İkinci hissə
Contents
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Page 20 of 32 · 59%
Araz qırağı. Kiçik təpəciklər.
Səhər dan yeri söküləndə nəhayət onlar qamışlığı yarıb açıqlığa çıxdılar və getdilər kiçik bir təpə üstünə qalxdılar. Bütün gecəni qılıncı ilə qamışlığı biçərək Cunay üçün cığır açmış Babək indi qılıncını qınına qoydu, alnının tərini sildi və döndü Cunaya baxdı...
Cunayın qolları və üzü qırmızı zolaqlarla naxışlanmışdı, donu didik-didik olmuşdu və Cunay vücudunun açıq yerlərinə baxaraq utandı, təpə üstündə yerə oturdu. Babək isə döndü ətrafına baxındı. Uzaqda dağ ətəyində at ilxısı otlayırdı.
Babək. Bizə o ilxıdan iki at lazımdır. Amma mənim cibimdə siçan oynayır...
Cunay. Qulaqlarımda sırğalarım, qollarımda bilərziklərim...
Babək. Barmağındakı üzük kifayətdir...
Cunay. Yox, üzüyü verməram... və əgər düşmən bizi mühasirə edərsə, məndən arxayın ol ki, Cunay əsir düşməyəcək, çünki dişlərim bu zümrüd qaşı daha tez sındıracaq və zəhər boşalanda son sözüm, son fəryadım “Babək” olacaq!
Və Cunay birdən barmağını bükdü, üzüyün qaşını sədəf kimi ağ dişləri arasına aldı və Babəkin üzünün necə dəyişildiyini görərkən, şaqqıldayıb güldü, Babək yaxın gəldi, Cunayı sinəsinə sıxdı:
– Gizləmirəm, ürəyim qısıldı, – və ölümlə gizlənpaç oynamaq lazım deyil!
Dağ ətəyi. Otlayan at ilxısı.
İlxı yanındakı adam bir cüt bilərziyi ovcunda atıb-tutdu, sonra döndü, haraya isə baxdı...
Babək ilə Cunay iki at üstündə dördnala dağlara çapırdılar...
Dağ yolu. Axşam dumanı.
Axşama doğru dağları sıx duman bürüdü və Babək bu duman içində atını addım-addım sürməyə məcbur oldu və indi Cunay da atını Babəkin arxasınca sürürdü.
Babəkin atı birdən qulaqlarını dik tutdu, sonra kişnədi və dərhal qarşıdan, çox yaxın məsafədən başqa bir atın kişnərtisi eşidildi və dumandan sıyrılıb bir-birinin qarşısına çıxan iki atın başı bir-birinə dirəndi...
Babəkin qarşısına çıxan adam əlini qılıncının qəbzəsi üstə qoyaraq dedi:
– Ey şəxs, kimsənsə, salam olsun sənə və mən ovçuyam, dəstəmdən ayrılmışam, sonra dumana düşüb azmışam... Əgər bu yerlərə bələdsənsə, yol göstər mənə və xəcalətindən çıxmaq mənim boynuma...
Babək. Gün aydın ey kəs ki, bu dumanda mənə rast gəlmisən. Və söylə, hardan gəlirdin və indi hara gedirsən?
– Gəldiyim yer çox uzaqdır... amma indi Bərzənd qalasına qayıtmalıyam.
Babək. İndi ki, bu yerlərə nabələdsən, bu dumanda yol tapmaq sənin üçün çətin olacaq. Qalxaq mənimlə bərabər Bəzz qalasına gecəni orda mənə qonaq olarsan və səhər açılanda aşağıya Bərzənd şəhərinə enərsən...
Ovçu ixtiyarsız olaraq qımışdı:
– Ey dost, mən Bəzz qalasına qədəm qoysam, Babək kəlləmi qopardıb qoltuğuma verər, amma bərabər Bərzəndə getsək, sən məndən çox böyük hörmət görərsən.
İndi də Babək ixtiyarsız olaraq qımışdı:
– Ey şəxs, əgər mən də özüm öz ayağımla Bərzəndə getsəm, demək başımı müftəcə Afşinə peşkəş vermişəm...
Və bütün bu söhbət zamanı gözünü ovçudan çəkməyən Cunay indi “Afşin” adını eşidərkən, birdən diksindi və Babəkin arxasından çağırdı:
– Vay olsun mənə, ey Babək, axır ki, tanıdım... Afşin ibn Kavusdur qarşında duran və sən öz ölümünlə şuxluq edirsən...
Və hər iki atlı bir an gözlərini döyərək donub atları üstündə hərəkətsiz qaldılar, sonra hər ikisi birdən qımıldandı və hər ikisi bir anda qılınclarını sıyırdılar və hər ikisinin atları eyni zamanda şaha qalxdı...
Babək. Nə uğursuz bir təsadüf, ey Afşin!
Afşin. Bəlkə uğurludur, ey Babək, çünki sən hələ mənim kim olduğumu bilmirsən.
Babək. Sənin kim olduğunu bilməyən yoxdur, ey Afşin, dünənə qədər sənin öz dinin, öz vətənin vardı və sən Üsrüşana şahzadəsi idin, sonra vətənindən üz çevirdin, müsəlman oldun və indi xilafət ordusunun səraslanısan!
Afşin. Bunu uşaqlar da bilir, ey Babək, amma heç kəs bilmir ki, mən sənin qardaşınam.
Babək. Elə isə bu vaxta qədər qafil olmuşam və elə bilmişəm ki, iki qardaşım var, biri kiçik qardaşım Abdulla, digəri süd qardaşım ərəb oğlu Müaviyə...
Afşin. Və üçüncü qardaşın da Afşindir ki, bu gün əlində qılınc sənin üstünə gəlib, çünki sən yeddi dəfə xilafət ordularını tar-mar etmisən və mən yeddi dəfə üzünü görmədiyim sənə ürəyimdə “qardaşım” demişəm. Amma bu dünyada hər şeyin bir sonu var, ey Babək və insan başı soğan deyil ki, biçdikcə yenidən cücərsin. Ona görə sual edirəm səndən, nə vaxta qədər vuruşacaqsan? Və iyirmi il ki, bir igidin ömrüdür, 20 il axan bu qan selinə nəhayət son vermək lazım deyilmi?
Babək. Bunu İslamın Allahından soruş ki, nə vaxtacan onun əmrilə İslam qılıncı qan tökəcəkdir, bunu öz xəlifəndən soruş ki, nə üçün səni mənim üstümə göndərmişdir və nə üçün xürrəmilərin sevinc və azadlıq dini islama görə bu yer üzündə ən günahkar və ən cinayətkar bir dindir?
Afşin. Ey xəyalpərvərlərin peyğəmbəri, islama mən səndən artıq düşmənəm! Amma indi gəlmişəm ki, səni də islama dəvət edim. Çünki islamı qəbul etməmiş qüdrətli islam xilafətini məhv etmək olmaz. Və bu məqsədlə mən 15 ildir ki, qara bayraqlı xilafət qoşunları başında hər gün 5 dəfə namaz qılıram... Və indi sən birinci şərtimi qəbul etsən, günü sabah səninlə gizli danışıqlara başlarıq və o vaxt ki, ürəklərimiz birləşdi, qılınclarımızı da birləşdirərik...
Babək. Birinci şərtini – islama dəvətini rədd etdiyim üçün, sonrakı danışıqlara ehtiyac qalmır.
Afşin. Ey Babək, dil tapmasaq ya sən məhv olacaqsan, ya mən... Düşün dediklərim barədə, bir də görüşək.
Babək. Və hər gün döyüş meydanında görüşəcəyik, ey Afşin, ta o vaxta qədər ki, xürrəmiliyin qırmızı bayrağı altında mən məhv olacağam, yaxud islamın qara bayrağı altında sən...
Dalğa-dalğa axan ağ duman içərisində bir-birinə dəyən saysız-hesabsız qılınclar parıldadı və gah qızaran, gah qaralan bir fəzada yazı başlandı:
“Və Babək ilə Afşin arasında başlanan qanlı döyüşlər artıq iki il idi ki, davam edirdi...”
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.