İkinci hissə
Contents
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Page 2 of 32 · 3%
Barmida arvadın daxması.
Buxarında arçan odunu yanırdı və buxarı başında Babək ilə anası üzüzə oturmuşdular. Babək gur yanan ocaqdan doymurdu, əllərini ocağın alovunda ovuşdurub yuyurdu və nəhayət ocağın alovun iki əlilə ovuclayıb üzünə çırpdı...
Barmida. Hələ də canın qızmayıb, oğul?
Babək. Bu dəfə yol çox ağır oldu, ana... qar, çovğun... bir də ki, ocaqda arçan odunu yananda nə ətrindən doymaq olur, nə istisindən...
Barmida. Nə deyirsən, danışım ibn Boyatla? Yardarlıqla bir əlcə torpaq götürüb, əkərliyə başlardıq...
Babək. Təbrizdən didərgin düşmüşəm, ana, amma Ərdəbil var... Və orda qılınc pardaxlayan ustalardan biri hələ bildir mənə demişdi ki, işdi, şayəd Ərdəbilə gəlsən, sənə iş tapılar.
Barmida. Deməli, yenə gözümdən iraqda?
Babək. Əgər oralar ucuzluqdursa, gəlləm sizi də aparram. Babəkin kiçik qardaşı Abdulla ki, daxmanın o biri küncündə yorğan altında yatmışdı, birdən yorğanı başından atıb dik yatağında oturdu və dedi:
– Ərdəbilə, ana, Ərdəbilə, çünki Ərdəbilin süd kimi ağ əppəyi var... və mən Babəklə gedirəm Ərdəbilə...
Barmida. Qaynama, otur yerində. Bir tikə boyu var, Ərdəbilə gedir.
Abdulla. O vaxt ki, Babək kənddən Təbrizə gedib, indiki məndən ancaq iki yaş böyük imiş.
Barmida. Və o vaxt ki, Babək indiki səndən iki yaş kiçik idi, dağda qoyun-quzu otarırdı. Amma sən hələ də tumanından tutub gəzirsən.
Balaca Abdulla nə deyəcəyini bilməyərək üsyan elədi:
– Çünki bəhməz vermirsən, xaşıl bişirmirsən və cad əppəyi, arpa çörəyi yeməkdən dişimin dibi gedib.
Barmida. Qudurasan, qart qurbağa, arpa çörəyi peyğəmbərlərin və müqəddəslərin çörəyi olub.
– Və inanan daşa dönsün, – deyə balaca Abdulla burnunu çəkdi. Babək ixtiyarsız güldü və bu dəfə Barmida arvad pərt oldu:
– Kimə inanmırsan ədə, mənə, yoxsa peyğəmbərlərə?
Babək anasını sakit elədi:
– Bəsdir ana, nə düşmüsən uşağın üstünə.
Barmida kiçik oğlundan əl çəkdi. Şəfqətlə böyük oğluna baxdı:
– Gecdir oğul, sən də yıxıl yat. Mən təndirxanda ocaq üstünə sac qoymuşam. Sabah kənd arvadları gözaydınlığına gələcəklər. Gərək yuxa arasında tərək verəsən ki, ağızları şirin olsun!
Barmida arvad ayağa qalxıb daxmadan çıxdı. Babəkin gözləri divardan asılmış tənburə sataşdı. Balaca Abdulla da başını qaldırıb divardan asılmış tənburə baxdı.
Babək. Tellərin qırmamısan ki?
Abdulla. Anam qoyur ki... deyir tənbur çalmaq sənin xörəyin deyil.
Babək. Dur gətir bura, görüm.
Abdulla ayağa sıçradı, tənburu mıxdan çıxartdı, gətirdi Babəkə verdi, Babək bir müddət tənburu köklədi, sonra yavaşdan çalmağa başladı. Balaca Abdulla heyranlıqla qardaşının üzünə baxır, tez-tez gözlərini qırparaq qulaq asırdı...
Sonra Babək bir an əlini saxlamışdı ki, Abdulla tez soruşdu:
– Təbrizdə öyrənmisən, yoxsa Miyanıçda?
Babək. Burda, sən boyda olanda, ibn Mingənin qullarından biri öyrətmişdi mənə, – o vaxt ki, ibn Mingənin çobanı idim.
Abdulla. Müsibət çalırsan, adın de, yadımda qalsın!
Babək. Qədim havadır, adı “Sərvstan”, macal tapanda öyrədərəm, sən də çalarsan.
Daxma arxasında nal səsləri və at kişnərtisi eşidildi, sonra qapı bərkdən döyülməyə başladı...
Babək tənburu Abdullaya verib cəld ayağa qalxdı, taxçadan qəməsin götürüb köynəyinin altında gizlədi və tez daxmadan çıxdı...
Daxmanın artırması. Kəllədə təndirxana.
Barmida arvad əlindəki oxlovla qızmar sac üstündəki yuxaları tez-tez tərsinə və avandına çevirirdi və balaca Abdulla anasının tabağa atdığı yuxaları içəriyə daşıyırdı.
...Daxmanın içi Cavidanın adamlarıyla dolmuşdu və adamlar iki cərgəyə bölünüb həsir üstündə qarşı-qarşıya oturmuşdular. Ucuz qələmkar süfro üstündə yuxa qalaqları, baş soğan və kasalarda şüyüdlü şor vardı və çox üşümüş, çox acımış adamlar iştaha ilə yeyirdilər.
Cavidan ilə Babək isə süfrənin başında, buxarı yanında üz-üzə oturmuşdular.
Barmida əlində bir kuzə içəri girdi və dedi:
– Doqquz ildi bunu yerə basdırmışam və əhd eləmişəm ki, oğlum gələnə qalsın. Və indi ki, oğlum gəlib çıxdı, için, halal xoşunuz olsun!
Məclisdən sevincli bir uğultu qopdu. Barmida kuzəni və piyaləni qapı ağzındakı gənc xürrəmiyə verdi, gənc xürrəmi isə yuxarı başda oturmuş Cavidana tərəf baxdı, Cavidan gülümsədi:
– Elə ordan başlayın və əgər bizə də bir damcı qalsa, bilərəm ki, insafınız varmış.
Gənc xürrəmi piyaləni mət kimi qaramtul şərabla doldurub başına çəkdi və nəfəsini güclə dərib dedi:
– Başına and olsun ki, şərabı ki, Cəmşid şah icad eləmişdi, o da ömründə belə şahanə şərab içməmişdi.
Barmida arvadın gözləri güldü və çəkilib qapı ağzından getdi.
Kuzə ilə piyalə isə əldən-əldən keçərək, yuxarı başa doğru hərəkət edirdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.