Birinci hissə, V

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.

Elçin10 dəq
Birinci hissə, VI

İndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.

Elçin3 dəq
Birinci hissə, VII

Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:

Elçin1 dəq
Birinci hissə, VIII

Böyük bəy öz otağında yazı mizinin arxasında oturub, qabağındakı bir qalaq kağız-kuğuza baxırdı.Qüdrət içəri girib:

Elçin5 dəq
Birinci hissə, IX

Şuşa yatmışdı. Şuşanın dağları-daşları da, sıldırım qayaları da, dərə-təpələri də, hündür ağacları, bağ-bağatı da yatmışdı və həmin aydın gecədə, ay işığında bağ-bağat arasından görünən Şuşa evlərinin kirəmit damları da bu dəm lal sükut içində idi.Və bu lal sükutu Şuşanın sal daş küçələri ilə çapan atların nal səsi pozdu.

Elçin6 dəq
Birinci hissə, X

Gün Topxana meşəsində təkcə yarpaqların üstünə düşürdü; ağacların qol-budağı o qədər sıx idi, o qədər bir-birinə bitişmişdi ki, meşənin içində, elə bil, axşam idi.İki atlı yavaş-yavaş yanaşı addımlayırdı.

Elçin1 dəq
İkinci hissə, I

Yenə Cıdır düzü idi və yenə də bir neçə il bundan əvvəlki kimi hardansa uzaqlardan həmin xanəndənin səsi gəlirdi:Deyirlər Qarabağ bir cənnət imiş,

Elçin12 dəq
İkinci hissə, II

Qırmızı bayraq dalğalanırdı və bu bayrağı əlində tutmuş döyüşçü çapdıqca qırmızı bayraq qalan atlıların arasından keçib irəli çıxdı; qırmızı bayraq yol göstərirdi və bu yol indi Şuşa qalasına idi.Qırmızılar hücuma keçmişdi və bu dəm Əsgəran qalasının həndəvərində at kişnərtisi, səs-küy, güllə-boran ərşə qalxmışdı.

Elçin3 dəq
İkinci hissə, III

...Axşam düşmüşdü və həmin axşam Böyük bəyin imarətində təkcə bir işıq yanırdı və indi Fəxrəndə xanımla Şahnaz xanım bu təkcə işığın – onluq lampanın arxasında üzbəüz oturmuşdu.Heç kim danışmırdı, heç bir səs-səmir yox idi, amma bu sükutun özündə həyəcan, bir intizar, bir xof vardı.

Elçin2 dəq
İkinci hissə, IV

Səhər tezdən idi. Şuşa yuxudan təzəcə ayılmışdı.Əlində səhəng tutmuş qızlar «Xan qızı» bulağında durub növbə gözləyirdi.

Elçin2 dəq
İkinci hissə, V

Yenə də həmin təkcə lampa işığı idi və həmin təkcə lampa işığının altında, indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu.Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə şüşəsini döyəcləyən yağışın səsi gəlirdi.

Elçin6 dəq
İkinci hissə, VI

Bütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə qayasının sıldırım zirvəsi aydın görünürdü.Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində Xəznə qayasının ağır, təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə də sehrli təsir bağışlayırdı.

Elçin6 dəq
İkinci hissə, VII

Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:

Elçin2 dəq
İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

Elçin4 dəq
İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

Elçin6 dəq
Proloq

İlyas Əfəndiyevin «Hökmdar və qızı»faciəsinin motivləri əsasında yazılmışdır.

Elçin1 dəq
Birinci hissə, 1

6 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.İmperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı:

Elçin3 dəq
Birinci hissə, 2

6 sentyabr 1802-ci il. Sankt-Peterburq. Qış sarayı. Balzalı.

Elçin2 dəq
Birinci hissə, 3

Şuşa dağlarını duman bürümüşdü…Və o duman içindəki yaşıl yamacda iki atlı gedirdi…

Elçin2 dəq
Birinci hissə, 4

Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi…… Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur səslə car çəkirdi:

Elçin1 dəq
Birinci hissə, 5

Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi… Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb çığır-bağır saldı:

Elçin1 dəq
Birinci hissə, 6

İbrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır.Xan nargilədən dərin bir qüllab vurub:

Elçin5 dəq
Birinci hissə, 7

O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…

Elçin1 dəq
Birinci hissə, 8

Bir nəfər Şuşanın sal daşdan salınmış və gecənin qaranlığında tamam kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı.O, küçəni burulub xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin xarabalığına tərəf getdi və kilsənin girəcəyində qəfildən qaranlıqdan çıxan bir adam onun qarşısını kəsdi:

Elçin9 dəq
Birinci hissə, 9

İbrahim xanın kiçik uşaqları – Abbasqulu ağa, Səltənət bəyim, Hacı Hacan ağa, Əli ağa və başqa uşaqlar bağçadakı yelləncəklərdə oynaşırdı və dünyanın əbləh işlərindən, əlbəttə, xəbəri olmayan bu uşaqların hay-küyü bütün bağçanı başına götürmüşdü.… Ağabəyim Ağa bir kənardakı kiçik mizin arxasında oturub nəsə – güman ki, şer – yazırdı və burası da bağçanı bürümüş o gün işığı kimi aydınca görünürdü ki, uşaqların o qayğısız çığır-bağırı, o gözəl haray-həşiri ilə Ağabəyim Ağanın o dəmdəki hissləri, fikirləri arasında çox həzin bir təzad var.

Elçin2 dəq
Birinci hissə, 10

5 mart 1803–cü il. Paris. Birinci konsulun iş otağı.Birinci konsul Napoleon Bonapart divanda, Rusiyanın Fransadakı səfiri onunla üzbəüz kresloda, xarici işlər naziri Taleyran isə yandakı kresloda oturmuşdular.

Elçin3 dəq
Birinci hissə, 11

Ağ atın dəli gözləri, elə bil, yeri, göyü görmürdü…Saday bəy sıldırım qayaların təpəsi ilə ağ atı çap ki, çapasan – çapırdı.

Elçin1 dəq
Birinci hissə, 16

İbrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa onun ardınca addımlayırdı.İbrahim xan gedə-gedə deyirdi:

Elçin4 dəq
Birinci hissə, 17

1 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Tiflisə quşbaşı qar yağırdı.

Elçin1 dəq
Birinci hissə, 18

Göydə uçuşan qara qarğaların qarıltısı get–gedə uzaqlaşdı və bir-birinə dəyən qılıncların, atılan güllələrin, fınxıran atların, hücum edən, nalə çəkən əsgərlərin səsi bütün aləmi başına götürdü.… Gəncə yaxınlığındakı Quluqobu deyilən çöllükdə Cavad xanın atlıları ilə rus qoşunu arasında ölüm-dirim davası gedirdi: süngüyə keçən kim, güllə atan kim, gülləyə tuş gələn kim, atdan yıxan kim, yıxılan kim, qılıncla biçən kim, biçilən kim…

Elçin1 dəq