Contents
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Page 22 of 32 · 66%

İbn Boyat gözlərini döydü. Afşin işarə elədi, ibn Boyatı apardılar. Və indi məclisdəkilər yenə bir-birinin üzünə baxdılar...

Bu zaman çadır arxasında yenidən səs-küy qopdu və bir dəstə fədai əllərində yalın qılınclar, bağırışaraq çadıra doluşdular və içəridəki qoşun başçıları sıçrayıb ayağa qalxmaq istəyirdilər ki, Afşin dedi:

– Ey camaat, hər kəs yerində otursun.

Sonra Afşin üzünü içəri dolmuş fədailərə tutub dedi:

– Ey fədailər bir-bir danışın! Yoxsa əmirəlmöminin başına and olsun ki, bu saat qırmancı əlimə alıb ayağa durram.

Və birinci fədai bağırdı:

– Ya əmir, biz kafirin casusunu öldürmək istədik, sənin mülazimin qoymadı və indi sənin mülazimin bizim azançıya 100 taziyanə vurur. Və belə olduqda, səninlə kafir Babəkin arasında nə fərq vardır ki, Babək əlinə keçən azançıların dilin kəsir, sən də Allahın mömin bəndəsi bir azançının diri-diri dərisini soydurursan. Məgər Allahdan qorxmursan, ey əmir?

Afşin. Elçiyə toxunmazlar və mənim nizamımı pozmaq olmaz!

II Fədai. Vaveyla, bu nə cür müharibədir ki, kafir sənə qovun-qarpız göndərir və sən də kafirin casusunu ordugahda gəzdirirsən?

Afşin. Cəmi ordunun sahibi mənəm və mən nə edirəmsə, yalnız əmirəlmöminin qarşısında cavabdehəm.

III Fədai. Elə isə biz hamımız – bütün könüllü fədailər sənin ordunu tərk edib gedirik.

Afşin. Və dalınızca qara bir daş. Siz könüllüsünüz. Nizami orduya daxil deyilsiniz və nə vaxt istəsəniz, çıxıb getməyə ixtiyarınız var. Amma əmirəlmöminindən maaş alan nizami ordu istidən yanacaq, mənim yanımda qalacaq, soyuqdan donacaq, mənim yanımda qalacaq, acından öləcək, mənim yanımda qalacaq. Və nə qədər ki, siz də burdasınız, mənim əmrimə tabe olacaqsınız!

IV Fədai. Ya əmir, səndən əvvəl biz Allahın ixtiyarındayıq və qorx bu mömin kişinin gördüyü yuxudan.

Afşin. Ey mömin kişi, danış yuxunu, bəlkə qorxacağam.

V Fədai. Ey əmir, dünən gecə mən röyamda Sərvəri-kainat peygəmbərimizi gördüm və sərvəri-kainat mənə dedi ki...

Və çadırdakı bütün qoşun başçıları dərhal ayağa qalxdılar, Afşin də ayağa qalxmağa məcbur oldu.

V Fədai. ...və Sərvər-kainat mənə dedi ki, ey Əbu Rizvan, nə durmusan, get Afşinə söylə ki, əgər tezliklə kafir Babəkin işin bitirməsə, mən bu dağlara əmr edəcəyəm ki, Afşinin başına daş yağdırsınlar...

Aralığa gərgin sükut çökdü. Sonra Afşin dedi:

– Ya Əbu Rizvan, bir olan allah özü bilir ki, mən iki ildir, elə bir kafirlə vuruşuram ki, o 22 ildir, üstünə gələn bütün islam ordularını darmadağın etmişdir və əgər robbim istəsəydi ki, bir adamı daş-qalaq eləsin, ən əvvəl o tanrıtanımaz Babəkin başına daş yağdırardı ki, biz müsəlmanların canı bu əzab və əziyyətdən qurtulsun!..

Fədailər bir an duruxdular, döndülər bir-birinin üzünə baxdılar, sonra birinci Fədai dedi:

– Ya əmir, əgər bizə şəhid olmaq qismət isə, sən gərək bu səvabı bizdən əsirgəməyəsən, çünki bizim bura gəlməkdən məqsədimiz odur ki, din yolunda şəhid olub cənab haqqa qovuşaq və sən bizi tez hücuma apar ki, ya qalib gələk, ya məhv olaq.

Bu zaman ibn Bayatı yenə içəri gətirdilər və Afşini bu mütəəssib fədailər qarşısında islama və xəlifəyə qarşı sədaqətini nümayiş etdirməyə fürsət tapdı və bağırdı:

– Gördünmü görmək istədiyini? İndi qulaq as, görmədiyin barədə mən sənə deyim. Burda, şəhid olmaq cilov gəmirən minlərlə bu fədailərdən başqa mənim arxamda yüz minə yaxın qılınclı və mizraqlı döyüşçü dayanmışdır. Və məndən o tərəfdə əmirəlmöminin arxasında böyük bir dünya – islam dünyası dayanmışdır. Və bu gün Hind və Sind məmləkətləri əmirəlmöminə bac verir. Tibet Yabğusu əmirəlmöminin hökmünə boyun əyir, Çin fəğfuri əmirəlmöminə müşk və ənbər göndərir. Rum imperatoru əmirəlmöminin vahiməsindən gecələr yata bilmir və firəng krallı uzaqdan əmirəlmöminə təzim edir və bu gün dünyanın cilovu islamın əlindədir və bütün bunlardan sonra nə vaxta qədər kafir bir dağ əmirəlmöminə meydan oxuyacaq? Əlbəttə sənin ulu sərvərin öz məsləhətini özü hamıdan yaxşı bilir. Amma təslim olub əmirəlmöminə pənah gətirmək istəyirsə vaxt itirməsin, dərhal hüzuruma gəlsin! Yox, əgər inad edərsə, qoy bilsin ki, artıq bıçaq sümüyə dirənmişdir və bütün azəri xürrəmilərinin başları kəsilmədikcə, mən – Heydər ibn Kavus – bu Azərbaycan dağlarından geri dönməyəcəyəm!..

Və çadırdakı bütün fədailər bir ağızdan bağırdılar:

– Ey əmir, var ol ki, biz də səninlə qalırıq və inşallah, qalibiyyət bizimdir.

Və birdən ibn Boyat Afşinin qarşısında diz çökərək dedi:

– Ya həzrət, mən xəlvət istəyirəm.

– Bütün məclisə dərin bir sükut çökdü və Afşin də uzun-uzadı susdu, sonra diqqətlə ibn Boyatın gözlərinə baxaraq dedi:

– Ey kişi, xilafət ordusunun əmirindən xələt istəyən bir adam gərək ona elə bir söz desin ki, qiyməti bu qovun ağırlığında qızıla bərabər olsun. Yox, əgər baş ağrıtmadırsa, lazımdır ki, belə bir adamın boynu vurulsun.

İbn-Boyat. Razıyam, ya həzrət və əminəm ki, dediyin mükafata sahib duracağam və o mükafata sahib duran kimi, dönüb yenə müsəlman olacağam.

Afşin qoşun başçılarına dedi:

– Ey camaat, sizinlə məclisim qurtardı.

Və yenə hamı bir-birinin üzünə baxdı və qoşun başçıları bir-birinin arxasınca Afşinin çadırından çıxdılar.

Afşin isə bir müddət fikirli halda çadırında gəzindi, sonra ibn Boyatın qarşısında dayandı və dedi:

– Ya ibn Boyat, indi ki, Babəkdən üz çevirib yenə zəngin və mömin bir müsəlman olmaq istəyirsən, bil ki, mənə çox böyük bir xəyanət lazımdır və mən xırda-xuruş xəyanəti qəbul etmərəm.

İbn-Boyat. Xəyanət nədir, ya əmir? Mən günahlarımı yuyuram və sənə elan edirəm ki, Babək yenə islam qoşunları üçün çox müdhiş bir tələ qurmuşdur, qaya altında dağı oydurmuşdur, yer altında lağım qazdırmışdır və cəmi qüvvələrini Azinin ixtiyarına vermişdir, özü isə qalada tək oturmuşdur. Və əgər sən o pusqu yerini kəşf etməmiş Bəzz qalasına hücum etsən, dilim qurusun, çox güman ki...

Afşin aman vermədi, əlini ibn Boyatın ağzına basdı və xırıldadı:

– Sus və əlbəttə ki, məhv olacaqdım! Sus və şükr olsun ki, qurtuldum. Və yenə sus ki, mənim qurtuluşum onun məhvidirsə, nə cür çıxım bu vəziyyətdən, ey iblis?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 h 15 min
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 h 10 min
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 min
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 min

Poems by other poets