Sözə bax

Dedilər dostum xəstədir,yatır bərk,

Zeynal Cabbarzadə1 dəq
Nəsimin baxışı ruhpərvərdir

Nəsimin baxışı ruhpərvərdir,Gül fəsli, gecəylə gün bərabərdir.

Abbasqulu ağa BakıxanovRübai1 dəq
XXIII

Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?

Süleyman Rəhimov19444 dəq
Vətən naminə

Həqiqi vətənpərvərlik,Məktəblərdən başlamalıdı.

Qulamrza Səbri Təbrizi1 dəq
Ağa Kərim xan Ərdəbili

(Komediya 4 məclisdə)*Əfradi-əhli-məclis

Nəcəf bəy Vəzirov1 dəq
Axşam çağıdır

Cəvahir oldumsa,Kimsə almadı,

Həbib Sahir1 dəq
Sənin, ey şux məlaikzadə, qurbanın olum

Sənin, ey şux məlaikzada, qurbanın olum,Gəlmişəm dərgahına mən dada, qurbanın olum,

Molla Pənah Vaqif1 dəq
İndi

Mən olmuşam dərdü-qəmin barkeşi,Qəmdən tikdirmişəm, nə qalam, indi,

Aşıq Abbas Tufarqanlı1 dəq
Böyük şəhidimizə

Münir Kari üçün*Özün bir nur ikən “qanlı ulduzun”

Almas İldırım1 dəq
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)

Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,

Əliqulu Qəmküsar2 dəq
Sənin fotoşəkilin

Məktubumda: “Gəl deyə sevgilim!”yazdım sənə;

Zeynal Xəlil19551 dəq
Yavaş yeri

Yavaş yeri,ürkütmə o uşağın baxdığı

Vaqif Səmədoğlu1 dəq
İbrahim Əfəndi Nicati

Nuxa şəhərində nəşvü nüma tapıb təlim və tərbiyə almış şuəradan birisi də mərhum İbrahim əfəndi ibn Mustafa əfəndi olubdur ki, Mirzə Fətəli Axundovun və Kərim ağa Fatehin müasiri imiş. Səhih məlumata görə, İbrahim əfəndi hənuz tifl ikən valideyni ilə məən Qazax mahalından mühacirətən Nuxa şəhərinə gəlib orada sükunət edərmiş. Onun abavü əcdadı ruhani olublar.Belə rəvayət olunur ki, İbrahim əfəndi iyirmi beş sinninə çatınca zərgərlik edərmiş və o vaxta kimi bisavad imiş. Bir dəfə ona kağız yazdırmaq lazım olubdur və bu işdən [ötrü] əhli-savad bir şəxsin himmətinə rücu edibdir. Məzkur şəxs naməni yazdıqdan sonra ona bir növ töhmət izhar edibdir ki, sənə eyib deyilmi özün üləma nəsli ola-ola qeyrisinə hali-dilini kəşf qılıb məktub yazdırırsan? İbrahim əfəndi bu etirazdan xeyli mütəəssir və pərişanhal olub, iyirmi beş yaşında ikən başlayıbdır oxuyub yazmağı və bu yolda gecə və gündüz xürdü xabı özünə haram edib, elmü mərifət təhsilinə məşğul olubdur və axırda alim və fazil bir şəxs olub müdərrislik edərmiş. Təbi-şeriyyəsi olaraq bir xeyli əsərlər vücuda gətirmişdir. Vəli onlardan çoxusu dağılıb tərk olubdur. Əşarü kəlamının əksəri münacat, nəti-rəsul və qəsaid qismi əsərlərdir. Onlardan bir-iki[si] nümunə olaraq burada yazılır.

Firidun bəy Köçərli19252 dəq
Rübailər

Məhsəti GəncəviXalqın başında gər olsan da bir tac,

Nigar Rəfibəyli4 dəq
Vədəsində

Ağrı cana hopub dizə enməmiş,Ağırı, yüngülü ölç vədəsində.

Hüseyn Arif1 dəq
Ana dili

Bir gün əsir düşmüş bir qəhrəmanıSorğuya, suala çəkəndə cəllad,

Balaş Azəroğlu19701 dəq
Al indi

Nə müddətdi həsrətini çəkirdim,Zənəxdanı etdin mənə al indi.

Xəstə Qasım1 dəq
Yarala məni

Bir ərzim var qulluğuna rəfiqim,Gör necə çəkibdir yar ala məni.

Usta Abdulla1 dəq
Bu sevdaya düşən günü ölmüşəm

Sevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.

Aşıq Heydər1 dəq
Cavan bi̇r mi̇llətpərəsti̇n vəfati

Şəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkiriyyə əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlerdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədeyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm menə çox acı-acı həqiqətlər ərz edıyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidleri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladlan, telimgahi-islamiyyət ve insaniyyətləri, meqerri-nicat ve səadətləri olan zəmanə müvafiq məktəbləri və mədrəsələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Beli, Şəki öylə bir vücudi-möhterəmi qayib etdi ki,  o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyidiniyyedən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fedayilorindən idi. Mərhum millət ve maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu.Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiyə qeder hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxan Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət-gahın tetimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.

Ömər Faiq Nemanzadə19044 dəq
Danışan əllər

Gəl, — demək istəyir, gəl, — deyə bilmir,*Əllər dediyini dil deyə bilmir.*

Nəbi Xəzri1 dəq
Dedin

Şair, yenə ağı qaraya qatdın,Yeyib yatanları vaxtsız oyatdın.

Osman Sarıvəlli19751 dəq
Son nəfəs

Əmimin xatirəsinəBu kimin son nəfəsiydi,

Ramiz Rövşən1 dəq
Dədədüz söylənci

Turq eşitdi Başevdəki olayı,Sevgi quşu tək qanadla uçammaz.

Söhrab Tahir16 dəq
Sahibin hanı

Qapımın altında qazıyıb yeriKişnəyirsən yenə, sahibin hanı?

Məmməd Rahim19372 dəq
Üçüncü hissə, 26. Komandir

Doğmalarla söhbət eləmək həmişə mənə çətin gəlib. Bilmirəm hansı sözü seçəm, necə işlədəm. Mən doğmalara sevgisini ifadə edə bilməyən adamlardanam. Uca hislərin qarşısında susuram. Hərbi xidmətlə bağlı verilən suallarda da belədir. Cavab tapa bilmirəm. Ömür boyu əsgərlik xatirələrini danışan, hələ üstəlik bəzəyibdüzəyən adamlara həsəd aparmışam. Mənə qalsa, sevgidi, dostluqdu, kişilikdi - bunlar haqda danışmaq ayıbdı. Etməli olduğun işi niyə danışasan? Heç ağac deyir ki, baxın, necə meyvə gətirmişəm? Günəş deyir ki, sizə təmənnasız isti bəxş edirəm?İndi atamın qarşısında da belə tərk-silah olmuşam. Nə deyim, nə danışım? Hamısını özü bilir. Vaxtımın az olmasını da, bir az səhlənkarlığımı da, əslində, gəlmək və görmək istədiyimi də. Məndən olsa, doğmalarla üz-üzə oturub saatlarla bir-birimizə baxarıq. Mənim üçün bunun əvəzi yoxdur. Doğmalar həm də ona görə doğmadır ki, onlarla bu cür rahat ola bilirsən.

Şərif Ağayar20181 dəq
Yetişmək Şamə, şahə verməmək təmkini-Gülşadur

Çün şahə yetişdi gənci-məqsud,Mənzur olunub kəlami-mə’hud.

Məsihi10 dəq
Qəzəl: Zəəfi-qəmində ol kəmərin sorma halımı

Zəəfi-qəmində ol kəmərin sorma halımıBir muyi-pic və taba salıbdır xəyalımı

Qövsi Təbrizi1 dəq
Dördüncü hissə, beşinci fəsil

Az qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.

Əlibala Hacızadə8 dəq
Xı fəsil

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.

Elçin4 dəq