İkinci hissə
Contents
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Page 19 of 32 · 56%
Babək. Sən uşaqsan, Barsis... Babək ölümə məhkum etdiyi bir adamla vuruşa bilməz!
Barsis bir an boğuldu, sonra özünü komadan bayıra atdı, qaşları çatılmış döyüşçülər də Barsisin arxasınca komadan çıxdılar və qolu bağlı casusu sürüyüb özlərilə bərabər apardılar.
Barsisin koması.
Barsis qamışdan hörülmüş ikinci komaya girdi və üzü quylu küləş üzərinə sərildi. Komanın o biri küncündə dizlərini qucaqlayaraq oturmuş gənc bir qadın təlaş içərisində ayağa qalxdı, gəldi Barsisin yanında diz çökdü:
– Nə olmuşdur, Barsis?
Barsis. Heç bir şey, Babək məni ölümə məhkum etdi.
Qadın diksindi, Barsis isə oturdu və bu zaman casus ilan kimi sürünərək içəri girdi və dedi:
– Ya Həzrət, Babəki dərin bir yuxuya vermək üçün burda, mənim qoltuğumda bir məndil var, qollarım bağlıdır, çək özün çıxart, amma söz ver ki, məni öldürməyəcəksən və öldürmək nə üçün ki, əsir kimi Ruma aparsan Qüstəntinə bazarında satarsan...
Barsis bir an gözlərini döydü, sonra qeyri-ixtiyari dartdı casusun qoltuğundan qırmızı tumac bükülmüş bir bağlama çıxartdı.
Casus. Qoy banu tumac içindəki məndil ilə son dəfə Babəkin başın sarısın, o vaxt Babək elə rahat olub yatar ki, bir də gözlərini Sinopda açar...
Barsis. Və yaxud elə yatar ki, bir də heç vaxt gözləri açılmaz?
Casus çiyinlərini çəkdi, Barsis dönüb qadına baxdı. Qadın diksinib geri çəkildi, Barsis casusa təpindi:
– Ey xəbis, sən çıx komadan.
Casus sürünüb komadan çıxdı.
Barsis. Ey Cunay sən doğrudan da mənim bacımsansa...
Cunay. Şübhə edirsən?
Barsis. On beş yaşında idin, mən səni itirəndə...
Cunay. Və on beş yaşından bu günə qədər mən yatanda da Barsis demişəm, duranda da... Çünki şəklin xəyalımdan silindikcə, qorxurdum ki, adın da yadımdan çıxsın...
Barsis. Bağışla məni, ey bacı, bu saat başımı elə itirmişəm ki, nə danışdığımı heç özüm də bilmirəm. Çünki bu axşam burdan tərpənməsək, acından cana doymuş qoşun üzümə ağ olacaq və hamı tıxacaq itaətimdən... Və indi ki, başqa çarəmiz yoxdur, get son dəfə onun yarasın və təbiidir ki, bu məndil ilə... Və bunu da bil ki...
Cunay. Sən dəli olmusan, Barsis!
Barsis. ...bunu da bil ki, gözlərindən görürəm ki, ürəyin öz ixtiyarında deyil və indi ki, sevirsən, sevdiyini düşmən əlinə verməmək üçün məhv etsən, ürəyin qorxmasın ki, günaha batarsan, çünki tanrıça Anahdin amanındasan...
Və Barsis sıçrayıb ayağa qalxdı, tumac bağlamanı Cunayın üstünə atdı, sonra komadan çıxdı. Qamışlıqda oturmuş döyüşçülərdən böyük bir dəstə dərhal ayağa qalxdı və Barsisi ortalığa aldı və Abdus dedi:
– Ey Barsis, izin ver atlardan bir-ikisini kəsək.
Barsis bağırdı:
– Ay Abdus, başıma and olsun ki, məni yemək istəsəniz, bəlkə dinmərəm, amma kim atlara toxunsa, soyub dərisini boğazından çıxararam.
Döyüşçülər müxtəlif səmtlərdən bağırışdılar:
– Ey Barsis, acından başımız dönür, çünki üç gündür ağzımıza bir loxma almamışıq.
Barsis təpiyin yerə vurdu:
– Acsınız, torpaq yeyin, acsınız qamış çeynəyin və yırtılmış qarnınıza daş bağlayın, necə ki, qədim peyğəmbərlər ac qalanda qarınlarına daş bağlayırdılar.
Və Barsis geri döndü, qayıdıb yenə komaya gəldi, lakin girəcək ağzında heyrət içində ayaq saxladı.
Cunay içəridə mücrüsünü açmışdı və indi mücrüdən çıxardığı sırğaları qulaqlarına taxdı, sonra mücrüdən bir cüt bilərzik çıxartdı və biləklərinə keçirdi, daha sonra aypara şəklindəki bir gülpiçi saçlarına bənd elədi və üzü gümüşlənmiş tunc aynanı əlinə aldı, aynada öz xəyalını seyrə başladı...
Və Barsis davam gətirməyərək səsləndi:
– Ey Cunay və ey bacı, tanrı qarğımış belə bir gündə məgər sən toya-bayrama gedirsən?
Cunay aynada öz xəyalına gülümsədi:
– Ey Barsis, əgər öldürməyə gedirəmsə, demək ölməyə gedirəm və son dəfə mən ona gözəl görünməliyəm...
Babəkin koması.
Cunay əlində tumac bağlama içəri girdi, bir an girəcək ağzında dayandı, sonra getdi Babəkin qarşısında diz çökdü, başın aşağı saldı və susdu:
Babək başını qaldırdı, uzun-uzadı Cunaya baxdı:
– Mən elə bildim ki, bir daha gəlməyəcəksən... və əgər bu son gəlişindirsə...
Cunay. Elədir, son dəfə hüzuruna gəlmişəm, ey xudavənd... çünki hava qaralanda biz tərpənməliyik... və sən ki, bizimlə getmirsən... axırıncı dəfə başındakı sarğını dəyişdirməyə gəldim...
Babək. Məni sən diriltdin, ey Cunay və mən həyatımla sənə borcluyam, amma çox şum bir taleyim varmış ki, borcumu sənə qara bir təşəkkürlə qaytarıram...
Cunay. Eşitdim... qardaşım və sən... Çox tez iki qılınc kimi üz-üzə gəldiniz... qismətim... vəzifəm... qulaq as, ey xudavənd...
Babək. Mənə xudavənd demə.
Cunay. Nə üçün?
Babək. Hələ dünənə qədər mənə xudavənd deyən Kuhistan xürrəmiləri bu gün qollarımı bağladılar və tez dəyişdir sarğını, sonra sənə sözüm var.
Cunay tumac bağlama içindən sarımtıl bir məndil çıxartdı, sonra dizləri üstə qalxdı, istədi Babəkin başındakı köhnə sarğını açsın, lakin birdən əlləri titrədi, gözləri qorxu ilə doldu və Cunay əlindəki məndili kənara ataraq, başını Babəkin dizi üstünə qoyaraq ağladı...
Babək. Nə oldu sənə?
Cunay. Zəhər hopdurulub o məndilə...
Aralığa həzin bir sükut çökdü... Handan-hana Babək dedi:
– Mən bunu da sənə əfv edərdim... Bir gecə bilmirəm, hansı dağda, hansı mağarada idi, bir anlığa gözlərimi açdım və gördüm ki, yanımda sən oturmusan və həzindən nə isə oxuyursan. Harda olduğumu və nə üçün yıxılıb qaldığımı anlamadım. Və sən kim idin, nə üçün yanımda oturmuşdun – bilmədim. Amma elə bil nəğməli səsindən tutub dərin bir quyudan çıxdım... və hiss etdim ki, artıq ölümdən geri qayıtmışam və bu həyatı yenidən mənə sevdirən sən olacaqsan...
Cunay. Əgər indi sən də bizimlə bərabər Ruma getsəydin... və ey xudavənd, kim bilir, bəlkə Qüstəntinə şəhərində biz xoşbəxt olacayıq?
Babək gülümsədi:
– Sən elə burda, bu qamış komada məni xoşbəxt edərdin, – əgər qollarımı açıb mənə bir qılınc gətirsəydin.
Cunay. Qılınc? Qardaşım Barsisi öldürmək üçün?
Babək. Ölümə məhkum edilmiş hər bir xürrəminin möhləti var, döyüş meydanında öz günahını yumaq üçün... Qolumu aç ki, bundan artıq yubanmağa vaxt qalmamışdır, çünki daha amansız döyüşlər hələ qabaqdadır.
Cunay. Aman Allah, məgər sənin bütün döyüşçülərin Həmədan qapılarında məhv olmadılarmı?
Babək. Atalar məhv oldular, oğullar sağdırlar... Və əgər mənim taleyimi qəbul etsən, elə bu axşam fürsət tapıb bu qamışlıqdan çıxardıq... Yox, əgər muradın Rumdursa, Babək ömrü boyu səni unutmayacaq...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.