Mirzə Yusif xana

Altı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam.Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim.

Mirzə Fətəli Axundzadə5 dəq
Ruhül-qüdsə

Ruhi-rəvanım Ruhül-qüds!**Bu ilin 25 aprelində yazdığınız məktubun cavabını həmin ilin iyun ayında, keçmişdə Münif əfəndiyə məktub göndərdiyim Stepan əfəndinin vasitəsilə göndərmişdim. Bilmirəm, o məktub sizə yetişmişdir, ya yox? Əgər yetişmişsə, onun cavabını göndərməyinizi gözləyirəm. Əgər məktub çatmamışsa, Stepan əfəndidən onu tələb edin! Hər halda, mən sizin cavabınızı gözləyirəm. Məni nigarançılıqdan qurtarın!

Mirzə Fətəli Axundzadə3 dəq
Cəlaləddin Mirzəyə (ayrıca məktub)

Ayrıca məktubun surəti**Şahzadə!

Mirzə Fətəli Axundzadə3 dəq
Mirzə Yusif xana

1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış ayrıca məktubun surəti**Əzəmətli ağam, Allah sizin ömrünüzü uzun eləsin! Dövləti-əliyyeyi-İranın İstanbuldakı səlahiyyətli naziri Həsənəli xan Gərrusi Tiflis yolu ilə qulluq yerinə gedirdi. Tiflisə çatdığı gecə görüşünə getdim. Mehribanlıq edib əhval soruşduqdan sonra hər tərəfdən söhbət açıldı və rəvayətlər söylənildi. O cümlədən, adını çəkdiyim əzəmətli şəxs buyurdu ki: “Məmunun xilafəti zamanı, hələ onun paytaxtı Xorasanda olduğu dövrdə, Əmir Əli adlı bir şəxs Həmədan mahalında hakim mənsəbi ilə başıuca olmuşdu. Həmin Əmir Əli Həsənəli xanın böyük babasıdır. Əmir Əli isə ərəb əmirlərindən Səsəə ibn-Qəqa adlı bir sərdarın oğlu imiş. Təsadüfən, Məmunun dəvəti ilə həzrət imam Riza əleyhissəlam ki, böyük cəlal və dəbdəbə ilə Mədinədən Xorasana gedirmiş, Əmir Əlinin hakim olduğu yerdən güzarı düşmüş və onun evində qonaq olmuşdur. Əmir Əli əsrin imamının onun evində mənzil etməsi nəticəsində nail olduğu böyük səadətin qarşısında öz minnətdarlığını bildirmək üçün iki oğlundan birini imamın ayağı altında qurban kəsmək istəmişdir. İmam isə bunu qəbul etməmiş, Əmir Əliyə xeyir-dua edib, onun ocağına bərəkət və səadət göndərməyi izzət sahibi olan Allahdan istəmişdir.

Mirzə Fətəli Axundzadə2 dəq
Mirzə Yusif xana

Mirzə Yusif xan Müstəşarüddövləyə**Əzəmətli ağam, səadətiniz daimi olsun!

Mirzə Fətəli Axundzadə4 dəq
“Həqayiq” qəzeti redaktoruna

1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!

Mirzə Fətəli Axundzadə7 dəq
Manukciyə

Manukci Sahibə**Mənim əziz və mehriban dostum Manukci-Limci Sahib! Allah ömrünüzü uzun etsin!

Mirzə Fətəli Axundzadə3 dəq
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

Mirzə Fətəli Axundzadə1 dəq
Konstantin Fyodoroviç Lelliyə

Canişin dəftərxanasının diplomatik idarəsi rəisi zati-aliləri – Kavaler Konstantin Fyodoroviç Lelliyə**Babi-Alinin yüksək divanına kapitan Mirzə Fətəli Axundzadədən*

Mirzə Fətəli Axundzadə1 dəq
Həsənəli xana məktub

Həsənəli xana yazılmış məktubun surəti**Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun!

Mirzə Fətəli Axundzadə2 dəq
Nikolay İvanoviç Baranovskiyə

Qafqaz canişini baş idarəsi dəftərxanasının direktoru, həqiqi dövlət müşaviri həzrət-əşrəf Nikolay İvanoviç Baranovski cənablarına**9 aprel 1874, Tiflis*

Mirzə Fətəli Axundzadə1 dəq
Nikolaiyə

Rəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə**24 fevral 1874-cü il*

Mirzə Fətəli Axundzadə1 dəq
Mirzə Yusif xana

1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti**Əzəmətli ağam! Səadətiniz daimi olsun!

Mirzə Fətəli Axundzadə3 dəq
Tehran seyidləri və əşrafından birinə

[Tehran seyidləri və əşrafından biri ilə müsahibə]**1876-cı ilin may ayında Tehranın seyidləri və əşrafından və şahın xüsusi katibi olan... adlı bir şəxs ki, çox qanacaqlı və mükəmməl savadlı bir adam kimi görünürdü, Məkkə səfərindən qayıdıb, Tiflisdəki İran konsulu Mirzə Əsədulla xanın evində mənzil etmişdi. Məndən xahiş etdi ki, yeni əlifbanın bir nüsxəsini ona verim. Odur ki, əlifbanın surətini yazıb, bu bəyanatı da səhifənin aşağısına əlavə etdim.

Mirzə Fətəli Axundzadə2 dəq
Beşinci məclis

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.

Mirzə Fətəli Axundzadə17 dəq
İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri

İslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri**1274 (1858)-cü il*

Mirzə Fətəli Axundzadə6 dəq
Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi

12 noyabr 1857-ci il, Tiflis*Mənim bu il 23 sentyabrda verdiyim yazılı məruzədən sizin zatialilərinizə məlumdur ki, bir çox səbəblərə görə mən müsəlman əlifbasını dəyişmək qərarına gəlib, yeni bir əlifba tərtib edərək, İran hökumətinə göndərmək üçün rəislərimin hüzuruna təqdim etmişəm.

Mirzə Fətəli Axundzadə1 dəq
Aleksey Fyodoroviç Kruzenşternə

Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi vəzifəsini icra edən həqiqi mülki müşavir və Kavaler həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına**Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 3 iyul 1858-ci il, Tiflis*

Mirzə Fətəli Axundzadə1 dəq
Xarici işlər nazirliyinə məktub

Xarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*

Mirzə Fətəli Axundzadə2 dəq
Ruhül-qüdsə (Mirzə Melkum xana)

Ruhi rəvanım, Ruhül-qüds!**Sizin aprel ayının 25-də yazdığınız məktub göydən nazil olan bir fərman kimi mənə çatdı və qəlbimin sevinc və fərəhini artırdı. Səmimi dostumuz cənab Mirzə Yusif xan Tiflisə çatdığı birinci gecədə sizin “Mükalimə” kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxülislamına oxudu. Kitabçanın cildlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb, katiblərə verdik. İki günün ərzində onun üzünü köçürdülər. Hazırda hər birimizin əlində kitabçanızdan birər nüsxə vardır.

Mirzə Fətəli Axundzadə6 dəq
Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı

Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı**Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür.

Mirzə Fətəli Axundzadə10 dəq
Mollayi-Ruminin və onun təsnifinin babında

Məxdumi-mükərrəmi-mən, şeyxül-islam!Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin.

Mirzə Fətəli Axundzadə5 dəq
Osmanlı dövlətinin sədr-əzəminə

Dövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə**Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli*

Mirzə Fətəli Axundzadə2 dəq
Yeni əlifba haqqında mənzumə

Bu daimi olmayan dünyada mənim ömrüm,Həsrət və qüssə ilə başa çatdı.

Mirzə Fətəli Axundzadə6 dəq