Sərçə

Yaxşı xatırımdadır,Yaşım on olmamışdı,

Zeynal Cabbarzadə4 dəq
Mənim həyatım

Adi bir insanam mən,Adidən də adiyəm.

Əli Kərim2 dəq
Qurban olum

Vətən, sənin sal qayana,Boz daşına qurban olum.

Mədinə Gülgün19801 dəq
Arvadım sağır

Molla bazarda inək alarkən soruşur:Yaxşı inəkdirsə, niyə ucuz satırsan?

Xalq ədəbiyyatı1 dəq
II fəsil, 1

O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.

İsmayıl Şıxlı199512 dəq
Bir toxucu qıza

Uçub rəngin qızım, səsin kallaşıb,Kölgələnib gözəl, ala gözlərin,

Həbib Sahir1 dəq
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər

Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər,Olacaqmı bitə hicran, gülə nurani səhər?!

Abbasqulu ağa BakıxanovQəzəl1 dəq
II

Göyalı da, Qaratel də ürəkdən inandılar ki, onlardan da artıq qızların diləyi hasil olacaqdır. Mütləq Ziyarət dağına getmək gərəkdir.Belə olanda onlar bir yaz səhəri başqa bir kəsə bildirmədən bacardıqları qədər nəzir-niyaz götürdülər. Ziyarət dağına yola düşdülər. Az getdilər, çox getdilər, yol boyu qabaqlarına çıxan kəndlərdə rastlarına çıxan kora, şilə, fağıra, yoxsula, sahibsiz kəslərə götürdükləri nəzirdən payladılar ki, diləkləri tez hasil olsun. Kəndbəkənd beləcə edib, yol gedəndən sonra axır ki, Ziyarət dağına çatdılar, dağa qalxdılar, daş məqbərələri aradılar, axtardılar, tapa bilmədilər. Demə, zamanın selsuyu bu daşları hey yumuş, ildırımlar buraya düşüb Ziyarət dağını tir-tir titrətmiş, iri-iri daşları parçalamışdır. Burada hər şey dəyişmişdir, nağıl edilən sayaqda heç nə öz yerində qalmamışdır.

Süleyman Rəhimov2 dəq
Birisi pəhləvan deyib özünə

Birisi pəhləvan deyib özünə,Yaxına qoymadı bir pəhləvanı.

Zeynal Xəlil19671 dəq
Yoxdur

Kür qırağının əcəb seyrangahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!

Molla Pənah Vaqif2 dəq
Gül, Pəri

Nə gülürsən, mənim kimi gülüncə,Sən mənə gülüncə, dərdə gül, Pəri!

Aşıq Abbas Tufarqanlı1 dəq
Potyomkin

“POTYOMKİN”*(Tarixi poemadan bir parça)

Almas İldırım14 dəq
Gizli-gizli

Şair Səhəndə*Vüsal həsrətilə alışdım, yandım

Balaş Azəroğlu19751 dəq
İkinci məclis

Əfradi-əhli-məclisHüseynəli xan – altmış yaşında, saqqalı xınalı*

Nəcəf bəy Vəzirov13 dəq
Harda düşür vur şitil iranlıya

Haıda düşür vur şitil İranlıya,Pampaca sal hər mitil iranlıya.

Əliqulu Qəmküsar2 dəq
Beşinci pərdə

Səhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur. Məhərrəm bəy gəlsin, gərək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən qol deyil. Elə hesab verdim ki, papağını da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və qızılları yoxlayım. (Durub sandığı açır.) Pəh, pəh, pəh... almazların şəfəqi gözlərimi qamaşdırır. Bu irilikdə mirvarı, bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz.

Süleyman Sani Axundov3 dəq
Yay indi

Ovçusan, durubsan ov bərəsində,Qur tələni, maral keçdi, yayındı.

Usta Abdulla1 dəq
Kimi

Nə baxırsan maral gözlüm,Mənə biganələr kimi,

Xəstə Qasım1 dəq
İşlərimizdə Hərcmərclik

Hər şeyin ilk yaradılışında, ilk təşkilində bir çox nöqsanlar olur, ibtidailiklər görülür. Hər dürlü mövcudiyyət, hər növ təsisat mütləq qanuna – qanuni-tədric və təkamüli-təbiyyətlə möhkəmləşir.Təbiətə zor etmək, tərəqqini sürətlə istəmək səyi ilə kamala çatmaq olmaz – deyirlər. Bunlar çox doğru. Lakin burası daha ziyada doğrudur ki, hər tərəqqini, hər kamalı yalnız təbiət əlinə buraxmaq da təbii, Allahı tanımamaqdır. Çünki tərəqqi və kamal təbiətin təsirindən artıq səy və ictihadın dərəceyi-qüvvəsinə tabedir.

Ömər Faiq Nemanzadə19195 dəq
Gərək

(Aşıq Qurbaniyə bənzətmə)Ey fələk sənlə əlləşməyə,

Aşıq Heydər1 dəq
Darvaza dram cəmiyyəti

Bizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.

Sabit Rəhman19636 dəq
Qəsidə 9

تا به دل و جان مرا آفت جانان رسیدبس که ز جانان به من رنج دل و جان رسید

Fələki Şirvani2 dəq
Necoldu

Başına döndüyüm, ay uca dağlar,Səndə gəzən ağır ellər necoldu?

Aşıq Bəsti1 dəq
Vaiz Əfəndi Şirvani

Mərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.Qəzəli-Vaiz əfəndi:

Firidun bəy Köçərli19254 dəq
Haray-haray

Ya ilahim, sən olasan ayarım, haray - haray,Yar yanında çünki yoxdur ayarım haray - haray,

Molla Cümə1 dəq
Kəklik

Baharın gülşən çağındaNə oxursan, sona Kəklik!

Aşıq Musa1 dəq
Aşıq Valehin Qənbərə cavabı

(birinci cavabı)Sən tək təbibin gözləri azarə düşərmi,

Aşıq Valeh1 dəq
Halal eylə

Ana, billah dura bilməm,Mən bağrı daş, halal eylə.

Ağdabanlı Qurban1 dəq
"Pənc gənc" və yaxud "Xəmsə"

Hazırladım mən əvvəlcə “Məxzəni”,Tutmadı zəiflik bu işdə məni.

Məhəmməd Əmin Rəsulzadə19491 dəq
Qəzəl: Yetərmi rişteyi-can gövhəri-yəganə sənə

Yetərmi rişteyi-can gövhəri-yəganə sənəKi gün kəməndi onun yetməz astanə sənə

Qövsi Təbrizi1 dəq