Джалил Мамедкулизаде
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.
Allahı “çistka” etmək olarmı?Arada çox danışılır ki, aya səbəb nədir ki, Allah-taala çistkadan azad olsun?İndiki əsrimiz məhz azadlıq əsridir, çox böyük-böyük imam və peyğəmbərlər təmizləməyə düçar olurlar; məmləkətin sütunları o yerdə ki, bu gün şiri-cəyan kimi gurulduyurdular, sabah görürsən ki, təxtdən düşüb heç bir şey olublar.
Naxçıvanda bir səyahətRəbiüs-sani ayının 17-ci günü Naxçıvana varid oldum. Gecəni “İslam” mehmanxanasında qalıb, rahat oldum.Həmd olsun Tanrıya “İslam” qostini iki ildir ki, bina olub. Bir az müddətdə Yevropa sayağı ilə qonaqlara hörmət və ehtiram göstərirlər. Sübh çayımı içəndən sonra durub səyahətə məşğul oldum. Yayın isti günəşi çıxıb, öz nuru ilə aləmi münəvvər eləmişdi. Və sübhün lətif yeli əsib gah-gah balaca ağacların yarpaqlarını səsləndiridi. Gəzə-gəzə Naxçıvanın məşhur “Skver” bağına tərəf yollandım və orada olan pakizə bir stulun üzərində əyləşib gələn-gedənlərə tamaşa edirdim. Bu əsnada bir nəfər qədim dostlarımdan sual elədim ki, indi Naxçıvana çox qəzet gəlirmi?
Müsəlmanların “millət duması”Ramazan ayının əvvəllərindən başlanmış axırına qədər Qafqazın və İranın cəmi uyezd və quberniyasında, hətta 6 evlidən ibarət olan qəryəsində də millət duması namında bir şura olacaqdır.Qərardadlar:
Abunə dəftərimiz açıldıBu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:Məkon zi gərdişi-giti şikayət,
Ədəbiyyat maraqlılarına müjdəGəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq.Abunə, yəni müştəri dəftəri açıldı.
Zəncir“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.
Milli bayramQorxuram genə xalq elə bilə ki, bayramından danışacağam.Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular.
Yeni əlifba nə istəyirBizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi.Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir.
“X” hərfi“Ölmək ölməkdi, xırıldamağa nə var”Atalar sözü Bakıda köhnə müəllimlərimizdən mənim bir məzəli və adam güldürən dostum var. Özü də hərdən bir qəzetələrdə məqalə də yazar. Dünən mənim görüşümə gəlmişdi. Çünki eşitmişdi ki, azarlıyam.
Sabir barəsində xatiratım“Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq.Sabirin birinci şeri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.
Əzizim! (Bakı, 26. VII-1908)Burada açılacaq müəllimlik yerini gözləməyiniz. Ondan ötrü ki, şəhər idarəsi bu yerə müəllimə təyin etmək istəyir, nəinki müəllim. Hətta institut qurtaran cavanların ərizələri kifayətsiz qaldı. Bəlkə axırda şəhər idarəsi rəyini çöndərə. Amma güman eləmirəm ki, bu həriflərin içində sizə bir şey çata.Əgər ixtiyarım artıq olsaydı, çalışardım. Amma dəxi nə deyim?
Qələm yoldaşım Məmmədəli Sidqiyə!Bakı, 15 may (1910)*Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən.
Məmmədəli! (4 sentyabr 1910)Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz.Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq.
Əzizim Məmmədəli! (1911)Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən. Mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ, təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).
Məmmədəli! (23 avqust 1911)Bu gün zakaznoy kağız içində 50 manatlıq çek göndərdim. Kağızı tez al və pulu al haman bankdan Bıxovun 50 manatlıq vekselini çıxart, saxla. Təfsili haman kağızdadır.Cəlil
Əzizim Məmmədəli! (1911)Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə?Evdən və uşaqlardan muğayat ol.
Məmmədəli! (1913, ya 1914)Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil
İzhari təşəkkür“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.
Məmmədəli! (14 iyul 1917)Genə bir aydan artıqdır ki, səndən xəbər yoxdur. Nədir səbəbi?Cəlil
Məmmədəli! (17 sentyabr 1917)Bu gün litoqrafiyanın təzə şərtlərini mülahizə edib, jurnala bu qiymətləri qoymağa məcbur oldum: satıcı əlində – 50 qəpik, idarəmizə 42 qəpik göndərməlisən. Buna görə də abunə iki dəfə artır.Neçə ədəd göndərilməlidir? Tez xəbər ver.
Həmidə! (1 fevral 1923)Bakı*Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşluğu eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim sənə yazacağam ki, bütün bu işlər, kəhrizlər və kəhrizlilər səni təngə gətirən kimi, dərhal çıxıb Bakıya gələsən.
Həmidə! (30 avqust 1923)Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.
Həmidə! (23 avqust 1924)Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdı. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s. ) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfslənirəm. Deyəsən, onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb. (Bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim).Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır.
Məmmədəli! (2 fevral 1925)Bu saat yenə başım ağrıyır və heç yana çıxa bilmirəm. Jurnal barəsində də Səidə yazmışam və ondan savayı da bir özgə sözüm yoxdur.Cəlil
Həmidə! (8 fevral 1928)İrəvan*Mən indi İrəvandayam. Sabah geri qayıdıram... Bir neçə gün bundan qabaq mən teleqrafla Münəvvəri çağırdım. Onların kənddə yaşamalarının mənası yoxdur. Münəvvərin işləri düzələn kimi (çox tez düzələcək) Müzəffəri də çağırar. Az. MİK Qəmərin də Bakıya işləməyə gəlməsini məsləhət görür. Bu barədə Bakıdan müfəssəl yazaram. Tiflisdə Yusifxangilə dəydim. Hamısı salamatdır. Hələlik, salamat qal.
Məmmədəli! (9 iyun 1929)İrəvandan*Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik Bakıya.
Həmidə! (27 avqust 1930)Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put çiy su içirəm.İş ondadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım.
Əzizim Kərbəlayı Cabbar!15 aprel (1931), Bakı*Mənim böyük oğlum Midhəti Leninqrada dərsə göndərirlər. Ümidvaram ki, sən ona hörmət elərsən ki, qürbətdə korluq çəkməsin. Xərcliyi və hər bir şeyi var, ancaq dost-aşnası oralarda yoxdur, səndən və Babadan başqa.
YuxuHacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).