Ən uzaq gedəndən sonra, pişik kimi özünü dalı-dalı tullayıb sıçradı düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Və dayanandan sonra genə gözü uzaqlaşan qatarda idi.

Джалил Мамедкулизаде2 мин
Şəhər və kənd

Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm.Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar.

Джалил Мамедкулизаде2 мин
Sarı

Bir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama.Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi.

Джалил Мамедкулизаде4 мин
Zəlzələ

Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.

Джалил Мамедкулизаде7 мин
Qoşa balınc

Avqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya.Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalına alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalına düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum:

Джалил Мамедкулизаде12 мин
Toy

Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam.Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.

Джалил Мамедкулизаде5 мин
Eydi-rəməzan

Şükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları.Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir.

Джалил Мамедкулизаде5 мин
Çay dəsgahı

1. Samavar 4. İstəkan 7. Maşa2. Padnos 5. Nəlbəki 8. Truba

Джалил Мамедкулизаде12 мин
Kişmiş oyunu

Əhvalat vaqe olur 1891-ci ildə Gəncə quberniyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu və Mustafa. Bunlardan sinndə böyük Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə.Vəlisoltan (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə?

Джалил Мамедкулизаде14 мин
Kamança

Faciə, 1 pərdədə*Məclisdə olanlar

Джалил Мамедкулизаде11 мин

Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.