İkinci hissə
Contents
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Page 31 of 32 · 94%
Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
Uzun küçə, yaxud baş xiyaban izdihamla dolmuşdu.
Və bu izdiham qarşısında xəlifənin atlı qoşunları küçənin sağında və solunda iki sıraya düzülmüşdülər və hamısının əllərində uzun nizələr vardı və bütün nizələrin uclarında kiçik qara bayraqlar dalğalanırdı.
Birinci olaraq bu qoşun arasıyla Afşinin bəzənmiş ağ bir at üstündə gəldiyi göründü, başında qırmızı yaqut və yaşıl zümrüdlərlə naxışlanmış qızıl bir tac vardı, boynundan bir-birinin üstündən iki həmayıl asılmışdı, qulaqlarında iri sırğalar əynində üstü qızıl tellərlə işlənmiş geyimi vardı...
Sonra bu qoşun arasıyla çox böyük gövdəli bir fil üstündə Babəkin hərəkət etdiyi göründü. Filin üstünə yaşıl və qırmızı qumaşdan çul salınmışdı və bütün gövdəsi ipək parçalarla bəzənmişdi və fil üstündə oturmuş Babək də indi şahanə bir qiyafədə idi, başında mirvari və incilərlə işlənmiş xəz haşiyəli şiş bir papaq, əynində isə zərli-zibalı bir libas vardı...
Daha sonra qoşun arasıyla irəlilədikcə dingildəyən, taytıyan, atılıb-düşən bir dəstə əyiş-üyüş adam göründü, bunlar hamısı Bəzz qalasının hasarlarına dırmaşarkən xürrəmi qızları və gəlinləri tərəfindən şikəst edilmiş fədailər idi ki, indi filin arxasınca düşüb əl çalır, rəqs edir və hamısı bir ağızdan avaz ilə oxuduqları şerin hər bəndindən sonra bağırırdılar:
– Ay Azəristan qaplanı! Ey Xorasan şeytanı!
Və qırmızı fil, arxasınca bağırışanlara məhəl qoymadan, ağır-ağır qara bayraqlar arasıyla addımlayırdı.
Xəlifə Mötəsimin sarayı.
Xəlifə qoca katibə fəthnamə diqtə edir, katib yazırdı.
– Yaz! Fəthnamə. Əmirəlmöminindən kainatın bütün islam hökmdarlarına! Bilin və agah olun ki, biz bir olan Allahın köməyi ilə şimal iqliminin hökmdarını, Rum imperatorunun xəlifələrindən tanrı düşməni Babək Xürrəmdini məğlubiyyətə düçar elədik, əsir aldıq və edam üçün qolları bağlı hüzurumuza gətirdik!
– Necə dedin, ya əmirəlmöminin? – deyə katib təəccüblə Mötəsimə baxdı – Rum imperatorunun xəlifələrindən?
Mötəsim:
– Düz eşitmisən, qoca, – dedi, – Daha başqa cür dünyaya car çəkib deyə bilmərik ki, iyirmi ildən ziyadə davam edən qanlı müharibələrdən sonra dünənki dağ çobanını karvan qatarçısını çılpaqların və dinsizlərin başçısını məğlubiyyətə uğratmışıq.
Sonra xəlifə “ceyran göz” pərdəni kənara atıb böyük salona keçdi, əyanlar dərhal yerə döşənib yer öpdülər.
Xəlifə Mötəsimin sarayı. Böyük salon.
Sarayın ən zinətli salonunda xəlifə Mötəsim taxt üstündə türksayağı bardaş qurub oturmuşdu. Sağında Afşin, solunda xilafətin baş qazisi qoca Əbu Davud ayaq üstündə dayanmışdılar. Daha aşağıda bütün saray ağaları və əyanları sağda və solda bir-birinin yanında düzülmüşdülər.
Babək isə salonun ortasında, xəlifə taxtının önündə bütün adamların qarşısında ayaq üstündə, tək-tənha dayanmışdı, qolları arxasında bağlanmışdı, gözləri bilinməz bir nöqtəyə dikilmişdi və sanki bu dəqiqə özü öz içərisində qərq olmuşdu...
Heç kəs dinib danışmırdı, hamı sükut içərisində Babəkə baxırdı. Və nəhayət, gözlərini Babəkdən çəkməyən xəlifə dedi:
– Ey kafir, mən istəyirəm ki, sən özün təsdiq edəsən ki, doğrudan da Babək adlı tanrı düşməni sənsən!
Babək cavab vermədi. Xəlifə gözlədi, sonra dedi:
– Ey şeytan kölgəsi, yerdə Allahın kölgəsi olan əmirəlmöminin səndən söz soruşur.
Babəkdən səs çıxmadı. Xəlifə gözlədi, sonra dedi:
– Səninləyəm, ey məlun! Və cavab ver mənə, Babəkdirmi sənin adın?
Babək yenə dinmədi. Xəlifə gözlədi və Afşin davam gətirməyərək fəryad elədi:
– Vay olsun sənə ey Babək, eşitmirsən ki, əmirəlmöminin səndən söz soruşur?!
Babək sanki bütün həyatına yekun vuraraq dedi:
– Mən Babək idim və yenə Babəkəm, və Babək olaraq qalacağam!
Xəlifə dedi:
– Ey Allahın bəlası, sən bir iş gördün ki, bu vaxta qədər heç kəs o işi görə bilməmişdi, və indi elə bir əzaba dözməlisən ki, indiyə qədər ona dözmək heç kəsin əlindən gəlməmişdir. Və bununla da sənin dəhşətli dastanına son qoyulacaq!
Babək dedi:
– Ey kor yapalaq, bütün müstəbidlər kimi sən səhv edirsən, çünki mənim dastanım elə bir dastandır ki, nə Babəklə başlanmışdır nə də Babəklə qurtaracaq.
Sonra Babək yenə dedi:
– Ey yazıqlar, siz heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə demək dir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq. İstər o şirin olsun, istər acı – yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə azadlıq fədaisi büsbütün məhv olmur.
Xəlifə sıçrayıb ayağa qalxdı və bağırdı:
– Ey camaat, nəyi gözləyirsiniz? Didin onun əynindəki bu zərzibanı və qoy bu baldırıçılpaq yenə öz cın-cındırında qalsın!
Və bütün saray əyanları yerlərindən qopub hamısı birdən Babəkin üstünə hücum etdilər...
Sonra bu adamlar geri çəkiləndə Babəkin üstündəki bütün zərli-zibalı libas artıq cırılıb-didilib ayaqları altına tökülmüşdü, başı açıq qalmışdı və əynindəki öz köynəyi də didik-didik eləmişdi...
Xəlifə əlini əlinə vurdu və dərhal sol tərəfdəki “ceyran göz” pərdə sıyrıldı və bu pərdə arxasından çıxan qırmızı paltarlı cəllad əlində qılınc Babəkə doğru gəldi.
Xəlifə əlini qaldırdı və dedi:
– Dayan! Bir cəllad azdır onun üçün. Və onun ki, öz cəlladı burda əsirlər içindədir, əlinə qılınc verin, o da gəlsin.
Qapı ağzında dayanmış Hacib dönüb getdi və bir azdan əlinə qılınc verilmiş ikinci cəllad içəri gəldi. Sonra cəlladlardan biri Babəkin sağında, digəri solunda dayandı.
Və xəlifə taxtdan düşüb Babəkin qarşısına gəldi və hər iki cəllada təlimat verməyə başlayaraq dedi:
– Birinci sən – sağ əlin, bir az biləyindən yuxarıdan! İkinci sən, – sol qolun, bir az dirsəyindən aşağıdan! Sonra yenə sən, – sağ ayağın, topuğundan, bir qarış yuxarıdan! Və dübarə sən, sol ayağın dizindən bir qarış aşağıdan! Və yenə sən, – kafir dilin! Sonra yenə sən burdan, soldakı və aşağıdakı iki qabırğa altından qılıncı burcuda-burcuda yuxarıya doğru elə yeritməlisən ki, qılıncın ucu düz ürəyində oynasın! Və nəhayət sən, – qarşımda əyilməyən bu cürətkar başın!
Xəlifə bir an susdu, fikrə getdi, sonra öz cəlladına dedi:
– Ey kişi, yadındadırmı, Əbu Sərəyyanı qətl edəndə, o xəbis nə cür fəryad elədi?
Cəllad. Heç yadımdan çıxarmı, ya əmirəlmöminin, çünki o məlunun bağırtısından, bir il qulaqlarım kar oldu və o gecə cəmi şəhərdə yuxudan oyanmamış bir nəfər müsəlman qalmamışdı.
Xəlifə. Bəs elə isə, mənə yenə Əbu Sərəyya fəryadı lazımdır.
Cəllad. Və inşallah, sən yenə Əbu Sərəyya fəryadı eşidəcəksən, ya əmirəlmöminin!
Cəlladlar Babəkin sağ və sol qolundan yapışdılar, Babək çiyni ilə hər ikisini kənara atdı və özü keçdi, “ceyran göz” pərdə arxasında yerə sərilmiş edam xalçası üstündə dayandı.
Cəlladlar Babəkin arxasınca getdilər və “ceyran göz” pərdə qapandı...
İndi pərdənin hər iki tərəfində elə bir səssizlik vardı ki, hamı salonda vurnuxan yaşıl bir milçəyin vızıltısını eşidirdi və bu yeknəsək vızıltıdan xəlifə qeyri-ixtiyari olaraq dalbadal əsnədi və nəhayət mürgüləməyə başladı...
Birdən pərdə sanki diksindi, ipək parça üstündən xəfif bir titrəyiş keçdi və aşağıda pərdənin ağ saçaqlı ətəkləri tünd qırmızıya boyandı.
Və indi xəlifədən savayı hamının gözləri bu qızaran saçaqlara zillənmişdi və qara-qırmızı xallar sağa və sola yayılaraq, pərdə ətəyini naxışlayırdı...
Afşinin gözləri isə yanırdı və ağ saçaqlar qırmızıya boyandıqca, əsən dodaqları ixtiyarsız olaraq pıçıldayırdı:
– Laçınım, igidim və qardaşım... Sən gedirsən, mən tək qalıram. Əl uzatdım sənə, qəbul eləmədin, aman aldım xəlifədən sənə, rədd elədin. Nə üçün özünü özündə gizləmədin?
Və qan qoxusundan məst olan yaşıl milçək havada çırpınıb xəlifənin alnına qondu. Xəlifə diksindi, mürgüdən oyandı, milçəyi qovdu və üzünü pərdəyə tərəf tutub uca bir səslə dedi:
– Nə oldu, ey cəhənnəm zəbanəniləri, başlamadınız?
Dərhal hər iki cəllad əllərində qırmızı qılınclar pərdə qarşısına çıxdılar, xəlifəyə baş əydilər və birinci cəllad dedi:
– Qurtardıq, ya əmirəlmöminin və Allah sənin ömrünü uzun eləsin!
Xəlifə ayağa sıçradı:
– Ola bilməz! Mən çibin vızıltısı eşitdim, – Əbu Sərəyya fəryadı eşitmədim.
Hər iki cəllad başlarını aşağı saldılar və xəlifənin cəlladı dedi:
– Başımız aşağı, üzümüz qaradır, ya əmirəlmöminin, çünki kafir bənd-bənd doğrandı, amma kip dodaqlarından nə ün çıxdı, nə ənin...
Mötəsim bağırdı:
– İnanmıram! Ey Hacib, pərdəni qaldır!
Hacib yüyürüb “ceyran göz” pərdəni sıyırmışdı ki, bu vaxt bir dəstə əgiş-ügüş adam təkbir sədalarıyla salona doldular və dərhal sıyrılmış pərdə arxasına cumdular və orda edam xalçası dövrəsində hamısı diz çökdülər və “dəstəmaz” almağa başladılar...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.