Contents
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Page 24 of 32 · 72%

Bəzz qalası.

Babəkin qərargahında Xristian rahib çəkib qurtardığı rəsmin yanında dayanmışdı. Babək kənardan öz portretinə baxaraq fikrə getmişdi. Rahib:

– Ya həzrət, elədir, – dedi, – surətinin yarısı qaranlıqda, yarısı işıqdadır, çünki işığı gücləndirmək üçün kölgə lazımdır. Və mən istərdim ki, təsvirinə baxdığın bu dəqiqələrdə özün haqqında özün mənə bir söz deyəsən.

Babək çiyinlərini çəkdi.

– İnsanın özü haqqında öz sözü? Deyirlər bu barədə qədim peyğəmbərlərdən biri öz-özündən sual edirmiş ki, əgər mən özüm özüm üçünəmsə, nəyə lazımam, yox əgər özüm üçün deyiləmsə, onda bəs özüm kiməm? Nə isə, qoy bu müəmma müəmmalığında qalsın... Sən isə hazırlaş, elə bu gecə yola çıxırsan, İmperator Feofilə mənim məktubumu aparacaqsan. Qoy Feofil bilsin ki, xəlifə Mötəsim Rum sərhədlərini boşaldıb bütün hərbi qüvvələrini mənim üstümə göndərib. Ona görə əgər sənin imperatorun mənimlə müttəfiq kimi öz əhdinə sadiqdirsə, yubanmasın, dərhal Suriya sərhədinə qoşun yürütsün, taki ərəb xəlifəsi bərbərini, dərzisini və aşpazını da mənim üstümə göndərməsin!

Rahib. Ya həzrət, Afşinin qoşunları qara bulud kimi bütün ətraf dağlara qonub. Afşinin qoşunları qara sel kimi təngə və dərələri doldurub. İmperator Feofil tərpənib Suriya sərhədlərinə qoşun yürüdənə qədər...

Babək. Nə demək istəyirsən?

Rahib. Nə qədər gec deyil, başında say-seçmə igidlərin, sən özün Ruma doğru getməlisən!

Babək. Qəribədir, vaxtilə Barsis aparırdı məni Ruma, indi də sən...

Rahib. Düşün ki, orda xristianlığı qəbul etmiş Babək islam dünyası ilə vuruşursa, müqəddəs xaç uğrundakı bu xidməti onun qəhrəmanlıq həyatı üçün ən ziynətli bir tac olardı...

Babək. Rahib, mən ilk gündən hiss eləmişdim ki, çəkdiyin bu rəsm bəhanədir. İmperator səni bura məni xristianlığa dəvət eləməyə göndərib, ona görə də Rum elçiləriylə vətəninə qayıtmadın, burda qaldın.

Rahib. Qoy belə olsun... Əgər sən bizim Romey ordusuna strateq olsaydın, beş xilafət ordusu üzərində çaldığın qalibiyyətdən üçü kifayət idi ki, Romey səni imperator elan eləsin!

Babək. Yavaş rahib, sən çox uzağa getdin!

Rahib. Mən sənə Romey dövlətinin tarixindən bəhs eləmişdim. Bizim imperatorlar içində ispaniyalı və iranlı olub, suriyalı və erməni olub. Elə imperatriçə İrina xəzər türklərindən Çiçək adlı bir qız deyildimi? Və Barsis ki, sən onu Araz qırağında ölümə məhkum eləmişdin, Rumda xristianlığı qəbul edib, müsəlmanlarla müharibədə elə bir rəşadət göstərdi ki, Romey qoşunu az qala onu imperator elan eləmişdi.

Babək. Barsis əlbəttə ki, çox şücaətli şəxsiyyətdir.

Rahib. Və indi Barsis Feofilin bacısı ilə evlənəndən sonra, imperatorun ən yaxın dostu və həmdəmidir.

Babək. Rahib, Şərqdə ən çox oxunan bir kitab var, “Kəlilə və Dimnə”dir adı. Orda deyilir ki, dəli o kəsdir ki, sirrini qadına etibar edir və yenə dəli o kəsdir ki, bilmək istəyir zəhərin dadı nə cürdür və nəhayət dəli o kəsdir ki, şahla, hökmüdarla dostluq edir, yaxud xəyalına düşür.

Babək qapıya tərəf getdi, sonra dönüb yenidən Rahibə müraciət elədi:

– Orda Barsisə deyərsən ki, mən xürrəmidin Barsisi ölümə məhkum eləmişdim, indi ki, Barsis xürrəmilikdən üz çevirib xristian olub, bu gündən mən də o ölüm hökmünü ləğv edirəm!

Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.

İmperator sarayında Rahib çəkdiyi rəsmin yanında dayanmışdı, imperator Feofil kənardan Babəkin portretinə baxaraq fikrə getmişdi.

– Daşdan çapılıb, elə bil üzünün hər cizgisi – dedi Feofil, – doqquz yaşında dağ çobanı. Sonra ilk gənclik illərində karvan oğlanı... Ola bilər bu mümkündür. Amma heç vaxt inanmaram ki, zeytun tuluqda yağı satan bir kişinin oğludur bu... hər ehtimala qarşı şəcərə düzəltmək lazımdır bu adam üçün, guya İran şahı Bəhram Çubinin nəslindəndir. İndi oxu məktubunu! Döyüş dəst-xəttinə həmişə qibtə etmişəm. O məktubunu, yazı üslubu ilə də tanış olum.

Rahib məktubu oxumağa başladı:

“Azərbaycan xürrəmilərinin sərvəri Babək Xürrəmidən Romey dövlətinin hökmdarı imperator Feofilə məktub”...

Feofil kəskin şəkildə rahibin sözünü kəsdi:

– Kifayətdir, – dedi. – Sən bu adama xristianlıq etiqadı aşılaya bilmədinsə, heç olmasa təkcə bunu ona başa salmalı idin ki, Romey imperatoruna yazılan hər hansı bir məktubda birinci imperatorun adı çəkilməlidir, sonra Babəklərin və sairənin...

– Əfv et, imperatorum, mən...

– İzahat lazım deyil. Apar məktubu Barsisə ver, oxusun və sonra yandırsın. Başda Babəklərin adı çəkilən bir məktubu Romey tarixi qəbul edə bilməz! Elə ki, Barsis məktubu oxudu, gəlsin məzmununu mənə ərz eləsin!

Rahib gedəndən sonra imperatriça Feodora həyəcanlı bir halda gəldi, portreti süzərək dedi:

– Aman Allah, imperator vəhşi dağlar sakini, boz köynəkli bu qorxunc adam bütün dinlərin, tanrıların və xristianların da düşmənidir. Və bir halda ki, sən müqəddəs ikonaları yasaq eləmisən...

Feofil qaşlarını çatdı.

– İmperatriça, – dedi, – neçə dəfə təkrar eləməliyəm ki, ikonalara – cansız şəkillərə sitayiş eləmək, – bütpərəstlikdir və birdəfəlik bu barədə sus!

– Susuram, imperator və ürəyimdə ağlayıram... Amma heç olmasa bu tanrıtanımazın ikonasını bu saraydan rədd elə!

– Sakit ol, mənə İranı ərəb xəlifələrinin pəncəsindən qopartmaq lazımdır və xristianlığı qəbul etmiş Barsisi İran taxtında oturtmaq üçün hələlik bu adama, Babəkə ehtiyacım var. Elə ki, Barsis İran taxt-tacına sahib durdu, boz köynəkli bu adam nəinki mənə, bəlkə heç öz-özünə də lazım olmayacaq.

Bu sözlərlə imperator portretin üzünü divara tərəf çevirdi imperatriça Feodora isə ərinin ayaqlarına yıxılaraq:

– Oyan imperator, yanılırsan! – dedi. – Bacınla evlənmiş və xristian olmuş Barsis üçün İran taxt-tacı dənizdə balıq sövdasıdır, amma burdakına – yaxındakına, sənin taxt-tacına o indidən müştəri gözüylə baxır...

Feofil səksənərək Feodoranın əllərini dizlərindən qopardıb kənara atdı və bağırdı:

– Feodora, qanamı bulaşdırmaq istəyirsən mənim əlimi?

Barsis mənə sadiq qul olduğunu dəflərlə sübut eləyib. Doziman çölündə – müsəlmanlarla döyüşdə qəhrəmanlıq göstərəndə qoşun onu imperator elan etmək istəmişdi. Amma o gəldi ayaqlarıma yıxıldı və dedi ki, ey imperator qalibiyyətdən sərxoş olmuş mənim döyüşçülərimi əfv elə! Yox, bacıma nifrət səni dəli edib və bütün fikrin-zikrin budur ki, Barsisi mənim əlimlə məhv edib bacıma dil qoyasan!

Feodor:

– Eşidirsən? – deyə xəbər aldı.

– Nəyi?

– Uşaq ağlayır, oğlun fəryad edir, çünki dayəsindən qaçıb Barsisi axtarır və elə ki, Barsis onu dizinin üstünə alır, uşaq gülür, oynayır, əl çalır.

– Nə demək istəyirsən?

– Dünən uşaq yenə Barsisin dizinin üstünə dırmaşanda, Barsis deyib ki, mənim dizlərim gələcək Rum imperatorunun taxtıdır və gələcəkdə Romey dövlətini mən idarə edəcəyəm bu uşağın əlilə...

Feofilin dəli ifadə alan gözləri bir nöqtəyə zillənib qaldı, sonra o batqın səslə:

– Get, – dedi, – nəhayət ki, axıtdın ürəyimə şübhə zəhərini!

Feodora getdi. Feofil kresloya tıxılıb qaldı, başını əlləri içərisinə aldı... Barsis gəldi, baş əyib dayandı. Fefil handan-hana başını qaldırıb uzun-uzadı Barsisi süzdü:

– Tanış oldun Babəkin məktubu ilə? – deyə soruşdu.

– Tanış oldum, imperator.

– Necə başlanır məktub?

– “Azərbaycan xürrəmilərinin sərvəri Babək Xürrəmdindən Romey dövlətinin hökmdarı imperator Feofilə məktub”.

– Sən də cəsarət edib bir ayağı çarıqlının cızma-qarasını hərfi-hərfinə təkrar edirsən?

– Əfv et onu, imperator, – dedi Barsis, – Babək qəsdən öz adını əvvəldə... sənin adını sonra yazmamışdır.

Feofil:

– Nədir istədiyi bizdən? – dedi, – Rahibin dediyinə görə Afşin bütün Azərbaycanı işğal edib, orda hər şey qurtarıb.

Barsis:

– Amma mən əminəm ki, buna baxmayaraq, Babək yenə möcüzə göstərəcək.

– Amin. Qoy Allah özü ona kömək eləsin.

– Yox, imperator, daha yaxşı olar ki, müttəfiq kimi sən ona kömək edəsən. İyirmi ildən artıqdır ki, xilafətin ən qüdrətli orduları bir-birinin dalınca Babəkin üstünə gedib və indi xəlifə Mötəsim hələlik sənin üstünə gəlmirsə, səbəbi budur ki, arxada Babək var.

– Deyəsən sən məzəmmət edirsən, Barsis!

– Yox, imperator, mən ancaq yadına salmaq istəyirəm ki, xilafətə qarşı mübarizədə sənin Babəklə əhd-peymanın var.

Feofil əsəbi bir gülüşlə:

– Barsis, – dedi, – bu cür ki, sən Babəkin qayğısına qalırsan, görünür unutmusan ki, vaxtilə Babək Araz qırağında səni ölümə məhkum eləmişdi.

– Yox, unutmamışam, imperator, amma indi Babək rahib ilə mənə xəbər göndərib ki, xristianlığı qəbul etmiş Barsis üçün o ölüm hökmü ləğv olunur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 h 15 min
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 h 10 min
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 min
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 min

Poems by other poets