Sultan Səncər və qarı

Mövzusu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”poemasından alınmışdır

Abdulla Şaiq19475 dəq
Vətənim

Ey vətən, ey gözəllərin gözəli!Qəlbimin ey sevimli şah əməli!

Abdulla Şaiq19471 dəq
Səndən də xoşdur

Bəzəkli gəlindir yenə hər ağac,Dərələr, çəmənlər geymiş al-əlvan.

Abdulla Şaiq19471 dəq
Yaz

Getdi qışın ayazı,Parladı ilin yazı.

Abdulla Şaiq19471 dəq
Canlı Dərbənd çiçəyi

Dərbəndin gül bağından dərdim qönçə bir çiçək,Rəngi, ətri, görkəmi biri-birindən göyçək.

Abdulla Şaiq19471 dəq
Usta Bəxtiyar

Bir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..

Abdulla Şaiq194713 dəq
Bostançı

Yayın üzüm, əncir bişirən qızğın günlərindən biri idi. Günəş göydən qum üzərinə alov saçdıqca yer qorlu külə dönür, istidən nəfəs almaq olmayırdı. Zəhra qarı istidən qaçıb bir əncir ağacı kölgəsində uzandı. Bir az sonra yuxuya getdi. Oyandığı zaman günəş yavaş-yavaş əyilirdi. Yatdığı yerdən qalxıb oturmaq istəyirdi ki, sinəsində soyuq bir şeyin hərəkət etdiyini duydu. Tez əlini sinəsinə aparıb onun nə olduğunu bilməyə tələsdi. Əli köksü üzərində qıvrılıb yatmış ilana dəyər-dəyməz: “Vay, ilan!” deyə, dəli kimi bağırdı və həyəcanlı halda sinəsi ilə ilanı yerə atmaq istədi. Ancaq ilan da vaxtında öz işini görmüşdü. Zəhra qarı oyananda o da oyanmış, onun qışqırığı ilə ilanın sancıb qaçması bir olmuşdu.Balaca Səməd nənəsinin bağırtısını eşidincə əvvəlcə qorxub dayandı, sonra bir az özünə ürək verib, irəli gəldi. Bu zaman ayaqları ucundan bir ilan fışıltı ilə qaçıb yox oldu. Səməd onu görüncə qaça-qaça gəlib evdəkiləri xəbərdar etdi.

Abdulla Şaiq19478 dəq
Üç it

Laçın bacısı Tərlan ilə həyət bağçasının yanında oturub səssizcə beşdaş oynayırdılar. Oyunu bu dəfə Laçın qazanmışdı. Tərlan əlini yerə qoyur, Laçın daşı havaya atıb Tərlanın əlini əli ilə vurduqdan sonra daşı tez havada tuturdu. Tərlan əlini çəkərək dedi:– Ay insafsız, mən səni udanda belə bərk vururdum?

Abdulla Şaiq194710 dəq
Bahar

Uğur olsun, gözəl bahar!Səni ellər çox arzular.

Abdulla Şaiq19471 dəq
Qaraçı qız

(Mövzusu S.S.Axundovun eyni adlı hekayəsindən alınmışdır)*İştirak edənlər

Abdulla Şaiq19481 dəq
Birinci pərdə

Birinci şəkilSəhnə, səhər çağı meşədə çay kənarında qaraçı düşərgəsini təsir edir. Qaraçı ailələri*

Abdulla Şaiq194820 dəq
İkinci pərdə

Üçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*

Abdulla Şaiq19487 dəq
Üçüncü pərdə

Dördüncü şəkilSəhnə bəyin malikanəsini təsvir edir.*

Abdulla Şaiq194817 dəq
Dördüncü pərdə

Altıncı şəkilMeymun paltar yuyur. İt də iki ayağı üstə durub onun paltar yumağına tamaşa edir.*

Abdulla Şaiq19489 dəq
Beşinci pərdə

Yeddinci şəkilPiri babanın eyvanı. Püstə ilə Saymaz gəlirlər. Püstə ona*

Abdulla Şaiq19485 dəq
Kolxoz bağında

Baharda, yay çağında,Bizim kolxoz bağında

Abdulla Şaiq19481 dəq
Təbriz

Mən çoxdan həsrətəm vüsalə, Təbriz.O ceyran baxışlı cəmalə, Təbriz.

Abdulla Şaiq19491 dəq
İdman nəğməsi

Biz gənclər, biz məktəblilər,Hər işdə göstərək hünər.

Abdulla Şaiq19491 dəq
Timsah ovu

Günəş tovuz qanadlarını Nil çayı sahillərinə çətir kimi açmış, quşlar xurma, limon və portağal ağaclarında səhər şənliyinə başlayaraq, budaqdan-budağa atılır, yeni doğmaqda olan günəşi şən nəğmələri ilə salamlayırdı. Səid, oğlu Nail ilə xurma ağaclarının quru budaqlarını kəsib yerə atırdılar. Bu zaman arvadı Zəhra aşağıdan səsləndi:– Səid, qapıya arşın malçı gəlmişdir, pul ver, Naziləyə paltarlıq üçün üç arşın çit alım.

Abdulla Şaiq195016 dəq
Çalışan qazanar

Yaydı, isti bir gün idi,Ağaclar çox ölgün idi.

Abdulla Şaiq19501 dəq
Bir may

Səhər-səhər pəncərədənŞəfəq gülümsədi birdən.

Abdulla Şaiq19501 dəq
Bağça

Adil zirək uşaq idi,Həm də bir az şıltaq idi.

Abdulla Şaiq19513 dəq
Meşə gözətçisi

Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.

Abdulla Şaiq195412 dəq
Pioner düşərgəsində

Yay tətili yenicə başlamışdı. İçərisi sevinclərlə aşıb-daşan, boyunları qırmızı qalstukla bəzənmiş pionerlərlə dolu avtobus düşərgənin qapısı qarşısında dayandıqda elə bir qurbağa gölünə bir daş atdılar. Uşaqlar intizar içində gözləyirdilər ki, birdən şofer çox uzun davam edən bir fit verdi. Fitin verilməsi ilə qapının açılması bir oldu. Qapıya qoca bağban Salman dayı çıxmışdı. Həmişəki kimi bu dəfə də o öz kiçik dostlarını qızğın bir məhəbbətlə qarşıladı. Keçən il yay tətilini həmin düşərgədə keçirmiş Azər yaşıl bağı, bostanı, becərilmiş çiçəkliyi quş baxışı ilə süzərək:– Qocalar demişkən, Salman dayı bağı yenə cənnətə döndəribdir, – dedi.

Abdulla Şaiq195512 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.