Nitqi-mənzum

Qardaş, gözün aç, bircə oyan, gör nə zəmandır,Dünya üzü elm ilə bu gün rəşki-cənandır.

Abbas Səhhət19121 dəq
Raketlər

Raketlər əriyir, gözünüz aydın!Əriyir qəlblərdə o səksəkələr.

Tofiq Bayram1 dəq
Ey bixəbər

Ey bixəbər!Mən səni sevdiyim qədər

Mirvarid Dilbazi1 dəq
Yaratdı

Haq-taala könlündə fikir eylədi,Əzəl başdan bu dünyanı yaratdı.

Aşıq Qurbani1 dəq
Beşinci şəkil

Yenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*

Mehdi Hüseyn6 dəq
Anamın sözləri

Anam Suğraya ithaf edirəm*Gün keçir, zaman keçir, dövran çapır atını,

Qabil19471 dəq
Cılızlar nağılı

Böyümək istədi cılızlar birdən,İştaha gəldilər ağa olalar…

Cabir Novruz19951 dəq
Ay maral, maral

Ovsunçusan, mənlə dərdə yarısan,Ovsun sal dağlara, ay mar al, mar al.

Novrəs İman1 dəq
Dağılmış dünyamda dünyam var...

“Anam Təbriz mənə gəhvarədə söyləyərdi, yavrum, bil,*Sənin qalmış o tayda xallı, telli bir xalan vardır.*

Həkimə Billuri19872 dəq
Dizlərim əyilsə

Ömrün bahar çağı tufanda keçdi,Nə bir yol tövşüdüm, nə dizim əsdi.

Mədinə Gülgün19642 dəq
Dördüncü hissə, 10

Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə görünürdü, Məktəbin həyəti bomboş idi. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. O hər şeyi bilmək, hər pıçıltını dinləmək və hər sözü eşitmək istəyirdi. O, bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin.Petrov xeyli dolaşdı, pəncərələrin önündə ayaq saxladı və nəhayət, müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf oxuyan qrupun pəncərəsinə yaxınlaşdı. Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı.

İsmayıl Şıxlı195710 dəq
Qızlar

Biri qaşa bənd olur,Biri gözə bənd olur.

Zeynal Cabbarzadə1 dəq
Bu, Göyçaydır

Bu, Göyçaydır, oğlanlarım,göy dalğalı

Əli Kərim1 dəq
Abbasını özün al

Birisi molla Nəsrəddinin boynuna bir sillə vurmuşdu. Molla qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra mollaya dedi:Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.

Xalq ədəbiyyatı1 dəq
Şikayətin sonu

Zalım kəfsin min başı var, min rəngi var dunyada,Hər an başqa cilvə ilə uz gostərir bir əda.

Abbasqulu ağa Bakıxanov18287 dəq
Zamanın sirri

Yenə gövərdi ot,Sarı gül açdı.

Həbib Sahir1 dəq
IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

Süleyman Rəhimov19446 dəq
Ey huri liqalım, mələk simalım

Ey huri liqalım, mələk simalım,Gözəllikdə olmaz kimsə sən kimi!

Molla Pənah Vaqif1 dəq
Xəyanət – gözü kor, qulağı da kar

Xəyanət – gözü kor, qulağı da kar,Dayanıb mal kimi baxır üzünə...

Zeynal Xəlil19681 dəq
Teleqram

Öz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm.“Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29*

Nəcəf bəy Vəzirov1 dəq
Aydın olsun

Gözəlliyi elə car olan Pəri,Gərdənə həmayil tax, aydın olsun!

Aşıq Abbas Tufarqanlı1 dəq
Nəriman

Nəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır*Şərqə bir səadət aradığın gün

Almas İldırım1 dəq
Səmərqənddə bir qız gördüm

Səmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.

Balaş Azəroğlu1 dəq
Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf

Bu baxışlar melalü hüzn saçar,Bu baxış dağidar edər ciyəri,

Əliqulu Qəmküsar1 dəq
Laçın yuvası

Drama 3 pərdədə*İştirak edənlər

Süleyman Sani Axundov1 dəq
Qarışar

Mərdlərin içindən seçin namərdi,İlqarsızdı, gedib elə qarışar.

Usta Abdulla1 dəq
Mürəbbə: Dəli könül, nə yanırsan oda sən

Dəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.

Xəstə Qasım1 dəq
Üç yaşına çatıram

Tale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.

Aşıq Heydər1 dəq
Dördüncü pərdə

Yeddinci şəkilSəhər ertə. Dəmirçi Musanın dükanının qabağı. Dükan bağlıdır. Surxay və bir neçə kolxozçu səhnəyə çıxırlar. Mehralı, Şirəli və sairə kolxozçular onları qarşılayırlar.*

Sabit Rəhman9 dəq
Gülsüm

(Kiçik hekayə)Ürək sıxıntısı çox əziyyət edirdi. Bir gecə ikinci yol sabah namazından qabaq oyandım, yenə uzun qayğılı xəyallara daldım.

Ömər Faiq Nemanzadə19166 dəq