Cəlil Məmmədquluzadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Mırt-mırtVacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: “Eh, necə olacaq olsun!”.Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il gözləyirlər, – axırda da hər kəs rast gəlir, – gedirlər, amma çoxu da qalır evdə və özünə layiq oğlan tapa bilmir ki, getsin (Dövlətli qoca kişilərin kefidir ha!).
Haradadırlar?Haradadırlar rusca yazanlarımız? Necə olublar qələm sahiblərimiz? Hara gizləniblər rus darülfünunlarını qurtarmış cavanlarımız? Niyə onlardan bir səs çıxmır?İndiyə kimi çox vaxt ittifaq düşübdür ki, biz müsəlmanların barəsində cürbəcür böhtanlar rus qəzetlərində yazıblar ki, bizi qeyri millətlərin və dövlətin nəzərində töhmətləndirsinlər. Amma böhtanların iyirmisinə bizlərdən bir dənə də cavab yazılmayıb.
Din məsələsiQonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi: biri doğma oğlu Qasım, – səkkiz yaşında, biri də ögey oğlu Nəcəfqulu, – on yaşında.Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşardıq. Mən on yeddi yaşında idim və elə olurdu ki, hərdənbir Qasımı da döyərdim, hərdənbir Nəcəfqulunu döyərdim.
Ana diliTatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:
FilosoflarAxır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. Bu məqalələrin məzmunundan belə anlaşılır ki, Qərb övrətlərinin hamısı həya və ismətsiz övrətlərdir; demək ki, cümləsi fahişə kimi bir şeydirlər.Mənim bu barədə heç bir etirazım yoxdur, heç bir sözüm yoxdur; çünki mən də elə bilirəm ki, Avropa və Amerika övrətləri təmamən fahişədir. Amma yenə hərdənbir xəyalıma gələrdi ki, bəlkə bu övrətlərin içində heç olmasa bir-iki həyalı övrət tapıla. Amma təzə filosoflarımızın sözlərindən belə məlum olur ki, heç biri də tapılmaz.
ZiyarətSən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”.Həyə sən hər şeyi eşidirsən, elədə de görüm, eşidibsənmi mənim nəvəm Güllünün əhvalatını?
QurtarıbDünyada heç bir şey bir qərarda qalmır. Ay, gün, yer, ulduzlar və biz gördüyümüz aydan, gündən, yerdən və ulduzlardan savayı genə milyon-milyon bu tövr aylar və ulduzlar, yerlər və günlər var ki, milyon-milyon illərin müddətinə hərəkətdədirlər.Deyirlər ki, yer durub – yalandı. Deyirlər ki, gün durub amma yer hərəkətdədir – bu da yalandı. Xülasə, dünyada tək bircə Ordubad şəhərindən savayı heç bir şey yoxdur ki, hərəkətdə olmasın.
Anam-bacımO qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var, – heç bir özgə millətdə yoxdur; məsələn, bir övrət ki, bu gün mən onu aldım, – sabah da ixtiyarım var boşayam. Kefim istər saxlaram, kefim istər boşaram.Dəxi bu aşkar bir işdir.
Təfavütİran ya Şirvan – heç təfavütü yoxdur, amma iranlı ilə şivanlının təfavütü çoxdur, bir az açıq danışaq ki, hamı başa düşsün. Məsələn, iranlı Sadıq və şirvanlı Rza, bunların təfavütü çoxdur. Hərçənd bunların ikisi də Allah bəndəsidir, amma sözüm burasındadır ki, əgər Sadıq Rzaya zülm eləsə, Sadığın atasını yandırarlar, amma Rza Sadığa zülm eləsə, keçib gedər, ondan ötrü ki, Sadıq İran rəiyyətidir, amma Rza şirvanlıdır.Bunların təfavütü budur ki, Sadıq iranlıdır, amma Rza şirvanlı.
SürməBir neçə vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, “müsəlmanların axırı nə olacaq?”. “İrşad” qəzeti də 79-cu nömrəsində bir belə şey yazmışdı.Doğrudan da, Türkiyədə Sultan Həmid kimi bir bədbəxti, İranda Mədəli şahın vücudunu, Əfqanıstanı, Fası, Bakını, Danabaş kəndini görən üçün belə sualı vermək təəccüb deyil, çünki hər bir yana hər bir tərəfdən baxanda görükür ki, işlər bir az şuluqdu.
OraqBəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş.Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər.
DayanBir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.
MüsəlmanBakıda indi belə adət düşüb: məsələn, istəyirsən bir ev kirayə eləyəsən və görürsən ki, divara elan yapışdırıblar ki, “burada bu qədər otaq kirayə verilir”.Qapını döyürsən, ev sahibi çıxır qapıya. O da müsəlman, sən də müsəlman.
Kabla HəsənNaxçıvanda cümə günü xəbər çıxdı ki, Kabla Həsən yox olub.Biçarənin övrət-uşağı başladı ağlaşmağa.
Tarixİnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.
SeyidlərBir neçə gün bundan qabaq iki nəfər seyid Tiflisdə bir erməni dükanından iki top çit oğurlamışdılar. Mal sahibi müsəlman mehmanxanalarının birində oğru seyidləri tapıb malı xurcunlarından çıxardıb aparır dükanına və hökumətə xəbər verir. Seyidlər indi dustaqdırlar.Bir neçə vaxt bundan qabaq Bakıda İsgəndərovların dükanından iki nəfər seyid mal oğurlamışdı.
CavabSəlyanda müəllim cənablarına:Yazdığın dörd səhifə məktubu çap eləsək, dəxi bizim özümüzə növbət qalmaz, halbuki, bizim özümüzün yazmağa sözümüz çoxdur.
QonaqlıqŞamaxı realnı məktəbinin direktoru Leontiyef buradan dəyişilib özgə şəhərə gedir.İndi hamının fikrinə gələ bilər ki, görəsən, bundan soraya Şamaxıya təzə təyin olunan direktor müsəlmanlar ilə nə cür rəftar edəcək?
MöcüzəƏgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.
Məzəli xəbərlərBuxara vilayətində Qurğan şəhərində Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidinə. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa.Hakim qalır məəttəl, çünki elə xəyal eliyir ki, müsəlmanlar dəli olublar. Sora ağanı başa salırlar ki, müsəlmanlar namaz qılırlar. Bu günlərdə məşhur gürcü yazıçısı Nikoladze “Novoye vremya” qəzetində yazır ki, Peterburqdan savayı heç bir özgə yeri görməyən, eşitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər ki, vilayətimizi idarə etsinlər. Amma baxırsan ki, hələ analarının südü ağızlarından qurumuyub. Bunlar uzaqdan eşidiblər ki, müsəlmanların haması, məsələn, quldurdular. Və əhalinin adətlərindən və xasiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min səhvlər eləyirlər.
Bu nədir?Çox şeylər dünyada var ki, mən onu bilmirəm. Mən bilmədiyim şeylərin biri də budur ki, aşağıda ərz edəcəyəm.Osmanlıda qanuni-əsasi yolunda çığır-bağır eləyənlərin çoxu arvadlardır. Biz qəzetlərdə oxuduq ki, osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, payimal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. Və hamı görür ki, minlərcə osmanlı arvadları bir meydana yığışıb, utanmaya-utanmaya və heç bir kişidən qaçmaya-qaçmaya, kişi kimi bir uca stolun üstünə çıxıb, kişilərin içində səslərini ucaldıb, nitqlər söyləyirlər.
Nüma“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?
TəməllüqKəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.
Qara buludlarHəmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar.Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin.
Bəs nə vaxt?Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.
Müvafiq qaidəHər bir xəbər ki Bakıdan gəlir – hamısı müvafiq – qaidədir və heç elə bir xəbər eşitmirsən ki, ağla sığışmasın. Hər nə ki eşidirsən, heç təəccüb eləmirsən və deyirsən ki, elə belə də gərək olsun.Məsələn, bir nümunə gətirək:
MüəllimlərPayız fəsli daxil oldu. Dərslər başlandı. İndi müəllimlərimizin barəsində bir az söhbət eləsək, heç pis olmaz.Hər kəs yüz ildən sonra Qafqaz müsəlmanlarının məktəb işlərindən xəbərdar olmaq istəsə, onlar üçün bu bir neçə sətri yazmaq olar:
ŞeytanŞeytan, şeytan, şeytan…Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış – evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq.
Müsəlman adlarıBu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər.Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”.