Советские
Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi və gözlənilmədən yana burulub təpədəki qəbristanlığa doğru döndü. Qədim qəbir daşlarının başına dolandı, burulğan kimi fırlanıb qurumuş otları, boz kətyən kollarını, keçən ildən qalmış çör-çöpü süpürdü, qabağına qatıb təpədən aşağı tökdü. Elə bil son bahar nəfəsi ilə cana gəlib cücərən qəbristanlığa süpürgə çəkdilər, hər yer tərtəmiz oldu. Azacıq sonra isə göyün üzünü seyrək, qara bulud bürüdü. Hara isə tələsən bu duman kəndin bərabərində aşağı çökdü, ətəyini sallayıb torpağı yaladı, onun soyuq nəfəsi qəbristanlığa qədər gəlib çıxdı. İri yağış damcıladı. Qəbirlərin torpağı xal-xal oldu.Əşrəf ayağa durdu. Dizini çırpıb köksünü ötürdü. Boyun-boyuna verən dərin bir hüzn içində mürgüləyən qəbir daşlarına xeyli baxdı. Təpənin lap yuxarısında az qala iki adam boyu ucalığında olan çəhrayı rəngli başdaşının üstünü mamır basmışdı. Otların naxışları, yazıları güclə seçilirdi. Köhnə, batıq qəbirlər torpağın altında qalmışdı. Yanlarında tüfəng, xəncər, at çəkilmiş başdaşılarının bəzisi böyrü üstə əyilmişdi. İzi tamam itən qəbirlər də var idi.
İstəkli nəvəm ÜlkərəBir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.
Səba yeli«Nə yanar kimsə mənə atəşi-dildən özgə*Nə açar kimsə qapım badi-səbadan qeyri».*
Ötən günlərDörd yanım dənizdir,gömgöy!
Bir anlıq səadətQar yağır lopa-lopa.Pəncərədən baxıram.
Bəlkə dəM.Rəfiliyə*Onunla həmmərəz idik biz,
Ərk qalasıTəbriz – gözəl şəhər!*Vuruşdular:
Söyüdlü arxMən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.
Elə gəlsinDərdlərimi dağlara qoy deyim, dilə gəlsin,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.
QocalıqHər gün səhər o, aynanın qabağında dayanardı,Surətinə, camalına baxıb bir də inanardı:
Nə tez unutdun məni...(Nəğmə)*Yadındamı, gözəl yar,
Əsl şairMədinə Gülgünə*Sənin arzuların, hissin, ilhamın
TələsməRamiz Mirişli bəstələmişdir*Dedim mən, sevirəm, dedi sevginən,
Sənin saçlarınƏli Tudəyə*Saçların ağarır, seyr edirəm mən,
Kəndimizin gözəliDurdu,Əl-üzünü yudu o, şehlə,
Xərclədim gəncliyi qara pul kimiXərclədim gəncliyi qara pul kimiYerini bilmədən, əsirgəmədən.
Mənim musiqim“Leyli və Məcnun” operasının*tamaşaya qoyulmasının*
BakıUzaq elli əziz dostum soruşdu:– Sizin Bakı söylə, necə şəhərdir?
Yollar eniş-yoxuşluYollar eniş-yoxuşlu,Ömür gödəkdir – dedim.
BuludlarNə sərhəd bilirsiniz,Nə qış, nə yay, buludlar!
DənizSən o qədər genişsən ki,Yerləşər bir cahan sənə.
Mənim xalamXalam Rübabəyə*Xalamgilin həyətində bircə ağac var,
Göyçay narıPayızın nəfəsi bağlara dəyəndə,Çəmənlər öz sarı donunu geyəndə,
Muğamı dinləyirəmÜrəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.