Yüz il yatandan sonra

Söylə, Bayram əmi, sən bizə qandır,Bizim fikrimizi açıb, oyandır.

Мамед Таги Сидги1 мин
Sənsən pənahım

Ey padşahım, ey qibləgahım,Sənsən pənahım, pənahım, pənahım.

Мамед Таги Сидги1 мин
Tutiya eyləmişəm çeşmimə xaki-dərini

Tutiya eyləmişəm çeşmimə xaki-dərini,Gözüm insaf eləsin, tökməsin əşki-tərini.

Мамед Таги Сидги1 мин
Bir bəzm ola ki, bir mən olam, bir də yar ola

Bir bəzm ola ki, bir mən olam, bir də yar ola,Gülzar ola, çəmən ola, fəsli-bahar ola.

Мамед Таги Сидги1 мин
Bülbül əgər şikayət edər cövri-xardən

Bülbül əgər şikayət edər cövri-xardən,Yoxdur davamı, təngə gəlib ah-zardən.

Мамед Таги Сидги1 мин
Əvvəl məni əcəb özünə həmdəm eylədin

Əvvəl məni əcəb özünə həmdəm eylədin.Axır salıb bəlaya, ənisi-qəm eylədin.

Мамед Таги Сидги1 мин
Gizlin salıb xəyalə səni, gizlin ağlaram

Gizlin salıb xəyalə səni, gizlin ağlaram,Artar, xəyalıma səni saldıqca həsrətim.

Мамед Таги Сидги1 мин
Hicrində, ey bağı, tökünüb tabu-taqətim

Hicrində, ey bağı, tökünüb tabu-taqətim,Gündən-günə ziyadə olub, dərdi-möhnətim.

Мамед Таги Сидги1 мин
Məktəbdə

Əcəb xöşbəxt olur hər kəs,Tutub məba bu məktəbdə.

Мамед Таги Сидги1 мин
Nəsihətnamə

1) Sirr insanda əmanət olduğundan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tam aləmə faş olmuş kimidir.2) Dünyada dörd şeyin azı və çoxu bərabərdir.

Мамед Таги Сидги10 мин
Əzbər ediləcək hikmətli sözlər

1) İnsan əvvəl cəhlinin və bilməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil və bilmədiyinin təhsilinə səy və diqqət eyləsə, çox şey öyrənər.2) Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.

Мамед Таги Сидги5 мин
Təəssüf və yenə təəssüf

Bu günlərdə «Kaspi» qəzetəsində və «Şərqi-Rus» cəridəsində bu hər iki ruznamənin müdir və münşiləri öz məsləklərinin xaricində bir-birinin əleyhinə qələmə alıb nəşr etdirkləri «təib yollu» bəndləri oxuyub təəssüf etməkdəyiz.Əlhəqq, öz zəhəramiz və məlaləngiz mübahisə və mücadilə və bəlkə mühakimələri gözdən keçirib, məhzun və məlul olmamaq namümkün və qeyri-təbiidir. İşbu dilduz və ciyərsiz hadisənin vüqusu və bu naraba və nagübara mücadilənin zühürü hər bir vicdan sahibi olan müsəlmanın və hər bir mətbuat aləminə məhəbbətlə xidmət edən üdəbanın xatirini parçalayıb, dağıdır və pərişan etməkdədir.

Мамед Таги Сидги9 мин
Nümuneyi-əxlaq

Məktəbi-ibtidaiyyə şagirdlərinə məxsusdur*İfadəyi-məram

Мамед Таги Сидги48 мин
Qazet, yaxud qəzetə nədir?

Bu suala hər millət içində cavab verən çox olur. Yəni nəinki yalnız qazet kəlməsini məna edib, cavab verməklə? Xeyir, bəlkə mənasının zimnində bunun şərh və bəyanına məxsus və fayda və mühəssinatına dair neçə-neçə mükəmməl risalələr və nə qədər müfəssəl məqalələr yazılıb və sual məqamında da yenə yıla bilir. Amma müsəlmanlara arasında, ümumən, İran və Qafqaz müsəlmanlarının içində xüsusən qazet kəlməsini sair kəlmələr kimi itminani-qəlb və səfayi-xatir ilə zikr etmək olmaz.Qəzetənin mənfəəti və lüzumu barəsində söhbət açmaq iştibah və işkaldan xali qalmaz. Yəqindir ki, o söhbət axırda müstəme və müxatəblərin təərrüz və kinayələri ilə xətm olunar. Məgər inki bu qədər əhali içində əqəlli-qəlil, yəni mindən bir adam tapılır ki, qəzetə oxumağa adət edib və onun lüzumuna bərxürd və istifadəsinə mayil və nayil olublar. Onlara da camaat bir özgə nəzər ilə baxırlar. Bəzisinə deyirlər ki, bu xandır, bir parasına bu da bəydir. Bir özgəsinə bu da qulluqçudur, bu da uçiteldir, bu da firəngimaabdır, bunun da əqidəsi xarabdır, bu da laməzhəbdir, nədir, nədir.

Мамед Таги Сидги12 мин