Əlibala Hacızadə · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bəhruz başını qaldıranda özünü kitabxananın qabağında gördü. Xatirə burada işləyirdi. Bu kitabxana Bəhruz üçün nə qədər də əziz və unudulmazdı. Burada onun gənclik xatiratı yaşayırdı. hər dəfə bura gələndə o, Xatirənin eşqinə düşdüyü ilk günlərdə olduğu kimi, həyəcanlanır, o vaxt keçirdiyi halları yada salıb xoşbəxtliklə gülümsünürdü. Bəhruzu Xatirə ilə bir yerdə işləyən qızlar da yaxşı tanıyırdı; o bura gələndə qızlar başına yığışır, deyib-gülür: «Ey, bizim Xatirəii az incit ha, evdə. Yoxsa səni kitabxanamızın üzvlüyündən çıxardarıq», – deyə zarafat edirdilər.Ancaq bu gün Bəhruz həmişəki kimi şən və üzügülər deyildi. Qayğılı, fikirli olduğu o dəqiqə nəzərə çarpırdı. Oxu zalının qabağında qarşısına çıxan Xatirə onu belə pərişanhal görüb tez soruşdu:
XIV fəsilBəhruz dəhlizdə həkim Sultanzadə ilə qarşılaşdı. Balaxanım da yanında idi.– Salam, salam, Bəhruz, necəsən?! – deyə baş həkim gümrahlıqla Bəhruza əl verdi.
Həsrətağların başına qar yağmışdı, ətəklərində isə hələ də göymeşə uzaqdan qara tala kimi görünürdü. Şaxta adamın üz-
Meşədəar altında nəfəs alan şam meşəsində sakitlikdi. AğaclarınQ yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə
Mərdlikvdə sakitlik idi; üçotaqlı, gur çilçıraqlı mənzildə işıqlaryansa da, içəridən səs-səmir eşidilmirdi, elə bil onun sa-
Birinci hissə, birinci fəsilDünyadan köçəndən sonra daürəklərdə və xatirələrdə yaşamağa
Birinci hissə, ikinci fəsilGecə keçirdi...Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. İpək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı...
Birinci hissə, üçüncü fəsilGülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.
Birinci hissə, dördüncü fəsilSədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaqqənşərdə, tramvay yolunun o tərəfində ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə... İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:
Birinci hissə, beşinci fəsilƏqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşək, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda...
Birinci hissə, altıncı fəsilSərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...
Birinci hissə, yeddinci fəsil– Ceyhun.– Nədi?
Birinci hissə, səkkizinci fəsilOrxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:
Birinci hissə, doqquzuncu fəsilŞöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:
Birinci hissə, onuncu fəsilNadirə bacısı oğlu Rəhimi gülər üzlə qarşılayıb içəri apardı. O bu evə az-az gələrdi. Ceyhunla tay-tuş olsaydı da yaxın deyildilər. Aralarında dava-dalaş olmamışdı, umu-küsü olmamışdı, ancaq soyuq idilər. Uşaq vaxtı bir yerdə oynamış, yoldaşlıq eləmişdilər. Lakin illər keçib, ağılları kəsdikcə sanki bir sehrli əl bu iki bacının uşağını bir-birindən uzaqlaşdırıb ayırmışdı. Bəlkə onların soyumasında bacıların da bir təsiri olmuşdu? Yox, Nadirə Rəhimi, Sədəf də Ceyhunu çox istəyirdi.İki ilə yaxındı ki, Ceyhun xalasıgilin qapısını açıb içəri girməmişdi. Nadirə Sədəfgilə gedəndə neçə dəfə oğlunu aparmaq istəmişdi. Ancaq Ceyhun hər dəfə bir şeyi bəhanə edib, boyun qaçırmışdı: «Dərsimi öyrənirəm». «Yoldaşlarımla kinoya gedirəm».
Birinci hissə, on birinci fəsilNadirə bərk narahatdı. Oğlundan ötrü həmişə səksəkə içində yaşayan ananın dərdini müəllim bir az da artırmışdı, qorxa-qorxa düşündüklərini Vera Pavlovna onun üzünə demişdi. Dünyada ən böyük nigarançılıq ana nigarançılığıdır. Bir yerdə qərar tutub dura bilməyən Nadirə gah bu, gah da o otağa girir, balkona çıxıb həyət-bacaya boylanır, nəzərləri ilə Ceyhunu axtarırdı.«Daha böyüyüb. Yekə kişi olub. Bəstəkar Baharlının qızı ilə gəzir... Tez deyilmi? Tezdir, tezdir. O, hələ oxumalıdır, oxumalıdır!..»
Birinci hissə, on ikinci fəsilİki gün idi ki, Orxanın qırışığı açılmır, fikirli-düşüncəli gəzib-dolanırdı. Professorun onun yanından saymazyana keçməsi, salamını almaması Orxana yaman yer eləmişdi. Elə hey bu barədə götür-qoy edir, Salman Qurbanzadənin xəyalı onun gözünə görünür, Orxanın həmişə sakit və rahat olmuş qəlbini incidirdi. O, indi qiymətli bir şey itirmiş və onu daha tapmayacağına əmin olan adama oxşayırdı.Orxan səssiz-səmirsiz, ürəyindəcə professorla danışırdı:
Birinci hissə, on üçüncü fəsilHava sərin idi. Yaşıl ağacların yarpaqları xəfif-xəfif pıçıldaşırdı. Böyük şairin hündür pyedestal üzərində qoyulmuş heykəli uzun yol gəlib yorulmuş və daşın üstündə oturub fikrə getmiş bir adama oxşayırdı.Ağ papaqlı, ağ paltarlı bir dəstə uşaq heykəlin o tərəfində, kölgəlikdə oynayırdı.
Birinci hissə, on beşinci fəsilGülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...
Birinci hissə, on altıncı fəsilBaşı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.
Birinci hissə, on yeddinci fəsilGülmirə professorun kabinetindən çıxanda artıq axşam düşmüşdü: içəridə, Salman Qurbanzadə ilə üzbəüz oturub onun tələm-tələsik diktə elədiyi sözləri təntiyə-təntiyə yazdığından, bu gözlənilməz təklifin əsil mahiyyətini anlamadığı üçün xəyalında min yerə at çapdığından qız yamanca həyəcanlanmışdı, deyəsən hələ tərləmişdi də. Yaz axşamının yüngül mehi alnında, yanaqlarında gəzdikcə bədənini sərinlədir, bayaqdan naməlum hisslər əlində çırpınan ürəyini toxtadırdı.Kommunist küçəsi ilə azca üzüyuxarı qalxmışdı ki, qeyri-iradi dönüb institutun pəncərələrinə nəzər saldı: Salman Qurbanzadənin dördüncü mərtəbədə yerləşən otağından hələ də işıq gəlirdi, azacıq o tərəfdə, içəri şəhərin qala divarlarının iri «daş dişləri» alaqaranlıq içində güclə seçilirdi. Gülmirə küçədə olsa da, o, işıq gələn pəncərənin arxasında, pardaxlanmış mizin dalında oturub işgüzar bir görkəmlə nə isə yazıb-pozan, əlini iri alnına qoyub tez-tez xəyala dalan Salman Qurbanzadəni təsəvvürünün gözləri ilə görür və Gülmirədə— elm aləminə təzə qədəm qoymuş, onun enişləri-yoxuşları, çəkişmələribərkişmələri, büdrəmələri, yüksəlişləri barədə tam təsəvvürü olmayan, ancaq hələlik zahiri parıltılarını, şan-şöhrətini, gurultu ilə səslənən «elmlər namizədi», «elmlər doktoru», «professor», «akademik» kimi ibarələrin doğurduğu məstedici həzzi uzaqdan-uzağa duyan Gülmirədə professor Salman Qurbanzadənin qeyri-adiliyi, nadirliyi, qadirliyi barədəki fikirlər getdikcə qüvvətlənir və gözlərini qamaşdırırdı. O, bir uşaq sadəlövhlüyü ilə atasının belə bir dostu olması ilə fəxr edir, küçəyə sığışmırdı. Onun nəzərində institutda işlədiyi bu iki-üç il ərzində Salman doğrudan da özünü çox, lap çox ucaltmağa nail olmuşdu — adicə laborant idi Gülmirə, beş ay keçməmiş kiçik elmi işçi keçirtmişdi, mövzu vermişdi, indi də elmi əsərinin vəziyyəti ilə maraqlanır, hətta vaxtilə özünün kəşf etdiyi Füzuli avtoqrafını da könüllü surətdə onun adına çap elətdirmək istəyirdi. Hələ bu nə idi ki, professor Gülmirənin tənbəlliyini bildiyi üçün bu çox vacib işi təxirə salmamaq, başqalarının, məsələn Cəfərin həmin məsələdə qabağa düşməyinin qarşısını almaq xatirinə, məqalənin mətnini də özü diktə eləmiş, yazdırmışdı, Bu yaxşılıq deyildi, bəs nə idi? Kim kim üçün belə edərdi? Heç kəs! «Nadirə mənim xatirimi — özünün dediyinə görə — kiçik bacı kimi çox istəyir. Ancaq o belə eləməzdi. Yox, eləməzdi. O, elə tələb eləməyi bilir, bir partkom kimi ancaq tələb eləməyi bilir. İşləmək lazımdır! Vəssalam, onun sənə qayğısı bundan ibarətdir. Amma Salman əmim... Yoxdur ondan, bir dənədir Salman əmimdən»—deyə Gülmirə ailəvi yaxın olduğu bu ər-arvadı fikrən müqayisə edirdi, istər-istəməz və belə müqayisələr zamanı öz «yaxşılığı», «xeyirxahlığı» ilə Salman onu—arvadı Nadirəni həmişə kölgədə qoyurdu. Gülmirə özünü Salmanla güclü hesab edirdi. Son günlər isə o, Orxanın «əyani» köməyini görəndən sonra büsbütün arxayınlaşmış, keçəcəkdə çətin, dolaşıq, basırıq yollarda həmişə onun üçün yaşıl işıq yanacağını düşünüb rahatlanmış, indiyə qədər qəlbini üzən ümidsizlikdən, inamsızlıqdan yaxasını qurtarmışdı. Demək, iki nəhəng — elmin iki böyük nəhəngi onun arxasında dayanmışdı. Orxan ona dəlicəsinə vurulmuşdu, düzdü, ürəyini hələ açmamışdı, güman ki, heç aça da bilməyəcəkdi— ancaq o bu məhəbbəti xatirinə Gülmirənin bir sözünü iki eləməzdi, deməmiş belə onun «əsərlərini» yazardı — özü də tək birini yox, ömrü boyu yazardı, özü üçün yazmasaydı da, Gülmirə üçün yazardı. Orxanın dilsiz baxışları, yana-yana köks ötürməsi, son yazısını aparıb təzədən yazması və o gün də «mən sirr saxlamağı bacaran oğlanam!»— deməsi bu fikri ona möhkəmcə təlqin eləmişdi. Orxan bu münasibətilə, bu məhəbbəti ilə Gülmirə üçün son dərəcə maraqlı, oxunmamış, ləzzəti bihuşedici bir romana bənzəyirdi və cavan gəlini öz şirinliyi ilə hər gün bir az özünə cəlb eləyirdi. Gülmirə təmkinli, ağıllı olsa da, bu şirinlikdən, o həzzdən imtina edə biləcəkdimi?..
Birinci hissə, on səkkizinci fəsilSəhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: «Əşi, yüngülvarı şeydi, keçib gedər»,— deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən «Şərq ədəbiyyatında realizm» əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fikirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi «əməliyyatın» yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, «nə yoğurub, nə yapan, hazırca kökə tapan» isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun «çörəyinə» mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.
Birinci hissə, on doqquzuncu fəsilNeçə gün idi ki, Gülmirə canını qoymağa yer tapmırdı, qiymətli bir şey tapmış adam kimi ora-bura vurnuxur, nə edəcəyini bilmirdi. O qiymətli şey əlini, ürəyini yandırırdı — sahibi məlum idi — Cəfər idi, di gəl ki, onu, o ağsaçlı, nurani alimə, onsuz da, elm aləminə gec qayıtmış (özündən asılı olmayan səbəblərə görə), yaşına görə az yazıb yaratmış Cəfərə qaytarmağa imkanı yox idi, çünki, Salman Qurbanzadə belə tapşırmışdı. Gülmirə hər dəfə kişini görərkən sıxılıb yumağa dönür, şax yerişini itirir, onun gözlərinin içinə dik baxmağa utanırdı. O gün ilk kadrlarını gördüyü, hövlündən gerisinə baxmağa cürət etmədiyi «oğru» filmi Gülmirənin fikirlərini alt-üst eləmişdi, böhranlı hallara salmışdı. Uzun götür-qoydan sonra o, professorun yanına getməyi, hər şeyi açıq-aydın danışmağı, bu çirkin işdən imtina eləməyi qərara almışdı. Lakin üç gün idi ki, Salman Qurbanzadəni münasib şəraitdə tuta bilmirdi; kişi gah iclasda olurdu, gah direktorun kabinetinə girirdi, gah da universitetdə mühazirə oxumağa gedirdi. Vaxt keçdikcə Gülmirə lap təntiyir, az qalırdı dərdini institutun partkomu kimi Nadirə xanıma, yaxud da yaxın bir dost kimi Orxana açıb desin, ancaq Salmanın qəzəblənəcəyindən çəkinirdi, qınından çıxacağından — kəsib biçəcəyindən ehtiyat eləyirdi. Digər tərəfdən də, Gülmirə Salmangilin evinin adamı kimi, onun arvadı ilə elmi işlərdə çox da yaxşı münasibətdə olmadığını, bir sıra məsələlərdə tamamilə ayrı-ayrı mövqələr tutduğunu, Nadirənin həm alim kimi, həm də bir insan kimi son dərəcə prinsipiallığını, nəinki başqalarına, hətta ərinə, doğma balasına belə güzəştə getməyən adam olduğunu bildiyi üçün bu işi Nadirəyə qətiyyən demək istəmirdi. Düşünürdü ki, əgər Nadirə həmin əhvalatı bilərsə, kollektivin müzakirəsinə çıxartmasa belə, Salmana dişinin dibindən çıxanı deyəcək — kişi arvadının yanında olan-qalan hörmətini, etibarını da itirəcək və bu zaman o, şübhəsiz yenə qınından çıxacaq, «babam mənə kor dedi, hər yetənə vur dedi»— söyləyib qabağına keçəni biçib doğrayacaq. Kim bilir onda Gülmirənin özünün də halı necə olacaq?! Yox, əvvəl özü ilə danışmaq gərəkdi, məsələni isti-isti həll eləmək lazımdı. Bu fikirlə də Gülmirə, nəhayət, münasib fürsət düşən kimi Salmanın otağına girdi. Salman nahar eləyirdi — salafanın içindəki iki kotleti, iki fal çörəyi, göy-göyərtini stolunun üstünə yığıb iştahla yeyirdi. Qapı ağzında Gülmirəni görən təki ağzı dolu olduğundan əlinin işarəsi ilə onu içəri çağırdı, yer göstərdi. Gülmirə əyləşdi. Salman tikəsini udub:– Hə, nə var, nə yox?—deyə xəbər aldıqdan sonra vəzəri qıçasını narın duza batırıb ağzına qoydu. Gülmirə bir anlığa nədən başlayacağını unudub döyükdü və axır özünü toplayıb söylədi:
Birinci hissə, iyirminci fəsilNəfəslik açıq olsa da, Salmanın pəncərəsi dənizə baxan iş otağı papiros tüstüsündən xəfə idi. Gecə yarısına az qalırdı, məhəllədəki evlərin işığı sönmüş, Ceyhun çoxdan yatmışdı. Salman yumşaq kresloda oturub əl boyda, göy üzlü bir kitabçanı mütaliə edir, ayrı-ayrı sözlərin, sətirlərin altından qırmızı qələmlə xətt çəkirdi. Bu, İlhamın ilk şerlər kitabçası idi. Professor onun bütün məmləkətdə məşhur olan akademik atasını da, özünü də yaxşı tanıyırdı. Keçən il yayda Salman ailəliklə onların Buzovnadakı bağına qonaq gedərkən həmin bax, bu kitabı çıxan İlham onlara yaxşı bir quzu kababı vermişdi.Yeməkdən-içməkdən əvvəl Salman Qurbanzadə İlhamla qayaların üstündə dayanıb dənizə baxa-baxa xeyli söhbət eləmişdi. İlhamın savadı professoru açıqca heyrətləndirmişdi. Söz-söhbət dolanıb İlhamın şerlərinin üstünə gələndə professor demişdi:
Birinci hissə, iyirmi birinci fəsilO, qucağındakı qalın, toz basmış kitabları ömrünü kitabxanada keçirmiş Nigar xanımın yanında ehmallıca yerə qoyub, alnında muncuqlanan tər damcılarını siləndə qadın gödək burnunun az qala lap ucunda güclə bənd alıb qalan eynəyinin üstündən bu nimdaş paltarlı, utancaq oğlana zənlə fikir verdi. Oğlan ona çox tanış gəlirdi; bayaqdan zehnində götür-qoy eləyir, onu harda gördüyünü, yaxud kimə oxşatdığını ayırd eləyə bilmirdi.Oğlan yarım saatın içində Nigar xanımın yanına iki dəfə kitab
Birinci hissə, iyirmi ikinci fəsilDağüstü parkda, «Dostluq» restoranının dənizə baxan yay zallarının birinin qabağına xeyli adam toplaşmışdı. Stollar açılmış, naz-nemətlər ortaya düzülmüş, iri güldanlara tər-təzə çiçək dəstələri qoyulmuşdu. Nizaməddin doktorluq müdafiə eləmişdi. İndi o, dostlarını, qələm yoldaşlarını, qohumlarını buraya dəvət edib ziyafət verirdi. Salmanla Nadirə də Nizaməddinin əziz qonaqlarından idi.Salmanın məclisdə, stol başında sakit, ağzına su alıb oturmaq adəti deyildi. O, mütləq danışmalı, yaxşı bir sağlıq deməli idi. Ancaq bu axşam susurdu.
İkinci hissə, birinci fəsilOrxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»
İkinci hissə, ikinci fəsilSalman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...
İkinci hissə, üçüncü fəsil«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.
İkinci hissə, dördüncü fəsilŞirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.