Jalil Mammadguluzadeh
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Orucluğun yavuqlaşmağı münasibətilə*Bir var insan, bir də var heyvan.
Yad edirəmKeçmiş fevral ayı, bundan qabaqkı fevral aylarını yada salır. Həmin keçmiş fevral aylarının biri mənim üçün xeyli əziz gündür. Həmin gün, Nikolay padşahın taxtdan düşən günüdür.Amma mən Nikolay deyəndə onunla da işim yoxdur, çünki o padşah idi və mən də bir mollayam. Amma Nikolay o səbəbdən mənə yavıqdır ki, o padşah Allah bəndəsi idi və ruhaniləri dost tutardı. Ta o dərəcəyə kimi ki, Rasputin kimi bir fazili həmişə öz yanında saxlardı və özü də bir yana səfərə gedəndə xatunimükərrəməsinə tapşırardı ona hörmət eləsin və qoymasın ki, fazilin ürəyi sıxılsın.
Xan hünəriİçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...Ay sən öləsən!..
Traktor və əli şiəsiTraktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa.Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir.
Od və suİngiltərə hökuməti ilə Şuralar ittifaqının pozuluşması təbiidir: necə ki, od ilə suyun yola getməməyi təbiidir.İndi oxucularımız bunu bilmək istəyəcəklər ki, bu iki tərəfin hansını biz od adlandırırıq və hansını su?
Yuxum gəlirGecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitilər də bir yandan!..Bircə ümid yerim bəzi müdirlərin intizar otağıdır ki, yumşaq kreslo döşəyinin üstə oturursan ki, növbə gözləyəsən. Bircə burada canın rahat olur: çünki burada şoğərib taxtabiti olmur.
Qızdırma müalicəsiQızdırma bir yaman azardır ki, indiyədək ona bir yaxşı dərman tapa bilməyiblər.Doğrudur, qızdırmanı genə dərmanı ilə müalicə edirlər. Amma bir fayda bağışlamır.
İki möcüzBiri vaqe olub min üç yüz il bundan qabaq İraq səhrasında, o biri də vaqe olub həmin iyun ayının 16-da gecə saat 11-də, Kürdəmir vağzalında.Qabaqkı möcüzün təfsili belədir: zəmani ki, həzrət İmam Hüseyn başladı İraq davasına hazırlaşmağa, Ümmisəlimə çox yalvar-yaxar elədi ki, “bala, getmə İraqa, səni orada şəhid edəcəklər!”. İmam bu sözə çox təəccüb elədi və soruşdu ki, “Ey mənim anam! Sən haradan bunu bilirsən ki, məni orada şəhid edəcəklər?”.
Ruzi-aşuraAğama ərz olsun ki, məhərrəmül-həram ayının onuncu günü aşura günüdür və həmin gün – illərin və ayların ən müəzzəm günüdür; ondan ötrü ki, aşura günü İmam Hüseyn qətlə yetişibdir. Həmin günün dəxi də bir neçə fəziləti var ki, bu gün matəmi-İmam Hüseyn münasibətilə aşuranı möhtərəm qarelərimizə tərif etməyi fərz bilirik.Əvvələn, tarixi-müqəddəsə müraciət edib görürük ki, məhərrəmül-həramın onuncu gününə bari pərvərdigarın qədimdən iltifatı var imiş. Belə ki, Adəm peyğəmbərin tövbəsini Allah həzrətləri o qədər qəbul etmədi ki, məhərrəmin onu daxil oldu və məhz onuncu günü qəbul etdi.
Pak neft və murdar neftİngiltərə vaizi ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qismdir: bir qismi murdar və bir qismi pakdır.Vaizin mülahizəsincə murdar neftlərin cərgəsinə Şuralar nefti də daxildir.
“Kusi-rehlət”Oktyabr inqilabı bayramı münasibətilə*Xəcil onkəs ki, rəft kar nəsaxt,
Üzr istəyirəmSənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.
Həmmalül-müqəddəsHəmin nömrənin səhifəsində çəkilən bir həmmalın dalındakı namaz tayları barəsində, söz yox, bəzi oxucular ola bilər ki, əhvalatdan müxbir olmayalar. Onunçün də burada bu barədə mətləbə şərh verməyi lüzumdan xali görmədik.Bu bəndeyi-xuda bir mömün islam ümməti və Əli şiəsidir, gün, yövmiyə dua və sənada razü niyaz əhlidir və demək olar ki, bir gün də vacibi namazlarını qəzaya qoymayıbdır, sonra bu mömin Allah bəndəsini əcəl dərk eləyir və bu da darülfünadan darülbəqaya rehlət edib çıxıb gedir.
“Sülhi-əbədi”Qəzetlərdə nəzərimizə çatdı ki, Amerika hökuməti yer üzündə əqvam arasında, bir “sülhi-əbədi” binasını qoymaq tədbirindədir. Ax, nə gözəl tədbir?!“Sülhi-əbədi”, – yəni türkcəyə çöndərsək, “həmişəlik barışıq” deməkdir. Onun üçün də mən yuxarıda bu tədbirə “gözəl” ad qoyuram; çünki dünyada sülh və asayişdən gözəl nə ola bilər? Amma, di gəl görək, Amerika hökuməti cənabları bu müqəddəs tədbiri nə yol ilə, nə vasitələrlə həyata keçirmək istəyir? Çün bu barədə qəzetlər də bir söz yazmır – mən də bilmirəm ki, Amerika hökuməti bu xeyir işin baş tutması yolunda nə metodlar işlədir və nə çarələr qurur.
Qış xəbərləriFarslar deyirlər: hərdən bizim bağdan təzə-təzə meyvələr gəlir.Bizim də Azərbaycan bağımızdan təzə-təzə qış xəbərləri gəlir.
Teatr konfransıKeçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağrılmışdı. Konfrans bəzi səbəblərə görə təxirə düşdü və dübarə üzümüzə gələn bazar ertəsinə təyin olundu.Mən bir qoca kişiyəm və teatr işlərindən də o qədər xəbərdarlığım yoxdur. Onunçün də konfrans söhbətini qəzetlərdə oxuyanda, heç bilmədim, bu nə konfransdır və orada nə danışacaqlar, teatrın hansı bir nöqsanını göstərəcəklər və hansı mühəssənatını təsdiq edəcəklər.
Növbə gözləməkNövbə gözləməyə indi hər kəsin qulağı qızışıbdır, hamı adətkərdə olubdur.Axşam vaxtı saat yeddi keçəndən sonra hər məhəllədə tək bircə dənə açıq olan kooperativ dükanından bir qutu spiçka almaq üçün on beş dəqiqə növbə gözləmək lazımdır. Habelə indi rəməzan münasibəti ilə məscidlərə daxil olmaq və başmaqları çıxarandan sonra onları ağzıoruc oğrulardan qorumaq...
Ecazi-quran“Nasux üm-təvarux” kitabının sahibi belə rəvayət edir ki, həzrəti – Rəsulun əli ilə bir rəvayətə görə üç min və bir rəvayətə görə bir min möcüzə zahir olubdur.Bu min möcüzənin birincisi Qurandır. Belə ki, bu müqəddəs kitabın fəsahətinin müqabilində o əsrin cəmi füsəhası aciz qaldılar və öz əczlərini də iqrar və etiraf etdilər. Necəki Müslüm Quranının tək bircə kəlməsinin də misl və manəndini yarada bilmədi.
Leylətül-qədrRəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.
Qadağa etməkÜç şeyi qadağan etmək lazımdır:Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.
Əfqan padşahıBu saat demək olar ki, dünyanın cəmi qəzetləri əfqan padşahı həzrətlərinin səyahətindən danışmaqdadırlar. Onunçün də biz qeyri qəzetlərdən bu barədə geridə durmağa bir səbəb tapmadıq və əgər sözün düzünü axtarsan, o qədər ki, Molla Nəsrəddin əminin keçmiş zamanlarda şahlarla və soltanlarla söhbəti olubdur, bəlkə qeyri qəzetlərin o qədər olmayıbdır; onunçün biz özümüzü danışmağa haqlı bilib keçirik söhbətimizə.Söhbətimiz müxtəsər olacaqdır. Sözümüz ikicə məsələdən ibarətdir: birincisi, padşah həzrəti-aliləri bizim məmləkətə xoş gəlibdir və səfa gətiribdir və Molla əmi buna əmindir ki, əziz qonağımız ölkəmizdə hər nə görüb və eşidibdir – cümləsini sidqi-dildən təsdiq edib bəyənibdir; necə ki, padşah özü və onun vüzərası bunu qəzetlərdə dəfələrlə iqrar edirlər. Belə olanda, biz ümidvar oluruq ki, həzrət padşah vətəninə təşrif aparandan sonra Şuralar İttifaqında müşahidə etdikləri cəmi qanun və qaydaları inşallah öz məmləkəti olan Əfqanıstanda icra etməyə qəti və əbədi surətdə fərman buyuracaqdır.
Xoşbəxt əksinqilabçılarƏliheydər Qarayev yoldaşın “Pravda” qəzetində yazdığı məqaləsinə dair*Dünyada əksinqilabçılar iki qismdir:
İnzibati idarəLənkəranda iki inzibati idarə vardır. Biri Hökumət inzibati idarəsidir, biri də Krepost məhəlləsində müxbir Molotovun inzibati idarəsidir.Molotov əslindən aptekxanada əczaçıdır. Ancaq bu işdə də ixtisası yoxdur. Onun üçün də qayırdığı davalardan hərdən bir uşaq-muşaq da zəhərlənibdir ki, işi indi istintaqdadır. Onun üçün də Molotov gördü ki, bu əczaçılıqdan bir mətləb çıxmayacaq, özünü verdi müxbirliyə. Lənkəran da ki, bir xırda avamistan məmləkətdir.
Bitərəflər və dinM. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca*“Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər.
Yaşasın belə millətRus-Yapon davasından sonra, Qafqaz millətlərinin burnuna bir cüzvü hürriyyət qoxusu dəyən kimi, qəzetlər hərə öz millətini alqışlamağa başlamışdılar. Habelə o vaxt Bakıda çıxan türk qəzetləri də bir səs ilə bağırırdılar:– Yaşasın belə millət, yəni yaşasın bizim türk milləti!
Qoçu xəbərləriAxır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.
İsgəndəri-kəbirlərQədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.
Çadra və papaqÇadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.
İsa bayramlarıBəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.
FürsətBir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.