Works
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
چهره با جمال تو، مایه دهد جمال راغبغب چون هلال تو، بدر کند هلال را
GörmüşəmBu dünyanı ələk-vələk eylədim,Namusu, qeyrəti atan görmüşəm.
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
BayatılarƏzizinəm oy dərdim,Oy dərmanım, oy dərdim.
Balaca mütəfərriqələr 5– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə olub yenə, səsin tamam karvansaranı alıb başına, gözlərin gülüb, üzündən şadlıq tökülür? Mən ki səni həmişə dərd-qəmə aludə görmüşəm... İndiki halətinə səbəb nə, ağam?– Əfəndim, mən bu gün bir neçə xəbərlər eşitmişəm, ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edim. Allah təbarək və taala müxbirə ömri tulanı əta eləsin, hər bir xətadan və bəladan hifz eləsin, inşallah!
G-k hərfləri̇Bəzi səsli və səssiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll ve islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricadə, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əskik, imlamız çox qarışıq, türkcə sərf ve nəhv qaydalarımız ziyadə nizam ve ittirazsız olduğu halda bu qarışıqlığa bir də bezi hərflərin işlenecek, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur.Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylenişlərinə görə bu gün ayrı-ayrı şəkil ve əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülən islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman ve zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini de ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı.
DüşdükMən sizə söyləyim, duran cavanlar,Bu səfərdə əcəb tufana düşdük.
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
CahannaməDəhri fənada belə insan hanı?Qılmaya fani ona dövran hanı?
A dağlar“Xudahafiz” deyək, gəl halallaşaq,Daha ayrılıqdı, köçdü, a dağlar.
UstalarƏrz idim mən sizə bu ustaların yalanın,Nəhyini əzbər ediblər o əziz Mövlanın.
Bir məsləhətYükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir.
Müqəddimə əvəzinəQədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən...Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan
Mən məst idim, ol məstlə axır belə düşdümMən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.
KimdirBizdən salam olsun, o Mirzə canaƏzəl çobanlığın binası kimdir?
GecəGəlibən getməkdən üzüldü halım,İstərəm bu yerdə qalım bu gecə.
QalanmalıyamTaleyim belədir yaranan gündən,Nahaqdan odlara qalanmalıyam.
OlarHər yetən gözələ gözəl demərəm,Gözələ özgə bir əlamət olar.
Yasını gözlərBu dünyada Tanrı kefi çəkən gul,Cəhənnəm narının yasını gözlər,
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdəKönül səbrü qərar etməz, gedər yar olmayan yerdə,Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə.
NecəDavarişlər taladılar,Yaşlı-qoca demədilər.
Doktor İvan Sergeyeviç QuliyevƏn çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
Tapun kim, canların cananəsidürTapun kim, canların cananəsidür,Bu aşiq can anun cana nəsidür?
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi varNecə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
Yol üstündə duran gözəlYol üstündə duran gözəl,Söylə görüm, haralısan?
Çadruyə yüzni, ey şux, diraz qılma məniÇadruyə yüzni, ey şux, diraz qılma məni,Dağıtma kakilinə, biqərar qılma məni.
QayıtdıBir Sona sallandı çıxdı xanadan,Süzdü, oylağına dəydi, qayıtdı.
"Pənc gənc" və yaxud "Xəmsə"Hazırladım mən əvvəlcə “Məxzəni”,Tutmadı zəiflik bu işdə məni.
Dərbənd şairləriMəlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.