İkinci hissə
Contents
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Page 12 of 32 · 34%
Cavidan qəsrinin zirzəmisi.
Babək yanında iki nəfər məşəlçi, qəsrin zirzəmisinə endi və aşağıda keşikçilər bir hücrənin qapısını açdılar. Məşəlçilər irəli keçib içərini işıqlandırdılar.
Tağlı zirzəmi hücrəsində qaraçalmalı, ayaqları qandallı bir nəfər küləş üstündə oturmuşdu və dizlərini qucaqlayıb başını dizləri üstə qoymuşdu. Hücrə işıqlananda dustaq başını qaldırdı və Babəki qarşısında görüb ayağa qalxdı.
Babək. Gecən xeyir, ya ibn Cüneyd, nə əcəb hələ yatmamısan?
İbn Cüneyd. Gecən xeyir, ya Babək, mən əsirəm, dustağam, fikir-xəyal qoymur məni yatmağa, sənə nə olub ki, öz qəsrində, gecənin bu aləmində oyaqsan?
Babək. Ya ibn Cüneyd, ömrün axırı var, işin axırı yoxdur və nəhayət, bu gecə səninlə məşğul olmağa vaxt tapmışam...
İbn Cüneyd. Əgər öldürməyə gəlmisənsə, izin ver, yataq namazımı qılım, sonra edam elə!
Babək. Ya ibn Cüneyd, məqsədim budur ki, bu gecə səni azad edim və sən bu gecə mənim tərəfimdən Tusinin ordugahına elçi gedəsən...
Babəkin qərargahı.
Həsir üstündə süfrə açılmışdı və qoşun başçıları bu süfrə başında oturmuşdular. Lakin heç kəs dinib-danışmırdı. Babək içəri gəldi və hamı ayağa qalxdı. Babək başından tolğasın çıxartdı, qılıncını belindən açıb süfrə yanına atdı, divardan tənburu aldı və döşəkçə üstündə bardaş qurub yavaşdan simləri cingildətməyə başladı...
Və indi hərdənbir qəsr qarşısındakı meydandan, səbri tükənmiş cəng atlarının kişnərtisi eşidilirkən, Azin diksinib başını qaldırırdı və tutqun baxışlarla Babəki süzürdü...
Keşikçilər ayaqlarından qandalları açılmış ibn Cüneydi gətirdilər. İçəridəkilər başlarını qaldırdılar və ibn Cüneydi görərkən dönüb yenə heyrətlə bir-birinin üzünə baxdılar.
Babək. Gəl əyləş, ya ibn Cüneyd, burda süfrə başında oturanlar mənim ən yaxın cəng yoldaşlarımdır, bu Rüstəmdir, bu Azin, bu da süd qardaşım ərəb oğlu Muaviyədir və Tərxanı sənə təqdim etməyə nə hacət ki, səni əsir alan odur və sən onunla çoxdan tanışsan...
İbn Cüneyd süfrə başında oturdu və dedi:
– Ey Babək, müharibələrdə çox qəribə şeylər olur. Və o qəribə şeylərdən biri budur ki, rumlar biz ərəblərin qarşısında davam gətirə bilmirlər, biz ərəblər də türklərin qarşısında davam gətirə bilmirik və türklər də rumların qarşısında davam gətirə bilmirlər.
Babək. Haqlısan, müharibənin sirləri çoxdur. Ona görə biz xürrəmilər ki, altı dəfə ordularına qalib gəlmişik, indi istəmirik ki, bu qalibiyyətlər bizi məst eləsin. Amma bu süfrə ki, xoş niyyətlə açılmışdır, bu süfrə başında bir az məst olmaq günah deyil. Və biz ki, kafirik, İberiya şərabı və xurma nəbizi meyl edəcəyik, sən də bir müsəlman kimi buyur, bal şərbəti iç ki, o mühüm məsələ barədə danışaq...
İbn Cüneyd. Ey Babək, indi ki, sən əsir düşmüş bir İslam əmirinə bu qədər iltifat edirsən, ibn Cüneydin fikri belədir ki, o da bu dünya kövsərindən meyl etsə, qiyamət qopmaz.
Babək. Elə isə, hamımız İberiya şərabı içək ki, söhbətimiz uğurlu olsun.
Babək ilə ibn Cüneyd piyalələrini qaldırıb içdilər. Tərxan, Rüstəm və Muaviyə də piyalələrindən bir qurtum içib yerə qoydular. Lakin təkcə Azin əlini piyaləyə uzatmadı və Babək gözünün ucuyla Azini süzdü və bığları altında gülümsər kimi oldu...
Abdulla təlaş içərisində qərargaha gəldi və dedi:
– Ey Babək, ey ulu sərvər, düşmən, casusu əsirlər düşərgəsinə aparılanda fürsət tapıb qaçmışdır.
Babək bir müddət dinmədi, sonra Abdullaya dedi:
– Ey qardaşım Abdulla, bu yaxşı əlamət deyil və bu saat hər iki keşikçini zindana sal və sən özün də cəzasız qalmayacaqsan!
Abdulla dönüb getdi, Babək üzünü ibn Cüneydə tutub dedi:
– Ya ibn Cüneyd, axır günlər Tusi bir-birinin dalınca Bəzz qalasına çox casus göndərir... və əgər bu hazırlanan qəti hücumun əlamətidirsə, sən çox savab iş görərsən, əgər mənim təklifimi Tusiyə yetirsən.
İbn Cüneyd. Ey Babək, əgər sən mənim əvəzimə Tusidən yüz min dirhəm fidyə istəsən, mən bir əsgər kimi and içərəm və günü sabah o məbləği Tusidən alıb sənə göndərə billəm... Amma söz verə bilmərəm ki, Tusini səninlə danışmağa razı salacağam və bu barədə and içməyə dilim gəlməz.
Babək. Nə üçün? Tusinin də canı dəmirdən deyil və iki ildən artıqdır ki, vuruşuruq, amma nə o qalib gəlib, nə mən və indi bəlkə Tusi də mənim kimi bir az yorulub? Nə üçün danışığa razı olmasın?
İbn Cüneyd. Ona görə ki, üç il bundan əvvəl xəlifə Məmun cəmi Azərbaycanı ta Qəzvinə qədər mənə bağışlayıb, sənin üstünə göndərmişdi. Və indi də bütün Azərbaycanı ta Qəzvinə qədər Tusiyə bağışlayıb, sənin üstünə göndərib...
Babək. Qoy Qəzvin və Azərbaycan Tusinin olsun, amma Bəzzeyn dağları mənim. Təki danışığa başlayaq.
Azin diksindi və süfrə başında oturan digər qoşun başçılarının qaşları çatıldı. İbn Cüneyd başlarını aşağı salmış bu adamlara baxdı və dedi:
– Ey Babək, əgər sən aman istəyirsənsə, gərək Tusi bu barədə xəlifədən icazə ala və əgər xəlifə sənə aman bəxş edib Bəzzeyn dağlarında sənin muxtariyyətini qəbul etsə, sən gərək bu dağların 13 illik xəracını verəsən...
Babək. Hələlik qoy Tusi otursun öz yerində və Həştadsar dağının ətəyindən yuxarı qalxmasın... Və sonra xəlifə bizdən xərac istəsə, düzdür, 13 ilin xəracını verməyə gücümüz çatmaz, amma 7 ilin xəracını verməyə iqtidarımız var.
Və gənc Azin davam gətirməyərək partladı:
– Ey Babək, ey ulu Sərvər, bəlkə xəlifə səndən xərac hesabına hər il 300 qaraqaşlı, uzun kirpikli qız istəyəcək-kəniz istəyəcək, bunadamı razılıq verəcəksən?
Babək hirsindən “boğuldu” və dedi:
– Ey Azin, izinsiz danışdın və ötkəm danışdın. Sus və ehtiyatlı ol ki, Babəkin səbr kasası dolub-daşmasın.
Azin. O vaxt ki, xürrəmilərin şərəfi tapdanır, Azini heç bir qüvvə susdura bilməz!
Və Babək bağırdı:
– Ey ağzından süd iyi gələn cürətkar! Qorxmursan ki, bu saat başın çiynindən qopub ayağın altına düşər?
Azin. Və yubanma, ey ulu sərvər, götür qılıncını, əvvəlcə mənim boynumu vur, sonra bazar aç, Tusi ilə alverə başla...
Babək. Və tamam! Çıx, qapı dalında edam saatını gözlə! Azin ayağa sıçradı və otaqdan çıxdı. Babək isə ibn Cüneydə dedi:
– Ya ibn Cüneyd, sən doğru gözlü, doğru sözlü bir kişisən və get mənim təklifimi Tusiyə söylə və mənim ki, ətrafımda bu qədər nifaq var, mən Bəzzeyn dağlarıyla kifayətlənməyə razıyam.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.