Кишвери: О любви
Gəl axı, ey mənim cismi-zəifim içrə sən canım,Vücudum zərreyi-sərgəştə sən xurşidi-tabanım.
Ol mənəm kim, ölmüşəm hicrindən, ey simin bədənOl mənəm kim, ölmüşəm hicrindən, ey simin bədənGər dilərlər nagəhan ölmüş ğərib içün kəfən.
Gəlgil axır, ey mənim canü cəhanım xandasanGəlgil axır, ey mənim canü cəhanım xandasan,Yüzi güldəstə, boyu sərvi-rəvanım, xandasan.
Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Həm ol əvla ki, mən bu şəhrdən avarə bolğaymən.
Səndən ötrü qalmışam ayru diyarü yardənSəndən ötrü qalmışam ayru diyarü yardən,Canidin məhrum mən növmid həm dildardən.
Deməzəm kim, yardən könlümğə azar olmasunDeməzəm kim, yardən könlümğə azar olmasun,Raziyəm azardən, azar-bizar olmasun.
Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindənKönül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən,Ana səbrü xirəd yuməz, gedəlim bari şəhrindən.
Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsunRəqib bir gecə kim, yanında sahib ixtiyar olsun,Nə dərdim var mənim andan, mana tək yar yar olsun.
Məlamət daşı başımğa nə kim, gəlsə yəğaydurmənMəlamət daşı başımğa nə kim, gəlsə yəğaydurmən,Şəhidi-eşq içrə kuyində bir türbət yasaydurmən.
Mə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsünMə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsün,Bitməz çü səngi-xarədən gülbərgi-baran neyləsün.
Boyun sərvü gözün nərgis, xətin səbzü yüzün gülgünBoyun sərvü gözün nərgis, xətin səbzü yüzün gülgün,Səni bir rövzeyi-cənnət yar etmiş qadir neçün.
Açdı yüzidən bürqə’ ol şol ey mana qarşuAçdı yüzidən bürqə’ ol şol ey mana qarşu,Mehrab qaşı darüş-şəfa, gözləri sayru.
Pərişan ruzigarəm bir pərivəş yardan ayruPərişan ruzigarəm bir pərivəş yardan ayru,Günümm dün tək qaradur, bir məhi-rüxsardan ayru.
Ta ki, boldum aşiina bu arizi güllər biləTa ki, boldum aşiina bu arizi güllər bilə,Naləvü əfğandur işim zari-bülbüllər bilə.
Ğəribliğ ixtiyar etməz kimin kim, yari yar olsaĞəribliğ ixtiyar etməz kimin kim, yari yar olsa,Dirilməz yarsiz bir dəm kişi gər ixtiyar olsa.
Rəqibi hər xaçan könlüm görər ol mah ilən beyləRəqibi hər xaçan könlüm görər ol mah ilən beylə,Çəkər bir ah kim, canım çıxar ol ah ilən beylə.
Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenəDilbəra, saçın yilan tək qəsdi-can eylər yenə,Gərdirdi mə’cəri başında qan eylər yenə.
Ey qara saçın sənün zəncir Məcnun könlüməEy qara saçın sənün zəncir Məcnun könlümə,Yoxdur andan hiç tədbir Məcnun könlümə.
Bəsi ənduhi ğəm çəkdün dila, dildarı tapıncaBəsi ənduhi ğəm çəkdün dila, dildarı tapınca,Olub ayru-nun-fəraqından anun didarı tapınca.
Ey səba, qıl bir güzər ol bivəfa sarisinəEy səba, qıl bir güzər ol bivəfa sarisinə,Ərzə qıl miskinligim yoldaşların varisinə.
Nə təravətdür ki, həq vermiş güli-rüxsarinəNə təravətdür ki, həq vermiş güli-rüxsarinəKim, verür yüz abrü baği-cinan gülzarinə.
Köksümi qalxan qılıb mən oxlarun qarşusinəKöksümi qalxan qılıb mən oxlarun qarşusinə,Gər inanmırsan bir ox atgil mana qarşu sına.
Can birlə sana yar olubəm, yari unutmaCan birlə sana yar olubəm, yari unutma,Yox bolsa vəfan, yari-vəfadari unutma.
Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstəSəni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.