Contents
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Page 3 of 32 · 6%

Təndirxana.

İkinci xoruz banı idi, səhərə az qalmışdı, Barmida arvad hələ də təndirxanada sac üstündə yuxa çevirirdi. Balaca Abdulla yürüyüb anasının yanına gəldi:

– Hamısı yıxılıb yatdılar, ana, bir tək o çal papaqdan başqa, çünki o kişi söz soruşur, Babək cavab verir, sonra təzədən yenə söz soruşur və Babək yenə cavab verir...

Barmida arvad yuxanı sac üstündən götürüb ayağa qalxdı, gəldi qapı ağzından içəriyə baxdı. Cavidanın adamları bir-birinin yanında həsir üstünə döşənib yatmışdılar, içəri girməyə yer qalmamışdı. Buxarı başında oturmuş Cavidan ilə Babək isə fikirli bir halda başlarını aşağı salmışdılar. Barmida arvad öz-özünə pıçıldadı:

– Sən özün rəhm et, ey yaradan, görən axı nə istəyir bu adam mənim oğlumdan?

Barmida arvad yenə qapı ağzından çəkilib getdi. Cavidan maşa ilə ocaqdakı közləri eşələdi.

Elədir, Əzd qəbiləsi Rəbiyə qəbiləsini üstələyir və belə getsə, bütün Azərbaycana ibn Rəvvad qardaşları hökm edəcək...

– Və biz də qıraqdan baxıb tamaşa edirik, – deyə Babək kəskin bir hərəkətlə başını qaldırdı:

– Nəyə tamaşa edirik? – deyə Cavidan heyrətlə Babəkə baxdı.

– Ona ki, görək hansı qəbilə uzaqdan gəlmiş hansı yad qəbilə bizə ağa olub hökm edəcək... Rəbiyə qəbiləsi, yoxsa Əzd qəbiləsi?

Cavidan diqqətlə Babəkin gözlərinə baxdı:

– Səhərə az qalıb, vaxtdır, biz durub gedirik. Amma o sözləri ki, sən mənə dedin, o sözləri mən burda qoyub getmək istəmirəm və o fikirlər ki, sənin başından keçir, sənin də burda qalmağın məsləhət deyil! Ərdəbil fikrini çıxart başından! Və gedək mənimlə Bəzz qalasına!..

Babək bir müddət dinmədi, sonra gülümsədi:

– İndi mən anamın ixtiyarındayam.

Cavidan da güldü:

– Sən mənə mane olmasan, anadan mən icazə allam.

Cavidan ayağa qalxdı, bir-birinin yanına döşənmiş adamların arasından keçib eşiyə çıxdı, gəldi təndirxanada Barmida arvadın başı üstündə dayandı.

Barmida ocaq qırağında başını divara söykəyib oturduğu yerdə yuxulamışdı. Balaca Abdulla da başını anasının dizi üstə qoyub yatmışdı. İndi kiminsə, başı üstündə dayandığını hiss edərək, Barmida diksinib yuxudan oyandı və ayağa qalxmaq istəyirdi ki, Cavidan əlini Barmidanın çiyninə qoydu:

– Durma ayağa, uşaq oyanar. Görünürəm, sonbeşiyin çox kiçikdir və böyük oğlundan başqa heç kəsin yoxdur. Özün də əri öldürülmüş bir qadınsan. Ona görə ayda 50 dirhəm göndərəcəyəm sənə, qoy Babək mənimlə Bəzz qalasına getsin.

Barmida bir müddət çaş gözlərilə aşağıdan yuxarıya Cavidanın üzünə baxdı, sonra başını aşağı saldı və dedi:

– Ürəyim deyir ki, sən yaxşı adamsan, ey Cavidan, mənə 50 dirhəm göndərsən də sağ ol göndərməsən də... Amma indicə burda bir hovur gözümü yumdum və yuxumda qara-qura gördüm, gördüm ki, qara çalmalı qara atlı bütün Əzd qəbiləsi...

Cavidan dedi:

– Qorxma, ey qadın! Bilirəm oğlun ibn Rəvvadlara asi olub. Amma Cavidan da ölməyib. Bəzz qalasında Əzd qəbiləsinin əli ona çatmaz... Və onun öz əlində də qılınc olacaq!

Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.

Ətrafı daş hasarlı Bəzz qalası içində ikinci bir qalacıq vardı və burda ucalan qədim bir qəsr Cavidanın iqamətgahı idi.

Qəsrin tava daşla döşənmiş yeraltı mərtəbəsində divara sancılmış hisli məşəllər yanırdı. Bucaqlarda isə nizə-qılınc və qalxan qalaqları vardı.

Və burda, yarıqaranlıq zirzəmidə Cavidan ilə Babək sağ əllərində qılınclar və sol əllərində qalxanlar bir-birinin üzərinə hücum edərək qan-tər içində vuruşurdular.

Babəkin növbəti bir zərbəsindən sonra Cavidan bağırdı:

– Bu nə zərbədir belə, ey nöcavan?

Babək bir an macal tapıb qolu ilə alnının tərini sildi və dedi:

– Bir dəfə Cürzan yolunda dağ quldurları ilə vuruşanda...

Cavidan onun sözünü kəsdi:

– Cavidan dağ qulduru deyil, sənin üçün! Zərbənin cavabı bax budur!

Və yenidən Babək ilə Cavidanın qılıncları bir-birinə çarparkən Cavidanın sərrast zərbəsindən Babəkin qılıncı əlindən çıxıb çox uzaqda yerə düşdü.

Babək qaçdı, qılıncını yerdən götürdü və bu dəfə elə bir şiddətlə Cavidana hücum elədi ki, Cavidan davam gətirməyib geri oturduqca, Babək üstələdi və nəhayət Cavidanın kürəyi divara dirənəndə, çox yaxında bir qadın çığırtısı eşidildi.

Babək diksinib geri döndü.

Zirzəmiyə enən daş pilləkən başında gözləri geniş açılmış bir qadın dayanmışdı.

Cavidan qılıncını kənara ataraq qadına tərəf döndü:

– Yaxın gəl, gözümün nuru... Bilalabad kəndində gəncliyimə rast gəldim. Yanıma salıb Bəzz qalasına gətirdim. Qılınc vurdu, dəst-xətti yoxladım... yaxın gəl, sən də bax, körpə qartala oxşarı varmı?

Pilləkən başında dayanmış gənc qadın Cavidanın arvadı Zərnisə idi və indi o, ağır-ağır aşağı enməyə başladı. Sonra yaxın gəlib Babəkin qarşısında dayanarkən sanki gur saçlarının ağırlığı başını qanırıb geri dartdı, sol əli sağ tərəfdə örpəyi çəkib ağzına tutdu. Və qadın diqqətlə Babəkə baxdı. İndi yalnız gözlərini göstərən bir qadının bütün cazibəsi və sehri bir anda Zərnisənin gözlərində cəm oldu və bu gözlərin dərinliyində alışan qara qığılcımlardan sanki Babəkin gözləri qamaşdı.

Və Babək başını aşağı saldı.

Qadın başıaşağı dayanmış Babəkə dedi:

– Alqış və günaydın, ey igid!

Başıaşağı dayanmış Babək cavab verdi:

– Alqış və günaydın, ey, Banu!

Zərnisə döndü, ərinə baxdı və gülümsədi.

– Gəncliyin başını qaldırıb üzümə baxmır.

Cavidan bəxtəvərcəsinə güldü:

– Neyləsin, dikinə günəşə baxmaq olur, sənə baxmaq olmur...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 h 15 min
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 h 10 min
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 min
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 min

Poems by other poets