Works
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Səxavətsiz dövlət nəyə gərəkdir?Əgər yığsan bu dünyanın sanınca.
Nə yaxşı ki, bahar var...Bağda sarı yarpaqlarıHarayasa daşıyır bir qoca
BilərOyandı sünbüllər, səcər gətdi bar,Orda min bəşər var, yeddi sin bilər.
KəblayılarMen çox adamlar gormüşəm ki, neçe il həsret çəkib və hər il çavuş çarlıyanda ki, “her on ki, azim kərbibəia əst, xoşbaşəd”, göziinün yaşını əbərati-qətrat. Tiflisin may ayınm yağışJan kİmi töküb qəm-qüssə dəryasına cumandan sonra axırda tab gətirməyib var-yoxun töküb bazara, dəyər-dəymezine satıb üz qoyubdu ziyarətə getmeyə və qayıdıb gələndən sonra hər hansmdan da soruşmuşam ki, sizin bu vacibi-səfariniz neçe ay çəkdi və nə qədər yol getdiniz ve buradan ora neçə mənzildİr; ve o düz, səlamət, rahət, əmniyyet yolların və abad, təmiz, pakizə şəhərlərin bir-birlerinden fasiləsi na qədərdir?Cavab veribler ki, Şüçadan beş yatdıq, yetişdik Mərəndə, oradan on bir yatdıq, çatdıq Binabə və oradan, iyirmi iki yatdıq, yetişdik Tikantəpəyə ve oradan SüIeymanİyyə yolu doqquz yatdıq, yetişdik Qəsri-Şirinə və oradan on yeddİ yatdıq, getdik Xanaqqıya və oradan on beş yatdıq, çatdıq Sİrri-Mərrayə və oradan on üçü yatdıq, çatdıq Kazimeyin-əleyhissalavat-vəssalamə.
BənzərPərim, sənin məmələrin,Mən bilmirəm nəyə bənzər?!
Bağbanla söhbət– Bağban qardaş, nə əkirsən? –Yerə qoydu pöhrəni,
NədiBoy-buxun, sir-sifət, cavanlıq səndə,Bulud tək tutulub dolmağın nədi?
Qasida 6آنکه ز شرم لطف او، آتش ناب آب شدگمشده نعل مرکبش، افسر آفتاب شد
IBaşmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi; saleh, salim mö’min allah bəndəsi bir şəxs idi. Bir adam yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi; qara atlas parçası kibi, üzünün iki tərəfini dutub və gicgahlarına getdikcə ucları naziklənib gözəl bir surətlə qulaqlarına yapışırdı. Heç kəs usta Ağabala kibi saqqal saxlaya bilməz idi: xalq həftədə bir dəfə xına qoysa idi, Usta iki-üç dəfə qoyardı. Və nə hikmət var idisə həmişə xınanın üstündən üzünə qoz yaprağı döşəyib birdən neçə saat yerindən tərpənməzdi.Bikar olan vaxtı, görərdin Usta özünə bir neçə də yoldaş tapıb şəhərdən çölə «başmaq» seyrinə gedir. Burada çubuqlar çəkilib keçmişlər yada gətirilirdi, və birdən biri deyirdi: «yadındadırmı, usta Ağabala; bir dəfə bildirçin götürüb getdik xanın yanına döyüşdürməyə? Mənim bildirçinim buraxılan kibi xanınkını qovdu. Rəhmətlik xanın ğəzəbi, dutub mənim bildirçinimin boğazını üzdü və dedi: «dur buradan get, bir də buralara bildirçin zad gətirsən saqqalının tüklərini bir bir yolduraram».
GörünürUzaq-uzaq dağ başındaTala-tala qar görünür.
Bizə gəlsənDostluğun billəm,Sən bizə gəlsən.
Qeyrət eyləGəldi, şura gəldi,El, qeyrət eylə.
Balaca mütəfərriqələr 6Necə ki, ağasın sevən nökər şad olur ağası şad olanda və qəmgin olur ağasına bədbəxtlik üz verəndə, elə də qulami-millət Dərviş üçün toy-bayram olur milləti insaniyyət yolunda tərəqqi edəndə. Necə şad olmasın Dərviş?.. Pəh, pəh, pəh! Fəda olum sizə, ey sahibi-kəramət, səxavəti-millətpərəst ağalarım Məşədi Hacağa, Kərbəlayı Nemətqulu, Ağa Rəcəbəli, Kərbəlayı Şeyx Qulu və qeyriləri! Fikriniz dürüstdür, ağalarım: şüurlu oğul neylər ata malını, bişüur neylər... Dövlətimiz çox çoxdur, kifayətdir övladbəövlad. Allah daha artıq etsin! Yəqin bilin, ağalarım, siz rəhmət edəndən sonra adınız itməyib baqi qalacaq və həmişə sizə rəhmət oxunacaq, ələlxüsus indi duaçı, sonra rəhmət oxuyanlar siz bina etdiyiniz məktəbxananın şagirdləri olacaq və necə olmasınlar, küçələrdə axırı puç bisərüpa qalan uşaqlar elm oxuyub gələcəkdə adam olacaqlar. Dərviş ölənədək sizə duaçı. Təbrik edər bu gözəl, illər ilə gözlənən nicatxananı. Mübarəkdir! Ancaq qurban sizə, ağalar, bir azca tezcə olsun, çünki indi fəsli-bahardır. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı Dərviş öz sinəsindən icad edib?Xudaya pərvərdigara, bu xəbər yalan isə də doğru olsun, yoxsa qulami-millətin işi lap zayedir.
G-k hərfləri̇Bəzi səsli və səssiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll ve islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricadə, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əskik, imlamız çox qarışıq, türkcə sərf ve nəhv qaydalarımız ziyadə nizam ve ittirazsız olduğu halda bu qarışıqlığa bir də bezi hərflərin işlenecek, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur.Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylenişlərinə görə bu gün ayrı-ayrı şəkil ve əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülən islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman ve zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini de ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı.
PəriQaşlarının tağınıBənzətdim kamana, Pəri!
GəlsinQarabağdan dov eləyib gəlirəm,Məndən dovtələbi varsa, de gəlsin,
Yoxdu, yoxAğa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.
Allah, ölümün haqdıBu nə dərddi, nə bəladı,Imdada çat, qadir Allah!
Zərafətim varQurban olum sənə, vəfalı dilbər,Əfv elə, təqsirim, xəcalətim var,
Müsəlmanlarda teatroİslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar.Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi.
BilmədimBəndəni əfv eyləyə millət gərək,Məbədə-meyxanə dedim, bilmədim,
Qəzəl: Əldən gedirəm sərvi-xuramanını görcəkƏldən gedirəm sərvi-xuramanını görcəkDildən düşərəm qönçeyi-xəndanını görcək
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
OlsunQız alanda gözlərini açgilən,Üzü şirin, rəngində də qan olsun.
Dürüst dər məniEy şahi zülfüqar, Düldüləsüvar,Səndədir dərdimin dürüst-dərməni.
ÇatmadımSevda məni çətin yola çağırdı,Dərələri aşdım yara çatmadım.
KağızGəl səni göndərim Şəvşət elinə,Qəryeyi-Qüçendə əylən qal, kağız.
Ey hymdəmim, səni qanə qərq elərEy həmdəmim, səni qanə qərq elər,Gəl tərpətmə yaralanmış könlümü.
On dördüncü şəkilSəhnə od-alov saçan döyüş cəbhəsinə çevrilir. İşıq gah vuruş meydanında qəzəblə atışan cavan Hüseynqulu xanı, gah düşmən cəbhəsində topun arxasında dayanmış Sisyanovu, gah da gizli yolla rus əsgərlərinə bələdçilik eləyən Vanyanı işıqlandırır.*Səltənət bəyim Hüseynqulu xanı axtarır.*
Şu kafər çeşmi gördüm İstefadəŞu kafər çeşmi gördüm İstefadə,Ülumi andan etdim istifadə.