Məhşərlə tamam olmalıdır

Kişinin ağzı bütöv, söhbəti tam olmalıdır,Kişinin bir sözünə, nakişi ram olmalıdır.

Баба Пюнхан19971 мин
Əşara görəydi

Davam-dalaşım evdə bu ruzgara görəydi,Pal-paltara, həm də bu uşaqlara görəydi.

Баба Пюнхан19971 мин
«Hoş»a düzdürmüşəm

Başqanı başdan-başa düzdürmüşəm,Sanki qaranı aşa düzdürmüşəm.

Баба Пюнхан19991 мин
Qeyd edir çiynimdəki

Mən həvadan yazmıram, haqqdan gəlir beynimdəki,Ağ varaqlar üstə sonra həkk olur zeynimdəki.

Баба Пюнхан19971 мин
Lülə fırlatdılar

Milləti mildən milə fırlatdılar,Zilləti bəmdən zilə fırlatdılar.

Баба Пюнхан19971 мин
Sahil qara gündə

Ay örtdü günü, qaldı günüm bil, qara gündəGün qarə olan ildə olar il qara gündə.

Баба Пюнхан19991 мин
Xalis duzdu ki...

Hər nə ki, qəlbindədir, ruyində bu biruzdu ki,Üz gözündən bəllidir xain ürək bumbuzdu ki.

Баба Пюнхан19991 мин
Süftəformuş sən demə

Ölkəmin çox məmuru rüşvətdə zormuş, sən demə,Bir yerə yığsan böyük rüşvətli xormuş sən demə.

Баба Пюнхан19991 мин
Xəlçə-palaz üstə gəlir

Yetişir dövrü-zühur, haqq taraz üstə gəlir,Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.

Баба Пюнхан19971 мин
Sınacaq çanaq başında

Yenə dərd içində Pünhan oturub varaq başında,Döşəyir acı həqiqət sınacaq çanaq başında.

Баба Пюнхан19991 мин
Fantan onun fantanıdır

Malu dövlət kimdədir, dövran onun dövranıdır,«Əmr onun əmridürür, fərman onun fərmanıdır».

Баба Пюнхан19991 мин
Sənə sənsizmi deyim?

Sənə mən siz deyərəmsə, özümə bizmi deyim,O böyük tanrıya sən, bəndəsinə sizmi deyim?

Баба Пюнхан19991 мин
Bu dərd ilə məşhurdur

Guş qıl dövrün səsi, ey dil, sədayi-Surdur,Çünki dünyanın işi bir həlli yox düsturdur.

Баба Пюнхан19971 мин
Vətənimdir

(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.

Баба Пюнхан4 мин
Ümumi dövlət olsun

Qoy olsun, olsun, olsun, şan ilə şöhrət olsun,«Cip»imdə madmazellər, cibimdə rüşvət olsun.

Баба Пюнхан19991 мин
Köçəryanın yuxusu

Son zamanlar ermənilərlə bağlı yuxular görməyə başlamışam. Hərdən eləsin görürəm ki, vallah yazmağa da, danışmağa da qorxuram. Deyirəm, Allah eləməmiş, səlahiyyətli bir adamın beyninə düşər ki, verin bunu məhkəməyə, yuxusunda erməni görür. Amma açığını deyim ki, birinci yuxumu qəzetdə yazanda məni heç tutub eləmədilər. Sonra öz-özümə fikirləşdim ki, əşşi, yuxuya görə adam tuturlar?Yuxuda görmüşdüm ki, Qarabağ əvvəlki kimi yenə bizdədir. Və yenə erməni-müsəlman qardaşcasına bir yerdə yaşayır. Amma Qarabağın ayrı-ayrı rayonlarına hələ icra hakimi təyin olunmayıb. O yerlərə adam tapmağı guya tapşırıblar mənə və qarşıma belə bir şərt də qoyublar ki, əmin-amanlığın qorunması naminə həmin adamlar yarı erməni, yarı azərbaycanlı olmalıdır. Mən də radio vasitəsilə belə bir elan verirəm ki, hansı azərbaycanlıda erməni qanı varsa, səhər saat 10-da gəlsin filan binanın qabağına, amma ürəyimdə fikirləşirəm ki, axı bu nə işdir, tapşırdılar mənə. Bakıda belə adam yoxdur axı?! Təmiz ermənilərin olduğunu bilirdim. Onu televizorda dəfələrlə eşitmişdim. Amma qarışıq... nə bilim. Səhər saat 10-da dediyim yerə gələndə gördüm burada o qədər adam var ki, gəl görəsən. Adamları aralaya-aralya elə birinci mərtəbənin eyvanına çıxıb, tribuna əvəzi ordan danışmağa bşladım. Dedim, ay camaat, doğurdanmı siz hamınız o mən deyənnəsiz? Yerlərdən qışqırdılar ki, bəli, bəli. Lap elə sən deyənnənik, heç ora-burası yoxdur. Hərə cibindən bir sənəd çıxarıb başı üstündə yelləməyə başladı. Biri dedi, atam ermənidir, o biri dedi xalis erməniyəm. Özü də hamısı samballı yerlərdə işləyən adamlar idi. Dedim yəqin bunlar məni ələ salırlar. Başladım bir-bir sənədlərini yoxlamağa. Gördüm düzdür. Amma inanmadım. Dedim sənədləriniz saxtadır. Vəzifə xatirinə düzəltdirmisiniz hamınız, yalançısınız. Gördüm izdiham yavaş-yavaş yeriyir üstümə. Aradan çıxmaq istədim, alınmadı. Tutub məni o qədər döüdülər ki, ayılanda gördüm çarpayıda yox, yerdəyəm. Başım da partdaq-partdaqdır. O gündən sonra yenə ermənilərlə bağlı bir neçə yuxu gördüm. Amma sırağagün gördüyüm yuxunun qəribliyi indiyəcən məni öz təsirindən saxlaıb. Dedim qoy qəzetə yazım ki, bəlkə bir yozan tapıldı.

Баба Пюнхан5 мин
Yalan çeyniyə-çeyniyə

Yalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.

Баба Пюнхан20001 мин
Müstəqil olmuşlarıq

Kim nə çalsa çırtma vurmaqçün təbil olmuşlarıq,Sivri dırnaqlar içində müstəqil olmuşlarıq.

Баба Пюнхан20001 мин
Bilmədim sən bilmisən

Mən sənə biganə qaldım, bilmədim sən bilmisən,Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.

Баба Пюнхан20001 мин
Dialoq nədir

– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.

Баба Пюнхан1 мин
Bu vəhabi lənətulla

İmama qoyub qadağa, bu vəhabi lənətulla,Vahaba gedir sadağa, bu vəhabi lənətulla.

Баба Пюнхан20011 мин
Şalvarımız evdə qalıb

Bizi çox dərinə çəkmə, arımız evdə qalıb,Üzümüz sürtülüb, həm astarımız evdə qalıb.

Баба Пюнхан20011 мин
Haqq əhli bilet almadı

Səs düşsə də aləmlərə qandallarımızdan,Bir kimsə xəbər tutmadı əhvallarımızdan.

Баба Пюнхан20021 мин
Boynuna böhtan ataq

İş vuraq, dinc durmayaq, iş vurmaq üçün can ataq,Xəlqə kim imdad edirsə biz ona hədyan ataq.

Баба Пюнхан20021 мин
Bakının dərdi var

Yorğundur, yatmayır haçandan Bakı,Doyub yad ellidən, qaçqından Bakı.

Баба Пюнхан20011 мин
Saqqalı məxmər kimidir

Nə qədər ki, bizə korrupsiya rəhbər kimidir,Qarabağ söhbəti dəryadakı ləngər kimidir.

Баба Пюнхан20011 мин
Pünhanı şişirdirlər

Böhtanlara qatmaqçün, nöqsanı şişirdirlər,Zindanlara atmaqçün, böhtanı şişirdirlər.

Баба Пюнхан20021 мин
Qanlı bir səhradı bu

Göz yaşım leysan olub səhrada bir dəryadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Баба Пюнхан19982 мин
Oruc tutmuşam

Bir gözələ baxmaram, gözdən oruc tutmuşam,Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.

Баба Пюнхан19971 мин
Qalacaq izim, Əzizim!

Qarışıb bu məmləkətdə, yalanım düzüm, Əzizim,Utanır üzüm deməkdən, Qarabağ bizim, Əzizim,

Баба Пюнхан19991 мин