Works
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
عشق دارد هر کسی را مستمند و خوار و زارخوار باد آنکس که دارد عشق و کار عشق خوار
Qayınanın oyunları“Gəlin, gedək qayınananın bağına,Qurban olaq bostanına, tağına,
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
Şərq qadını yeni yoldaDörd ay davam edən Köln mətbuat sərgisi artıq bitmişdi. Köln şəhərindən hər tərəfə hərəkət edən qatarlar minliklərlə dolu idi. Kupelərdə davam edən söhbətin çoxu sərgidən idi. Hər kəs oradan aldığı zövq və tə’sirdən bəhs edirdi. Artıq məharət və səliqə ilə tərtib olunmuş, müxtəlif növlü Şura ekspontları hamının diqqətini cəlb etmişdi. Birinciliyi qazanan Şuralar mətbuatı az bir zamanda div addımları ilə irəlilədiyini sübuta yetirmiş idi. Bunu düşmənlər belə inkar edə bilməyirlərdi.Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində «Pari-Midi» müxbiri Müsyo Çujon və İnkiltərə qəzetlərindən «Yorkşayer Yunk nus» müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirdilər.
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Mirzə Məhəmmədrəfi Sədrül-üləmayəCənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin!**Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram.
Qasida 22این نادره بین باز کز ایام بر آمددر باغ جهان شاخ حوادث ببر آمد
Əvvəlinci məclisVaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..
Karvan yola çıxırAxşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Xəyalımda Mirzə Fətəli canlandıVətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.
Molla Qasım ZakirŞəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur.
“Leyli və Məcnun”dan “Koroğlu”ya qədərRespublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı – bəstəkarları, musiqiçiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu – Azərbaycanın musiqi sənətini əsl və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır.Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada üçün hazırladığımız repertuarda da öz əksini tapacaqdır. Repertuarımızın əsasını opera təşkil edir. Bu tamamilə təbiidir. Opera sənətinin ölməkdə olduğunu iddia edən burjua “nəzəriyyəçiləri”nin fikrinə zidd olaraq, sənətin bu növü bizim ölkəmizdə yaşamaqda davam edir və yeni məzmun kəsb edərək xalqımız tərəfindən daha artıq sevilir və başa düşülür.
Qasida 26اصفهان شد غیرت افزای بهشت جاودانزین بنای تازه سلطان سلیمان زمان
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Atashkadeh, chapter 39شد چو از زندان فرعونی ملولیوسف مه پیکر آل رسول
Sharafnama, chapter 25Come, cup-bearer! take off the fastening from the wine (of senselessness);Measure out (the wine), the measuring of the wind, — how long?
XI. Hacının bağındaLeyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.
Qasida 61دوش بر گردون رنگی دگر آمیختهاندشب و انجم چو دخان با شرر آمیختهاند
XIKamil müəllim hər axşam zəhmət kommunasında həbsə məhkum edilmiş gənclərə dərs verirdi. Bir axşam da sinfə girəndə Xasayı burada gördü. Kamil müəllim təəccüb etmədi. Çünki o, hər şeydən xəbərdar idi. Odur ki:– Oha... Köhnə dostum, bizim zəhmət kommunamıza xoş gəlmisən, səni çoxdan gözləyirdim – deyə Xasaya yanaşdı.
Söhbətİsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
Üçüncü hissə, 11Əhməd "Zayej"in qabağında təkcə oturmuşdu. Tez-tez tərini silir və zəhlətökən bir səslə cikkildəşən boz sərçələrə baxırdı. Onlar gah divarın daşları arasındakı ovuqlara girir, gah da eyvanın məhəccərinə qonur, gah da bir-birini didə-didə çəpərə doluşurdular. Onların zil səsi adamın beynini deşirdi. Nədənsə Əhməd isti yay günlərində sərçələrin cikkiltisinə qulaq asanda qüssələnirdi. O hamı tərəfindən unudulmuş bir adam kimi yalqızlıq hiss edirdi.Sərçələr hay-küylə havaya qalxdılar. Onların səsi eşidilməz oldu. Əhmədin qulaqları cingildədi. O darıxdı. Ayağa durub xır yoluna boylandı. Uşaqlar onun yanına gəlməli, dünən öyrəndiklərini bu gün təkrar edib yoxlamalı idilər, vaxta az qalırdı. El dağdan qayıdanda Əhməd onları Qoriyə, seminariyaya imtahana aparmalı idi. "Yazıqlar yəqin yenə istinin əlindən özlərini Kürə veriblər, axşama qədər sudan çıxmayacaqlar", – deyə düşündü. Onun da ürəyindən çimmək keçdi. Eyvana getdi. Elə bu vaxt bir şey tappıltı ilə onun qabağına düşdü. Əhməd diksinib geri çəkildi. Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldı və dərhal quyruğu üstə qalxıb fısıldadı. Əhməd onun soyuq üzünü, açıq ağzını, tez-tez çıxardığı qara dilini və qarmaq dişlərini aydınca gördü. O bircə an da geciksə ilan üstünə atılacaqdı. Əhməd ona imkan vermə. Divarın dibindəki yabanı götürüb, başını əzdi. Bir xeyli ilanın qıvrılan quyruğuna baxdı. "Ulduz görməsə ölməyəcək", – deyə düşündü. Yaba ilə götürüb çəpərin üstünə atdı. İlanın qarnının altı parıldadı.
Bu, Məcnunun sidq ilə münacat etdigidir və navəki-duası hədəfi-icabətə yetdigidirBir gecə ki, zülməti-ziyasuzZülfi-şəbi etdi bürqeyi-ruz,
Beşinci pərdəDağ ətəyində bir ova… İki-üç çadır qurulmuş, ikindi çağı, bulutlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar. Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafı süzərək dolaşır.*V a l i
XXVIGecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.
Qasida 114تا شمر چون درع داودی شد از باد شمالگشت چون تخت سلیمان گلبن از حسن و جمال
Aprelin birindəBunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
ZəlzələZəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.
İkinci pərdəSəhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.
Beşinci şəkilMeşədə Şamilin düşərgahı. Axşam çağı... Günəş qürub etmək üzrədir. Dağlılar dağınıq halda oturub silahlarını təmizləyirlər, atlarının yəhərlərini düzəldirlər. Şamil özü görünmür. İki nəfər dağlı Dmitrini sürüyüb gətirir.*Birinci Dağlı**
İkinci məktubHörmətli qardaşım! İqbalınız daimi olsun!Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm: