Кишвери · Газель
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Deməzəm kim, yardən könlümğə azar olmasun,Raziyəm azardən, azar-bizar olmasun.
Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsunRəqib bir gecə kim, yanında sahib ixtiyar olsun,Nə dərdim var mənim andan, mana tək yar yar olsun.
Pərişan ruzigarəm bir pərivəş yardan ayruPərişan ruzigarəm bir pərivəş yardan ayru,Günümm dün tək qaradur, bir məhi-rüxsardan ayru.
Xansı yanı kim, qaçarsan, ey ğəzali-müşkbuXansı yanı kim, qaçarsan, ey ğəzali-müşkbu,Tapmayınca qoymazam istab səni mən kubə ku.
Yar içər əğyar ilən mey şadü xəndan hər gecəYar içər əğyar ilən mey şadü xəndan hər gecə,Qalmışam mən yarisiz giryanü büryan hər gecə.
Ey nihali-sərv, sərvi-qamətin şərməndəsiEy nihali-sərv, sərvi-qamətin şərməndəsi,Abi-heyvan çeşməsi, şirin dodağın sədqəsi.
Səndən ayru yüz ğəmü dərdü məlamətdir manaSəndən ayru yüz ğəmü dərdü məlamətdir mana,Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mana.
Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdırQəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır,Anun hər işvəsi guya bir əhli-dil bəlasıdır.
Ey məni aşüftə qılğan zülfi-ənbərbarınızEy məni aşüftə qılğan zülfi-ənbərbarınız,Sağ əhlini sayru etkən nərgisi-bimarınız.
Sən ol Yusifsən, ey dilbər ki, Kən’anda ola bilməzSən ol Yusifsən, ey dilbər ki, Kən’anda ola bilməz,Sənün tək bir güli-cənnət gülistanda ola bilməz.
Vəh ki, məni-məhrumi bir gün vəsldin şad etmədinVəh ki, məni-məhrumi bir gün vəsldin şad etmədin,Natəvan könlümni bir dəm ğəmdin azad etmədin.
Qıymışam canan yolunda ömrü malü canə həmQıymışam canan yolunda ömrü malü canə həm,Nə mana mə’lurəliq hacət, nə xod viranə həm.
Bu kim, ölməkdürür, adı fəraqi-yar imiş, bildimBu kim, ölməkdürür, adı fəraqi-yar imiş, bildim,Bu qan, bu dig ki, derlər, ğeyrəti-əğyar imiş, bildim.
İrax səndən necə giryan bolayımİrax səndən necə giryan bolayım,Ğəmindən bisər üsaman bolayım.
Gəl ki, göydürdi məni daği-cüdalıq, dustumGəl ki, göydürdi məni daği-cüdalıq, dustum,Aşina bol kim, yetər naşinalıq, dustum.
Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəmPərtövi-hüsnün görüb xurşidi-tabandur derəm,Şiveyi-qəddin görüb sərvi-xuramandur derəm.
Gəl axı, ey mənim cismi-zəifim içrə sən canımGəl axı, ey mənim cismi-zəifim içrə sən canım,Vücudum zərreyi-sərgəştə sən xurşidi-tabanım.
Munca qan tökməkdən, ey xunxar, usanmazmısanMunca qan tökməkdən, ey xunxar, usanmazmısan,Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?
Çün yazılmışdı bu sərgərdanlığım təqdirdənÇün yazılmışdı bu sərgərdanlığım təqdirdən,Necə kim, cəhd eylədim, pozulmadı tədbirdən.
Açdı yüzidən bürqə’ ol şol ey mana qarşuAçdı yüzidən bürqə’ ol şol ey mana qarşu,Mehrab qaşı darüş-şəfa, gözləri sayru.
Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenəDilbəra, saçın yilan tək qəsdi-can eylər yenə,Gərdirdi mə’cəri başında qan eylər yenə.
Könül ta kim, nəzər qıldı o şol əndam çün siməKönül ta kim, nəzər qıldı o şol əndam çün simə,Bolub simab tək lərzan gəzər hər yan sərasimə.
Alü ala könlək ol əndami-simin üstünəAlü ala könlək ol əndami-simin üstünə,Lalənin yaprağıdur gülbərgi-nəsrin üstünə.
Könül kim, yar tiğindən bolub bir guşəsi parəKönül kim, yar tiğindən bolub bir guşəsi parə,Kəsilməz yardan yana gedər yalvarə-yalvarə.
Göz aldurmuş yenə könlüm o şol ibarlü ceyranəGöz aldurmuş yenə könlüm o şol ibarlü ceyranə,Düşüb səhrayə ahu tək, batupdur nafə tək qanə.
Eşq əlindən tabi-cani-natəvanım qalmadıEşq əlindən tabi-cani-natəvanım qalmadı,Necə pünhan saxlayam dərdüni canım qalmadı.
Ey cəmalun şəm’inə kövnü məkan pərvanəsiEy cəmalun şəm’inə kövnü məkan pərvanəsi,Kakilün zəncirinə canü cəhan divanəsi.
Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusuEy pəri, sənsiz pərişan ruzigarəm doğrusu,Sən gedəldən bərlü bisəbrü qərarəm doğrusu.
Məni öldürdi ol sərvin həvasıMəni öldürdi ol sərvin həvası,Nədəndür kim, mənümlən yox səfası.
Yardan ayru bolublən canü dildən mədfəriYardan ayru bolublən canü dildən mədfəri,Öz-özümni öldürürmən kim nişə qaldım diri.