Uzeyir Hajibeyov · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı mürurilə bizim içmizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi!Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!
Hürriyyəti-mətbuatMəlumdur ki, Rusiyada sair tayfaların mətbuatı bir hökumət senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların mətbuatı iki senzur əmrlərinə tabe olmağa məcburdur ki, onlardan biri hökumət və digəri camaat senzurudur və sairələri yalnız bir hökumətin yaxasından tutub, hürriyyəti-mətbuat zühur etdiyi zaman, biz gərək bir əlimiz ilə hökumətin və o biri əlimiz ilə də camaatın yaxasından yapışıb azadi-kəlam istəyək.Lakin həqiqətdə hürriyyəti-mətbuat və azadi-kəlam nədir və nədən ibarətdir?
Ordan-burdan 89Daha görün nə var!Dünən Zəngəzurdan, Sisiyan mahalından gəlmiş bir məktubu oxudum və yenə dünən Dağıstan tərəflərindən bir əhvalat eşitdim. Nə kağızın məzmununu və nə də əhvalatın nə olduğunu burada söyləməyəcəyəm və deməyəcəyəm ki, haman kağızın axırında on nəfər adamın qolu var idi və Dağıstan əhvalatını söyləyən adam da çox mötəbər şəxs idi. Heç burasını söyləməyəcəyəm ki, kağızı yazıb qol qoyanlar Sisiyan mahalında bəzi “Molla” adlı, amma, iblis sifətli adamlardan şikayət ediblər (belə rəvayət eləyirlər ki, iblis həmişə insanları bir-birinə yaği eləyir) və heç ağız açmayacağam ki, Dağıstan ətrafında qara-qara adamlar qara-qara xəbərlər salıb, qara-qara ağılları, qara-qara işlərə və qara-qara ürəkləri, qara-qara təmələrə həris etmək üçün qırmızı adamlardan qırmızı pullar alıb, qırmızı işlər görmək istəyirlər. Bunu dəxi ürəyimdə saxlayıb, heç kəsə deməyəcəyəm ki, haman “Molla” adlı və [...] sifətli adamlar mərifətsizlik zülmətinin içində ola-ola öz adlarını “alim” qoyub, nadan və qanmazların pislərindən də pis hərəkət çıxardırlar və həmin qara ürəkli adamlar da öz əcdadlarına ən alçaq bir nökərçilik edib, axırda öz qardaşlarının cəlladları olmaq divanəliyinə mübtəladırlar...
Hökumət və millətBəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi.
MüalicəBir pərdəli komediyaƏ h l i - m ə c l i s:
Ordan-burdan 99Urusca heç zad bilməyən və müsəlmancadan tək bir “Gülüstan”ın mətnini oxuyub, mənasını anlamayan rəfiqlərimdən bir neçəsi məni görüb həmişə şikayət edirlər və deyirlər ki, biz çox istəyirik ki, görək Dövlət dumasında nə olur, nə tövr danışıqlar olur?Amma heyf ki, savadımız olmadığına görə oxuduğumuzu anlamırıq, aya, olmazmı ki, sən öz “ORDAN-BURDAN”ında bir tövr eyləyəsən ki, Dövlət dumasından bari bizə bir nümunə göstərəsən.
Ordan-burdan 102Dünən “Proqress” qəzetunin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib deyir ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə.İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı... O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmir və dərsi də “lal qaydası” ilə versin. Bu da belə.
Ordan-burdan 105Müsəlman kəndlisinin siyasi söhbəti– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
Ordan-burdan 108“Tərcüman” qəzetəsi və barama qurduBütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda.
Ordan-burdan 110Tarixdə vardır ki, qədim yunan filosoflarından “dəli filosof” adında bir şəxs özünə bir “şöhrət” qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı.İndi “Tazə həyat” rəfiqimiz də “məzəlilik” üçün “Keyfi gələndə” ağzına gələni götürüb yazan “Birisi” yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.
Ordan-burdan 112Müəllimlər ictimai“Müəllimlər ictimai camaat məktəblərinin müdiri “Narodnıy inspektoru”nun*
Ordan-burdan 115Kazan qəzetələri bu məzmunda şey yazırlar:“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.
Ordan-burdan 121ƏşarBəli, doğru deyirlər ki;
Ordan-burdan 122Məişətimizdən– Kərbəlayı Məmmədcəfər salaməleyküm!
Bazar söhbəti– Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!– Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.
Söhbətİyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım.Qoca dedi:
Azərbaycanda musiqi təhsiliAzərbaycan türkləri istedadi-musiqicə nə osmanlı türklərindən, nə də qonşuları iranilərdən heç də geri qalan deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu məşhur xanəndə və sazəndələri deyil, yalnız özləri içində, bəlkə ümum Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır. Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlardır. Əgər əvvəldən bir taqım dini, ürfi və siyasi məmaniyətlər mövcud olmasaydı, Azərbaycan türkləri deyil, yalnız Şərqin, bəlkə Qərbin dəxi meydani-sənətinə də məharət göstərib rəqabət edə biləcək sənətkarlar yetişdirə bilərlərdi.Azərbaycan türklərinin musiqisi və bu musiqinin əsasları haqqında “Maarif və mədəniyyət” məcmuəsinin irəlidəki nömrələrində müfəssəl məlumat verəcəyimizi vəd edib əsil mövzumuz olan məsələyə keçirik. Bu məsələ Azərbaycanda musiqi təhsili haqqında olub, məqsəd maarif komissarlığının bu yolda nə kimi fəaliyyətdə bulunduğundan və musiqi təhsili işinin nə halda olduğundan lazımınca xəbərdar olmaq istəyənlərə məlumat verməkdir.
Ordan-burdan 1İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:– Aləm şair oldu!
Ordan-burdan 2“Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:“Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...”
Ordan-burdan 5Lap əvvəllərdə bizim idarəmizə Osmanlı qəzetələri gələrdi. Bu qəzetələr bir-birinin üstə qat-qat yığılıb kəndirlə bağlanmış olardı. Osmanlı qəzetələrini görüb biz çox sevinərdik və tez kəndiri qırıb qəzetələri açırdıq ki, görək Osmanlıda nə var, nə yoxdur, görək bizlərdən nə yazırlar, özlərindən nə yazırlar. Gözümüzü qəzetənin oraburasına gəzdirib axtarardıq, axtarardıq, amma nə Osmanlıya dair və nə də bizlərə dair heç bir şey tapmazdıq! Ancaq elə bunu görərdik ki, yazıb: “Bu gün pək sicaqdır – yoğurt (qatıq) insanə nəfdir”, “Fransa səfiri dün vapora rakib olaraq, Parisə mütəvəccəhən rəvanə oldu” və sairə. Beş-altı dəfə biz Osmanlı qəzetələrini bu cürə açdıq, gördük ki, elə hamanki sözlər yazılıbdır.Sonra belə qərar qoyduq ki, daha bir də zəhmət çəkib vəqtimizi zay edib Osmanlı qəzetələrini oxumayaq. Bu qərarə binaən idarəmizə Osmanlı qəzetələri gələn kimi götürüb kəndirli-filanlı atardıq zibil səbətinə; iqtisad elminə dara olan şəxslər bizə məsləhət görürdülər ki, bu qəzetələri zibil yeşiyinə atınca aparaq və bazarda kağız əvəzinə dükançılara sataq. Bizi inandırırdılar ki, bu cürə eləsək, yaxşı pul qazanarıq.
Ordan-burdan 8“İran xəzinəsində pul yoxdur” – qəzetələrdənƏmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə:
Ordan-burdan 15F ü z u l i: – Ah kim bir dəm fələk rəyimcə dövran etmədi!Ş a h: – Hər kəs ki göndərdim Təbrizi viran etmədi.
Rusiyaya dairDövlət duması açılmaq üzrədir. Hər bir vüzəratın gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur.Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının baisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müqayir olaraq verdiyi əmrlərini Senat vasitəsilə izah etmək istəyir və bu əmrləri həman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vüzəratı tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək, nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsn-qəbul görməyib, vəzirin məqamını paxlatsın. İndi, maarif vəzirinin istefa edəcəyi xüsusunda müvəkkəd şayiələr dövran etməkdədir.
Ordan-burdan 20Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!
Ordan-burdan 26İrana dair aşıq nağılıElə ki Təbriz “guruldadı”, Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi:
Ordan-burdan 32Bir zaman var idi ki, biz qəzetəmizdə yazırdıq: Türkiyə hökuməti – müstəbidə ilə dolanır, ondan millətə bir mənfəət yoxdur. Allah o istibdadı yox eləsin.Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər və deyirdilər: –Əşi ayıb deyilmi, Türkiyə haqqında belə nalayiq sözlər deyirsiniz.
Ordan-burdan 38Bir neçə gün bundan irəli “əlahəzrət”, qədri-qüdrət Məhəmmədəli şah Qacar ruhəna fədah adlanan, amma bu gün rus demişkən, prosto Məşədi Məhəmmədəli denilən İran sabit şahı Məhəmmədəli mirzə küsübdür!Küsübdür ki, nə üçün onu taxtdan yerə saldılar. Halbuki həmin Məhəmmədəli mirzə öz millətinə bir çox... zülmlər etmişdir!
İspaniya – Fas müharibəsiÜlamalarımızdan möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə böylə bir əhvalat nəql etdi:“Uşaqlığımda xırmən sürürdüm, vələ qoşduğum at həm işini görüb vəli surürdü, həm də ac olduğuna görə, hərdənbir ağzını uzadıb çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi, amma, yenə işinə məşğul olub bir müddət otdan əl çəkdi; lakin qarın aclığı binəva heyvanı dinc qoymurdu. Gördüm yenə damınır, ot qapmaq xəyalındadır. Şallağı əlimə alıb düşdüm atın canına, vurdum-vurdum; axırda at təngə gəlib mənə bir cüt təpik atdı: alnımdan dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar və yaramı sağaltmağa başladılar. O vaxtdan bəri həmin at ilə hörmətlə dolanmağa məcbur oldum”.
Ordan-burdan 39...Neçə gün bundan əvvəl bir firəng böyük bir hünər elədi: qırx beş verst eni olan bir dəryanın bu tərəfindən hoppanıb o biri tərəfinə düşdü; yəni quşa oxşayan bir hava gəmisinə minib dəryanı keçdi. Bu firəng məşhuri-cahan oldu; özü də bu anda hər gün min manatdan artıq pul qazanır. Bir tərəfdən şöhrət, o biri tərəfdən dövlət! İndi əgər bu adam, firəngin xasiyyətində olmaq şərtilə, bizim müsəlmanlarımızdan olsa idi, haman dəm bizim qara və paxıl qəlbimiz cuşə gəlib, haman həmcinsimizə quyular qazımağa başlardıq!Mollalarımız deyərdi ki, bu adam babıdır və özünün də arvadı ondan boşdur.
Ordan-burdan 40XəbərdarlıqSentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər şübhəsiz ki, dolmayacaqdır.