Qaraca

Mən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.

İlyas Əfəndiyev8 dəq
Vəsiyyətim

Həkimimə yalvarın, bədənimi yarmasın,Həkimimə yalvarın, hay haray qoparmasın.

Tofiq Bayram19783 dəq
Gəlsin

Burada bir səyyadın tor bənası var,Cəhd eylər, dəstinin tərlanı gəlsin.

Novrəs İman1 dəq
Mən gülmək istərəm

Mən gülmək istərəm, çəkil, ey kədər!Çəkil pəncərəmdən, çəkil, ey duman.

Həkimə Billuri2 dəq
Özü duyaydı ki, ürəyimdədir

Özü duyaydı ki, ürəyimdədir,Yanaydı verdiyi hicran içində.

Əli Kərim1 dəq
Kərəm əfsanəsi

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

Mehdi Hüseyn19599 dəq
Azərbaycan

1Anamızın matəminə buraxmadılar,

Cabir Novruz33 dəq
Az gəlir

Sənin eşqin üçün inan, ey mələk,Ölməyə hazıram mənə az gəlir.

Zeynal Cabbarzadə1 dəq
Mən kədər mülkündə şaham

Mən kədər mülkündə şaham,Taxtı, tacı neylərəm?

Mirvarid Dilbazi19991 dəq
Keçən günlər

O günlər ki, sarmaşıqlar divardan,Saçlarını bizim bağa tökərdi.

Həbib Sahir1 dəq
Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyı bəyan edər

SALUR QAZAN TUTSAQ OLUB OĞLI URUZ ÇIQARDIĞI BOYI BƏYAN EDƏRMəgər xanım, Tırabuzan təküri bəglər bəgi olan xan Qazana bir şahin göndərmişdi. Bir gecə yeyüb oturarkən şahinçibaşma aydır: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim!” - dedi.

Xalq ədəbiyyatı12 dəq
Telefon xətlərində

Telefon xətlərində bir səs düşdü dünyayaTelefon xətlərində birləşdi ana, bala.

Mədinə Gülgün19771 dəq
Ah necə mən tapım bu dərdə dərman

Ah necə mən tapım bu dərdə dərman,Ki, zülfü, dodağı, rüxsarı haman.

Abbasqulu ağa BakıxanovRübai1 dəq
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

Mirzə İbrahimov14 dəq
Körpü

Dünyada körpü çoxdur,Adlısı, adsızı var.

Balaş Azəroğlu19641 dəq
Dönük qardaş

1944-cü ildə Ana yurda sığınıb, sonradüşmənlərə təslim edilən və ruslar tərəfindən

Almas İldırım2 dəq
Təzkireyi-Nəvvab

Ey Vidadi, yenə xan qulluğunda,Qaim olub, nə qiyamət eylərsən?

Molla Pənah Vaqif2 dəq
Pirşağı

Yayın avqust ayındaGündüzləri təndir tək,

Zeynal Xəlil1 dəq
Səxavətsiz dövlət nəyə gərəkdir

Səxavətsiz dövlət nəyə gərəkdir,Əgər yığsan bu dünyanın sanınca.

Usta Abdulla1 dəq
Birinci hissə, 11

Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.

İsmayıl Şıxlı195714 dəq
IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

Süleyman Rəhimov19446 dəq
Bilmədim

Yeridim, yeridim, yetə bilmədim,Dərdü-qəm əlindən yata bilmədim.

Aşıq Abbas Tufarqanlı1 dəq
Müsibəti-Fəxrəddin

Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı*Əfradi-əhli-məclis

Nəcəf bəy Vəzirov18961 dəq
Mən

Səyyad oldum, səhra gəzdim,Tor qurdum tərlana mən.

Xəstə Qasım1 dəq
Şəriətdə şərm yoxdur

Mən uşaq vaxtımda hərdənbir məscidə gedirdim və çox vaxtlar olardı, görerdim kj, torpağı sanı yaşayasınız, bizim Hacı Axund mənbərin üst pillesində əyləşib ayağında ağ tuman, bağı eşikde, biz uşaqlar küçəda damşdığımız sözlərdən danışır və İstibradən behs açıb, istibranı nə cür etməli və nə növ mövzeyi-mötadı sığallamalı, hamısımn təhrini eynilə camaata göstərir və hamisı gözləri bərələbərələ qalıblar.Mən həqiqət bu işlərə və bu sözlərə çox utanardım və qaiandım məəttəl. Tainki Axundu bir gün girələyib soruşdum ki, cənab Axund, niyə gərək peyğəmbər mənbərində sizin kimi böyük vücudlar, arvaduşağı mülahizə eləməyib belə sözlər danışasınız?

Əliqulu Qəmküsar3 dəq
Üçüncü pərdə

Səhnə Şahbaz bəyin qonaq otağını göstərir. Otaq Avropa səliqəsilə bəzənmiş. Şahbaz bəy səfərə hazırlaşır.*Şahbaz bəy**. Xavər, Xavər.

Süleyman Sani Axundov11 dəq
Qəsidə 2

چهره با جمال تو، مایه دهد جمال راغبغب چون هلال تو، بدر کند هلال را

Fələki Şirvani2 dəq
Sən

Gözün qızıb, ağlın itib,Gəlibsən meydana sən,

Aşıq Heydər1 dəq
Təşəkkür

İndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi.Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim.

Ömər Faiq Nemanzadə19111 dəq
Pəri

Yəqin bil kərəm kanı,Mən yanıram ataşına.

Molla Cümə1 dəq