İkinci hissə
Contents
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Page 15 of 32 · 44%
Bəzz qalasının gecə mənzərəsi.
Gecə idi, xürrəmilər döyüşdən qayıdırdılar. Babək yaxın silahdaşlarilə qoşun önündə, at üstündə gedirdi...
O vaxt ki, öncül atlılar yoxuş başında qala qarşısına çıxdılar, Babək ixtiyarsız olaraq qara kəhərin başını çəkdi və bütün atlılar da dayandılar.
Qarşılarında əfsanəvi bir mənzərə açılmışdı. Bəzz qalasının divarları üstündə və qala içindəki bütün evlərin damlarında saysız-hesabsız rəngarəng şamlar yanırdı və bütün qala nəhəng bir qəndil kimi 50 min şamın işığı ilə döyüşdən qayıdanları salamlayırdı...
Qala darvazasından çıxan üç atlı Babəkə doğru çapdı və qoca Mehran dədə atını Babəkin qarşısında saxlayıb dedi:
– Ey Babək, ey ulu sərvər, yenə qalib gəlmiş azadlıq bayrağına eşq olsun! Və damlarında 50 min şam yanan Bəzz qalası səni və qəhrəmanlarını təbrik edir.
Babək. Qoşun adından Bəzz qalasına təşəkkür edirəm. Mehran dədə və bu 50 min şam bir az israf olsa da, çox gözəldir.
Mehran Dədə. Belə lazımdır, ey Babək, qoy rum elçisinin də gözləri qamaşsın.
Babək. Rum elçisi?
Mehran Dədə. Ərməniyyədən keçərək gizli yol gəlirmiş. Bu gecə Bəzz qalasında olacaq və başında 15 nəfər atlısı var. Sənə rum hökmdarından məktub gətirir.
Babək. Elçi özü kimdir?
Mehran Dədə. Deyirlər, imperatorun yaxın qohumu və Rum ordusunda qoşun başçısıdır. Yanında rahib var – həm də rəssamdır. Və indi lazımdır ki, sabahkı qəbul mərasimi üçün dərzilər elə bu gecə sənə dibacdan ya qumaşdan zinətli bir libas tiksinlər, mənə də lazımdır ki, elə bu gecə iməcilik ilə 7-ci zəfər sütununu göyə ucaldım...
Babək güldü və dedi:
– Ey Mehran dədə, bilirəm, sən cavanlıqda 15 il Rum məmləkətində əsir olmusan və Qüstəntinədə Rum padşahlarının cah-cəlalını görmüsən və indi istəyirsən ki, üst-başımız Rum elçisini ürkütməsin, amma Rum imperatoru bizim qaş-gözümüzə aşiq deyil və bu elçi də üst-başımıza baxmaq üçün Bəzz qalasına gəlmir...
Mehran Dədə. Amma yenə də...
Babək. Haqlısan, elçiyə nə isə göstərmək lazımdır. Və çalışarıq, göstərməyə bir şey taparıq...
Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
Dağlarda günəşli yay səhəri idi və Babək qəsrin aşağı qatından meydana enən daş pilləkən başında sadə və ağ köynəkdə kürsü üstündə oturmuşdu. İkinci kürsüdə Babəklə yanaşı əyləşən Zərnisə geyinib-keçinmişdi, başında yenə zümrüdlü araqçın vardı və indi o, sanki gəncliyini və gözəlliyini də qısa bir möhlətlə kimdənsə borc alıb bura gətirmişdi.
Aşağıda pilləkənin sağ tərəfində qırmızıtumanlı xürrəmi qızları əllərində çiçək dəstələri, bir-birinin yanına düzülmüşdülər.
Və pilləkənin sol tərəfində Rum elçisi ilə Mehran dədə öndə və elçinin adamları arxada ayaq üstündə dayanmışdılar.
Tez-tez təbillər çalınırdı və meydandan bir-birinin arxasınca xürrəmilərin atlı dəstələri çapıb keçirdilər.
Qəsrin yuxarı artırmasında dayanmış bir carçı isə hər dəfə car çəkərək, atlı bölükləri, qonaqlara təqdim edirdi:
– Varsan atlıları! Başçıları xəzər oğlu Tərxan!
– Zəncan atlıları! Başçıları əcəm oğlu Rüstəm!
– Ərdəbil atlıları! Başçıları Azəri oğlu Azin.
– Mərənd atlıları! Başçıları kürdoğlu Fəzlun.
Və atlı bölüklər meydandan çapıb keçərkən dünənki döyüşdə düşməndən qənimət aldıqları qara bayraqları ağ daşdan tikilmiş 7 zəfər sütunu önündə yerə atırdılar...
Yerə atılan qara bayraqlar zəfər sütunları qarşısında bir-biri üzərinə qalaqlananda, Rum elçisinin adamları içərisində nidalar eşidildi:
– Əlindən bu qədər bayraq vermiş xilafət ordusu çox müdhiş bir məğlubiyyətə uğramışdır.
Bir-birinin yanına düzülmüş 7 zəfər sütunu! Bizdə hansı strateq bir-birinin dalınca bu qalibiyyətlərdən üçünü qazansaydı, Romey ordusu onu dərhal imperator elan edərdi.
– Əgər Babək xürrəmilikdən üz çevirib xristianlığı qəbul etsə... kim bilir, bəlkə bir gün...
– Bir az yavaş Stefanus, sən çox uzağa getdin...
– Nə üçün? İspaniyalı və iranlı, suriyalı və ərməniyyəli imperatorlarımız olmamışdırmı? Və imperatriçə İrina Xəzər qızı Çiçək deyildimi?..
Atlı bölüklərin keçid rəsmi qurtardı, Babək ilə Zərnisə pilləkən başındakı kürsülərindən ayağa qalxdılar.
Və dərhal Rum elçisi də, başındakı bütün dəstə ilə gəldi pilləkən aşağısında dayandı, əvvəl Zərnisəyə, sonra Babəkə baş əydi və dedi:
– Ey Babək! Və ey Atropatananın ulu sərvəri! Belə uğurlu bir gündə gəlib Bəzz qalasına çıxdığım üçün bəxtiyaram və bu misilsiz qalibiyyətini imperator Feofil adından təbrik edirəm!
Babək cavab nitqində rum elçisinə dedi:
– Ey rum diyarından gəlmiş böyük elçi! Sən bizim dağlara xoş gəlmisən, səfa gətirmisən. Və çünki İslam xilafəti sizin üçün də bizim üçün də amansız bir düşməndir, mən rum imperatoru ilə cəng meydanında dost olmağa hazıram...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.