Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bu nə heyrətfəza səmayi-rəfi?Bu nə biintəha fəzayi-vəsi?
Bir də yazGecə-gündüz bulud keçir havalar,Belə getməz, əlbət, gəli bir də yaz.
Fələstin xalqıBir adam didərgin düşsə vətəndən,Qürbət əzabıyla köksü dağlanar.
Qızıl ordu – ana fəryadıEy şəninə şer yazıb,Nəğmə qoşub,
Məhəbbət deyilMən səni görməyə adət etmişəm,Adət məhəbbət deyil!
Qeyri sinayəBeş gəlmə sin ilən bir lam içindəOn dörddü cəmində qeyri sinayə.
Hərə özünü düşünür…Xalqını düşünən hanı,Hərə özünü düşünür,
Hər səhər, hər axşam kəsib yolumuHər səhər, hər axşam kəsib yolumu,Deyirsən, sevirəm, könül ver mənə,
Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edərDUXA QOCA OĞLI DƏLİ DOMRUL BOYINI BƏYAN EDƏR, XANIM HEY!Məgər xanım, Oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, “Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənfimlə savaşa, - derdi; mənim ərligim, bəhadirligim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana”, - derdi.
İlk yurdum, ilk nəğməmFikrim yolda, qərar tuta bilmirəm,Ötən günü heç unuda bilmirəm.
Üçüncü atlı(Lermontovun Şamaxı səfəri)*"...Sevirəm Qafqazı mən"*
V fəsil, 3Keçəl Xondnlu öz silahlı dəstəsi ilə şura idarəsinin həyətinə toplaşmışdı. O, qəza mərkəzindən xüsusi tapşırıq almışdı. Bu gecə Həsən ağa tutulmalı idi. Kəndə tam sakitlik çökdükdən sonra Keçəl Xondulu atın belinə qalxdı. Yoldaşları da atlandılar. Xondulu yarım pıçıltılı səslə onları başa saldı.– Yarınız Alqazax uşağının evinin alt tərəfini, yarınız da üst tərəfini kəsərsiniz. Elə edərsiniz ki, aradan bir quş da çıxa bilməsin. Həmləni uzaqdan götürün ki, başa düşən olmasın. Evə yaxınlaşanda da,saymazyana yaxınlaşarsınız. Onların üstünü beyqafıldan, yatdıqları yerdə almasaq, ələ keçirə bilməyəcəyik.
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,
Yarəb, bu od nə oddur kim, düşdü cismü canəYarəb, bu od nə oddur kim, düşdü cismü canə?Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Şairlərdən seçmələr, 5عارف، جمالالدین اصفهانیاین عمر که از نیمهٔ هشتاد گذشت یادش چه کنی که شاد و ناشاد گذشت
XVIIIQara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.
Çöl çiçəyiBir keçən buludun, göz yaşlarını,Qana-qana içib, açılan çiçək.
Bilmənəm məndən neçün ol sevgili canan küsübBilmənəm məndən neçün ol sevgili canan küsüb,Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb,
Dördüncü məclisƏfradi-əhli-məclisHüsenyəli xan*
Sən uçurum döşündəSənUçurum döşündə,
Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsMolla Pənah əsrinin möhtərəm şairlərindən birisi də mərhum Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsdür ki, əslən Qazax mahalından Xanlıqlar qəryəsindəndir.Bəzi müfsidlərin--ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş,--şeytənəti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına soy və kuşiş edir və Cavad xan ilə həmsirdir, onların mabeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftügulər olunur. İrakli şahın qəzəbi cuşa gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır.
QarğalarZağ çün şərm nedarəd, ki nəhəd pa bər gül,Bülbülanra səzəd ər damoni xari girənd.
Göl min il yaşadıGöl min il yaşadı səssiz-səmirsizNə bir bulaq gördü, nə də bir dəniz.
Qəzəl 823Hicran düyünü qafilə oldu sinəm üstə,Sarban uyuyur, qafilə qalmış hələ düzdə.
Qəzəl 62Qismət olarmı vəslin bir gecə, ey dilaram?Nakam olan cahanda mümkünmüdür ala kam?
ŞikayətnaməMaliki-mülkarayi-aləm və hakimi-hikmətfəzayi-əqalimi-hikem mə'mureyi-cəhani vəqfi-ərbabi-istirzaq edib, tövliyətin müluki-ədalətşüar və hükkami-merhəmətdisarə təfvİz etdikcə və xanogah-təngnayi-ersəyi-İmkanda asari-ərbabHstehqaq olub, hər fərdinə miqdarmca xəzaneyi-qeybdən vəzifeyİ-müstəmirrə yetdikcə, ol mümliyi-ərqami-dvvam-xilafətin qələmİ-mişkbarlan miftahi-künuzi-ərzaqi-əshabİ-istehqaq ola. Ve ol naqili-ə'lam istehkami-bünyani-səltənətin rəqəmi-ənbərnisarlarmda hədayiqi-əhdaqi-ərbabi-nəzər bəsarət bula. Şərhi-şəmmeyi-səna və rəfi-şiymeyi-duadan sonra:Ərz edər xakisari-bimiqdar,
Cami-Cəm, fəsil 49...Sən nəsil törətmək fikrində olsan,İsmətsiz qadınla evlənmə, dayan.
Böyük həkimlərYaşadığımız əsrdə və yaşadığımız Bakıda lazımdı hər gün və hər gecə, hər namazdan sonra əl qaziyül-hacətə götürüb, haqq-taaladan istiğasə etmək ki, yaranmışına bir azar-mazar göndərməsin və həkimlərə möhtac qalmasın; yoxsa vay azarlının halına. Çünki indiki əsrdə, indiki Bakı paytaxtında hər bir bədbəxt ki, azarladı – dəxi onun işi bitdi.Bir mən yazığı başa salın görüm, mən başıdaşlı başıma nə çarə qılım; özüm hərdən bir azarlayıram. Və beş-altı nəfər külfətim var, söz yox ki, onları da hərdən bir Allahın dərdi gəlib tapır. Özüm də çünki qulluqdayam, söz yox ki, məcburi straxavoy olmuşam ki, buna da türkcə “sığorta” deyirlər, nə deyirlər.
Nigâra niçe ki ırağ isen bini ana durNigâra niçe ki ırağ isen bini ana durKi sen nerede olursan yönümüz ol yanadur
Şərəfnamə, fəsil 26Ey saqi, dur, məndən bu mənliyi at!Gəl, üzüm suyundan cahanı parlat!