Əvhədi Marağalı · Məsnəvi
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Yerdən, dənizlərdən göylər biqərarGünün istisilə qaldırır buxar.
Cami-Cəm, fəsil 33Bu gün ilk bahardır şadlıq günüdür,Bu gün iztirabın, qəmin sonudur.
Cami-Cəm, fəsil 40Əgər naçar qalıb şərab içsən sən,Çalış, çox olmasın yoldaşın dörddən.
Cami-Cəm, fəsil 46Dedi atasına bir gün bir övlad:– Mənə evlənməkçün şərait yarat.
Cami-Cəm, fəsil 57Dostluqda dost ilə bir ol, səmimi!Bir qabıq içində cüt ləpə kimi.
Cami-Cəm, fəsil 59Öyrən insanlardan kişilik nədir.İnsanlıq nə şeydir, nə bilməcədir.
Cami-Cəm, fəsil 71Düzlük et ki, düzlər nicat taparlar,Hamıdan güclüdür düzlər, aşikar.
Cami-Cəm, fəsil 75Çox tərəddüd etmə, boş gəzmə nahaq,Kişinin sifəti səbatdır ancaq.
Cami-Cəm, fəsil 81Din elmi lazımdır şeyxə, şəriət,Bir də ki, düz, sağlam, mətin bir hikmət.
Cami-Cəm, fəsil 129Qəbristan əhlinin pak ruhu müdam,Allahın nuruna qərq olsun tamam.
Cami-Cəm, fəsil 14Dünyanın sirrini bilən zamandan,Məğrurluq etmədim mən heç bir zaman.
Cami-Cəm, fəsil 28Kədər, qəm evidir, bu dünya, söz yox!Rahatlığı azdır, zəhməti çox-çox.
Cami-Cəm, fəsil 35Kəsra bir gün çıxdı şəhərdən çölə,Gəzdi hər tərəfi atlılar ilə.
Cami-Cəm, fəsil 37Şaha yaxınsansa əgər, ey oğul,Səhv etmək yaramaz, çalış ayıq ol.
Cami-Cəm, fəsil 47Ey şəkər parçası, sən ey gözəl ay!Eyləmə dinini işvə ilə zay.
Cami-Cəm, fəsil 50Ey ata, bir utan öz övladından,Pisi rəva görmə ona heç zaman.
Cami-Cəm, fəsil 53Ey xacə, qulama zülm etmə nahaq,Dünya bu qaydada, bil, qalmayacaq.
Cami-Cəm, fəsil 62Özün əkdiyinə, ey ata, inan,Yaxşı olar özün olasan bağban.
Cami-Cəm, fəsil 68Çalış, məhkəməyə sən bağlama bel,Fırıldaq işlərə razı olma gəl.
Cami-Cəm, fəsil 70Dad! Bu mənbər döyən boş vaizlərdən!Utanmır ağacdan, nə də mənbərdən.
Cami-Cəm, fəsil 80Gəl heyrət yolilə getmə, gözü aç,Güman cığırından bir kənara qaç.
Cami-Cəm, fəsil 82Olduqca qəzəblə şəhvət sənə yar,Tövbə eyləməyə hər vaxt imkan var.
Cami-Cəm, fəsil 85Əməlsiz bir elmdir fikirsiz zikir,Eşqsiz ürək nursuz bir göz kimidir.
Cami-Cəm, fəsil 86Allahı əvvəldən tanımasan sən,Heç vaxt doğru çıxmaz şəhadət kəlmən.
Cami-Cəm, fəsil 87İnsan maneədən gərək olsun gen,Ta ona xəlvətdə hüzur verilsin.
Cami-Cəm, fəsil 90Fikrində din varsa, dirhəmsiz dolan,Budur ilk addımı aşiqin hər an.
Cami-Cəm, fəsil 96Riyayla Allaha tutma üzünü,Hiyləylə araya soxma özünü,
Cami-Cəm, fəsil 97Müamilə üçün olmasa bir söz,Ağıl ondan ötrü bəhsə girişməz.
Cami-Cəm, fəsil 101Müxlislər fikirə dalmışlar yaman,Ehtiyat edirlər işin sonundan.
Cami-Cəm, fəsil 103Ağzın qənd dadmaqçün, gəl şükr elə sən,Küfr adı çəkmə ki, lənətlənəsən.