Cəlil Məmmədquluzadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.
Çadra və papaqÇadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.
RişəÇadra da gedəcək işinə, papaq da gedəçək işinə, ərəb hərfləri də gedəcək işinə, hələ ərəbin özü də gedəcək işinə. “Ərəb” deyəndə – burada Ərəbistanda yaşayan ərəb milləti demək deyil; mən o ərəbi deyirəm ki, qədimül-əyyamdan bizim qanımızın içinə giribdir, ətimizlə dərimizin arasında gizlənibdir və ruhumuza sahib olubdur və qısası: – həyatımızın bir rişəsi mənzələsində olubdur.Onunçün də əsil mətləb rişədədir; çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba, nəleyin, yaşıl qurşaq, qüsl, təharət, nəcasət, imamət, ziyarət, ticarət və... müxtəsər, yenə minlərcə bu qəbil müzəxrəfat, mövhumat və axmaqlıqhat!..
Məscid məsələsiBəli, çarşab və papaq barəsində maarif komissarı yoldaş tərəfindən sadir olan qərarları oxuduq, məzmunundan xəbərdar olduq və məlum şeydir ki, maarif dairəsində xidmətdə bulunan qadın və “irkaklar” haman qərarda da tabe olmalıdırlar və olacaqlar da və eləyə də bilməzlər olmasınlar.Bununla bərabər “Molla Nəsrəddin” idarəsinə axır vaxtlarda çoxçox məktublar daxil olmaqdadır və məktub sahiblərinin içində qadın yoldaşlarnan bərabər kişilər də vardır.
İsa bayramlarıBəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.
FürsətBir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.
Hikmətli sözlər1. Tapmaca: tap görüm, nə səbəbdən qışın soyuq günündə bir para adamlar üşüyürlər, amma bir paraları heç üşümürlər?2. Bu gün qəzetlərin birində bir nəfər başıboş yazıçı yazmışdı ki, kino idarəsi biletlərin qiymətini yendirməlidir ki, camaata tez-tez kinoya getmək əlverişli olsun.
Zəng orada çalınmırAğahüseyn yoldaş günlərin bir günü “Molodoy raboçi” qəzetinin 15-ci nömrəsini alır əlinə ki, oxusun, buradaca yoldaşı yuxu tutur, huşa gedir və yuxuda görür ki, pedaqoji texnikumun müdiri P. Qasımov özü kimi bir əksinqilabçılar dəstəsi düzəldib, Şura hökumətini yıxmaq fikrindədirlər. P. Qasımovun əksinqilabçı yoldaşları bunlarmış:1) Müəllim Cəmobəy Cəbrayılbəyli, 2) müəllim Musaxanlı, 3) müəllim və şair Hüseyn Cavid.
Allah-taalanın sifətləri1) Allah-taala alimdir.Bu var ki, məlum deyil elmi kimdən təhsil edibdir.
Dinc ol, səbrini dərAyağı bir-bir qoyarlar pilləkana.Tədriclə. Yaxşı, yaxşı. Ustubnan.
Heç vecinə deyilDoğrudan da, bu müsəlmançılıq qulaq dincliyidir. Dünya-aləm birbirinə dəysin–müsəlman bəndəyə təfavüt eləməz. İstər zəlzələ olsun, yenə müsəlman bəndəyə təfavüt yoxdur.Məlum şeydir ki, bu ibadət özü böyük bir məşğələdir, özü də çətin və zəhmətli bir işdir.
TicarətTicarətdən məqsəd məhz pul qazanmaqdır. Daxi qazancdan savay ticarətin sair bir məqsədi ola bilməz.Azərbaycan Dövlət Kinosu da bir ticarətxanadır. Burada da məqsəd məhz çoxluca pul qazanmaqdır.
Göz ağrısıBizim Azərbaycanda Su təsərrüfatı işçiləri necə ki, lazımdı qabağa getmir. Bir tərəfdən kəhrizlərin çoxusu təmir olunmur. O biri tərəfdən də sudartan maşınların habelə çoxusu yenə təmir olunmayıb, durur.Mən hərdənbir öz-özümə deyirəm ki, görəsən, səbəb nədir ki, Azərbaycanda suvarma işləri həmişə axsıyır.
İşçi teatrıAxır vaxtlarda belə qulağıma çatır ki, guya Türk-işçi teatrı ilə Opera teatrını dəyiş-düyüş eləmək istəyirlər. Guya istəyirlər Türk-işçi teatrını Opera teatrının binasına köçürtsünlər, Opera teatrını da bulvardakı Türk-işçi teatrının səfalı binasına köçürtsünlər.Hər kəs nə deyir-desin, mən ki deyirəm, əgər bu iş baş tutsa, iki tərəf də, yəni bu teatr da və o teatr da qazanar.
Yemək bayramıİnsanlar həmişə Allahı aldatmaqda olublar, amma Allah da onların fəndini çoxdan duyubdur.Götürək bu bayrambazlığı: indi də pasxa bayramı yavuqlaşır və xaçpərəstlərlə yəhudi millətləri pasxaya hazırlaşmaqdadırlar.
Xurcun və çamadanHekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Qarabağda aşuraBu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.
Kooperativ bayramıBu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu.Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq.
Qarğa-quzğunlarQarğa-quzğunlar həmişə çöllərdə cəmdək axtarmaqda olurlar.Çin tərəfindən də insanların qarğa-quzğunları qulaqlarını qırpıdıb müharibə gözətləməkdədirlər. Çünki acdırlar.
Din və millətAxır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır.Amma bircə şey mənim nəzərimdə xeyli təəccüb görsənir; o da budur ki, “din” və “dinçilik” söhbətlərinə çox az-az rast gəlirik. Halbuki “millət” və “millətçilik” məsələsi “din” və “dinçilik” və dindarlığa çox yapışıqlıdır, çox əlaqədardır (ərəblər demişkən).
Sapın ucu. QisasHa iki gündən bir qəzetlərdə oxuyuruq ki, filan bakılı vurdu filan bakılını öldürdü. Əgər belə olsa, az bir vaxtda Bakıda dəxi bir nəfər də bakılı qalmaz.Mən bu məsələni ondan ötrü ortalığa qoymuram ki, bakılıların o dünyaya getmələrinə çox darıxıram; yox, mənim məqsədim oxucularımın nəzərinə bunu yetirməkdir ki, burada bu qədər qan tökülməyə bais müsəlman qardaşların bir-birindən “qisas” almağıdır və bu da, necə ki məlumdur, islam dininin təqazalarından biridir.
PeyğəmbərlərBeytül-müqəddəsdə, yaxud ruslar dediyi Yerusəlimdə bu saat ərəblər və yəhudilər bir-birini öldürməkdədirlər; ölənlərin çoxu yəhudilərdir, azı ərəblər.Amma söhbət orada deyil. Bizim dostumuz, yəni Şərqin “dostu” ingilislər də kənardan durub tamaşa edirlər.
Məscidin sütunuHər şəhərdə hər məscidin bir sütunu olar. Necə ki, Naxçıvanda dabbax Hacı Hüseynalı.Bir belə məscid sütunu Bakıda da Kərbəlayı Abdulla Hacı Zərbəli oğludur. Bu adam Suraxanski küçədə Hacı Pirverdi məscidinin sütunudur.
Bakının havasıDünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı.O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir?
Olaydı-olmayaydıNə olardı ki, dünyada yaxşılıqdan başqa heç bir şey olmayaydı; nə yalan, nə palan, nə oğurluq, nə quldurluq, nə zülm, nə sitəm–bunların heç biri olmayaydı!..Gərək əyrilik olmayaydı – düzlük olaydı; bahalıq əvəzinə ucuzluq olaydı; cibgir uşaqlar məktəblərdə gizlənəydi və Bakının bazar-küçələrindən zibil ildə bir dəfə süpürülüb təmizlənəydi.
Gəl savaşaqUşaqlar küçədə oynaşanda bir nadinc uşaq o biri uşağa naqafil bir təkan vurur; bunun mənası budur ki “gəl savaşaq”.Kitay hökuməti Şuralar İttifaqı öz işinə məşğul olduğu yerdə buna bir təkan vurub deyir: “Gəl savaşaq”.
Başını piyliyimAzərbaycanın çox yerlərində bir belə söyüş var: “Başını piyliyim”. Nədir bunun mənası?Baş – məlumdur, bədənin yuxarı hissəsidir.
VəhdaniyyətÜsuliddinin birincisi – vəhdaniyyətə qane olmaqdır; yəni – Allah birdir, iki deyil. Dəlili-əqli–filan. Dəlili-nəqli–filan və filan.Və lakin bu söhbətlərin hamısı Oktyabr inqilabı nəticəsində qoydu getdi işinə; zira bir surətdə ki, biz Allahın özünü inkar edirik, dəxi burada tövhid də gedir işinə, qeyriləri də gedir işinə.
Köhnə sözlərYazmaq lazım gələndə hər bir yazıçı təzə söz axtarır ki, yazsın. Amma təzə söz tapılmayanda köhnə sözləri yazmağa məcbur olur.Köhnə sözlərin biri Bakı küçələrinin zibilli olmağıdır. Doğrudur, Şəhər idarəsi bir həftə bundan əvvəl bir belə qərar çıxartdı ki, küçələri təmizləmək lazımdır, amma haman qərarı mətbəədə çap edəndə zalım oğlu mürəttib səhvən “təmizləmək” yerinə “təmizləməmək” yazmışdı. Onunçün də ev sahibləri elə güman ediblər ki, Şəhər idarəsi küçələrin zibilli qalmağını xoşlayır və halon ki, belə deyil.
Dünya və axirətDünya və axirət məsələsi bu biçarə mömin müsəlmanları lap çaşdırıbdır.Bilmirsən kimə inanasan, hansını atıb, hansını tutasan.