Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Yunanlı filosof, zəkada nadir,Çıxartdı mədəndən belə cəvahir:
Mahru xanımBu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.
Yeddi gözəl, fəsil 9Dolanıb ətrafı hey qarış-qarış,Mənzərlə atası etdi axtarış.
Payan kəndiSəhər çay içərkən qapı vuruldu, bir azdan sonra Hüseynəli əmi bir məktub gətirdi. Məktubu miss Hanna yazmışdı. Məktubda yeni binaya köçdüyünü və bu gün Payan kəndinə gedəcəyini yazmış, məktub gətirən uşaq vasitəsilə onunla görüşməyi rica etmişdi.– Get xəbər ver, məni gözləsin! – deyə çayımı içib qalxdım və getməyə hazırlaşdım.
İqbalnamə, fəsil 11Müğənni, yubanma, götür rudu sən,Dumanlar çulğayıb beynimi qəmdən.
Miss Hannanın ad günüİclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim.1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq.
İqbalnamə, fəsil 13Müğənni, öt yenə, o lətif səsinBülbülün səsini batil eyləsin.
Hacı Səməd xana verilən saatMəşrutəyə açıqdan-açığa tərəfdar olan tacirlərin mallarını, konsulxana tərəfindən düzəldilmiş komissiya müsadirə edib qurtarmışdı. Yeni vali Təbrizə girəndən sonra əski zamanda olduğu kimi özü üçün gəlir mənbəyi axtarmağa çalışırdı. Nəhayət, Hacı Səmədxan da çar konsulunun getdiyi yolu təqib etməyə başladı və Təbrizdə yüzlərcə tacirin hücrəsini və anbarını möhürlətdi. Hacı Səmədxan bu barədə çar konsulundan icazə almışdı. Konsul çar təbəələri və çar himayəsində olan tacirlərə toxunmamaq şərtilə buna icazə vermişdi.Yüzə qədər hücrə və anbara möhür vurulmuşdu. Hacı Səmədxanın əmisi oğlu Mahmud xan da Hacı Səmədxanın verdiyi siyahı xaricində olaraq öz kefinə görə istədiyi anbarları möhürləyirdi. Mən bu günə qədər Məşədi Kazım ağanın hücrəsinin və anbarının möhürləndiyini eşitməmişdim.
Sirlər xəzinəsi, fəsil 16Tərbiyə verənimsə ədəb nurini saçdı,Mənə doqquz fələkin düyünlərini açdı.
Mahmud xanMahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi.Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi.
Xosrov və Şirin, fəsil 23Əfsunçu xəlvətdən çıxdı qəflətən,Atəşpərəst kimi parladı birdən.
Çar konsulu Təbrizi tərk edirHacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Yeddi gözəl, fəsil 33Müştəriylə Zühəl qovuşan zamanGünəş daxil oldu Həmələ Hutdan,
XXXIII. Osmanlı xəfiyyəsiOsmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi.Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər.
İqbalnamə, fəsil 50Gövhərlər olanda mədəndə aşkarDünyanı bürüdü gövhər alanlar.
XXXVI. Savlayev NurəddinBaratov ordusunun xəstəxanası Kirmanşahdan köçürülürdü. Leylanın vəziyyəti məlum deyildi, onun xəstəliyi qismən yaxşılaşsa da, yenə bir tərəfə köçürülməsi onun həyatı üçün olduqca qorxulu idi. Eyni zamanda xəstəxanada qalmaq da mümkün deyildi. Çünki xəstəxana çox pis vəziyyətdə idi. Qışın soyuq günlərində belə soba yandırılmırdı, palataların çoxunda soba da yox idi. Xəstə saldatları arabalara yığıb birdəfəlik məhv etmək üçün yola çıxarırdılar.Savlayev Nurəddin xəstəxanaya gəldiyi vaxt xəstələrin bəzisi köçürülmüş, qalanlar isə soyuq otaqlarda ac və əlacsız uzanıb ölümü gözləyirdilər.
Xosrov və Şirin, fəsil 111Xosrov öyrənərkən dərsi, hikmətiTərk etdi dünyanı, eyşi, işrəti.
Kəndə traktor gəlirIKənd boşalıb, kimsə yox,
İqbalnamə, fəsil 4Dolanıb döndükcə qoca ruzigar,Özünə bir yeni müəllim arar.
600 ayı balasıNikolay hökuməti vaxtında Maarif nazirliyinin maliyyə şö’bəsində qəribə bir kağız tapılmışdı. Hətta o vaxt çar mətbuatı da bu iş ilə artıq maraqlanmışdı; qəzetə müxbirləri maarif nəzarəti ətrafında toplanırdı. Təəssüf olsun ki, təb olunmasına ixtiyar verilmirdi.Dəftərxana müdiri məktəblərin haqq-hesabını nəzərdən keçirdiyi vaxt Gəncə kimnaziyasının məsarif cədvəlinə rast gəlmişdi. Cədvəldə min cürə məsariflər göstərildikdən sonra yazılmışdı ki, «kimziyanın ehtiyacına sərf olunmaq üçün 600 ayı balası alınmışdır».
Yeddi gözəl, fəsil 5Ey könül, bu xəyal yaratmaqla sənOynamayırsanmı xəyalla, desən?
Beşinci pərdəYeddinci şəkilFəramərzin kəndidir. Bir kəndli həyətidir. Alçaq pillələrlə bir balkona çıxılır. Kəndin qızları və oğlanları oxuya-oxuya işdən qayıdırlar.*
Sirlər xəzinəsi, fəsil 15Günəş elə ki, enib əlinə qalxan aldı,Yer də mavi səmayə öz kölgəsini saldı.
İkinci pərdəƏhvalat vaqe olur kənd qiraət komasında. Şə’ban kişi fikirli bir surətdə oturub çubuğunu çəkir. Komsomol Hüseyn komanın o tərəf-bu tərəfini dolanır, həyəcanlı bir surətdə fikir edir.*Hüseyn** — *(Şə’ban kişiyə).* Qolçomaqların tülkülüyünə baxma! Onlarla mübarizə aparmaq o qədər də çətin deyildir. Əvvələn, budur ki, kəndlilərin gözləri açılır, ikincisi də torpaq və su bizim ixtiyarımızdadır.
Xosrov və Şirin, fəsil 30Həyat aləmidir hər şeydən üstün,Cavanlıq günüdür ən qiymətli gün.
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
Leyli və Məcnun, fəsil 37Məcnunun dayısı Səlim Amirinin Məcnunu görməyə gəlməsiBəli, söz sərrafı o vaxtdan bəri
Toxtamış“Müharibələr Bağdadın qulağının dibində gedir. Soltan Mahmud ilə Soltan Məsud arasında gedən bu müharibə Bağdad xəlifəsi Müstərşidbillahın taleyini həll etmək üçün mühüm bir hadisədir. Çünki bunların hər ikisi xəlifənin hüququnu azaltmaq və öz əllərində olan məmləkəti genişləndirmək üçün çalışır. Bunun üçün də fürsətdən istifadə edən əcnəbilər Azərbaycan məmləkətini fitnə və macəralar yuvasına döndərmişlər”.Bu sözləri Əmir İnancın qoca vəziri Toxtamış deyirdi. Əmir vəzirin fikirlərini qismən rədd və qismən də qəbul edirdi. Əmir Aran məmləkətini idarə etmək barəsində danışaraq deyirdi:
İqbalnamə, fəsil 38Müğənni, bir quşsan - vaxtı düz bilən,De görək: nə qədər keçmiş gecədən?
Baği-İrəmBu gün Azərbaycan istiqlaliyyətinin şərəfinə verilən ziyafət Baği-İrəmdə təşkil olunmuşdu. Bu ziyafətə istiqlaliyyətə inananlar da, inanmayanlar da dəvət olunmuşdu.“Müqəddəratımızı öz əlimizə aldıq!” – deyə sevinənlərlə yanaşı olaraq, “Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi. Ziyafətdə iştirak edənlər hovuzlardakı qız heykəllərinə, onların döşlərindən vuran fəvvarələrə, Azərbaycanın hər tərəfindən gətirilmiş cariyələrə, cariyələrin tovuz quşu qanadından daha bəzəkli olan libaslarına tamaşa etdikləri zaman, Nizami ilə Fəxrəddin də Qərənfil xiyabanında gəzərək söhbət edirdilər.