Eşq
Ey könül, hicran qəmindən bir əlamət qalmamış,Şad ol, artıq köhnə qəm-qüssə, məlamət qalmamış.
Qəzəl 67Məcnunla mənim dərdimin əfsanəsi birdir,Söz ayrısa da, aşiqi-divanəsi birdir.
Qəzəl 68Həmişə feyzi-bəqadır bu zövqi-cam mənə,Qalan bu ömrüm olur nəşeyi-müdam mənə.
Qəzəl 69Sərvdə qəddin qədər yoxdur gözəllik, ey pəri,Leyk o sabit dayanmış, sən gəzərsən hər yeri.
Qəzəl 70Məhi-dəllakim olub ayineyi-əhli-nəzər,Seyd edir ayinə tək hər kəs ona baxsa əgər.
Qəzəl 71Günəş çox torpağa düşdü ki, nur alsın yanağından,Nəsibi olmadı öpsün sənin tozlu ayağından.
Qəzəl 72Bağban, yarın boyu xoşdur mənə şümşaddan,Tərbiyət almaq fəqət mümkündür istedaddan.
Qəzəl 73Oxlarından həlqə-həlqə oldu zəncir tək tənim,Aşiqi-divanəyəm, eşqindi zəncirim mənim.
Qəzəl 74Hicran günündə hali-dili-zar olar çətin,Gər bilməsə bu halımı dildar olar çətin.
Qəzəl 75Qəmli axşamlarının yoxmu, ayüzlüm, səhəri?Qəmdən öldüm, hanı bəs mehrü məhəbbət əsəri?
Qəzəl 77Halım hər an sənin eşqində digərgun olmuş,Şərh edim halımı, bir gör necə məhzun olmuş.
Qəzəl 78Bağlayıb qəlbimi geysuyi-xəmi-pürşikənin,Qalacaqdır, məni öldürsən, adın qanlı sənin.
Qəzəl 79Səndən, gözəl, yaxşılıq şivəsini bilən büt yoxdur,Elə bir pəriüzlü ki, məni sənin əlindən qurtara yoxdur.
Qəzəl 81Məh cəmalində niqabi olmasa gər, qəm deyil,Şöləyi-rüxsari çünki örtüyündən kəm deyil.
Qəzəl 82Xətin ki, gül üzünü mişk ilə niqabə salar,Bütün gözəlləri bir dəmdə inqilabə salar.
Qəzəl 84Güldən almış ziynəti ol türfə dəstarın sənin,Hər yana saçmış qığılcım odlu rüxsarın sənin.
Qəzəl 85Sevmək sənəmləri, sınadım, bir bəla imiş,Aşiq olan həmişə qəmə mübtəla imiş.
Qəzəl 86Qoy bu gülşəndə mənə gül üzlülər yar olmasın,Çünki bir gül yoxdur ətrafında yüz xar olmasın.
Qəzəl 87Sanma kim, könlüm pərilər kaminə yetmək dilər,Kamə çatmaq arzusu aşiqləri risva edər.
Qəzəl 88Vüsalın zövqünə kölgən sənin hər ləhzə mayildir,Nə fayda, bu səadətdən özü biçarə qafildir.
Qəzəl 89Könül xaki-rəhinlə birləşib, kuyin məkan etmiş,Iki üftadəni bu hal necə gör mehriban etmiş.
Qəzəl 90Yenə də qapının torpağı havası başıma düşübdür,Hər nə varsa onda, mənə bu hava düşübdür.
Qəzəl 91Bizə hədsiz cəfalər gördü məhrulər rəva hər dəm,Ömür yoldaşı olduq onlara, gördük cəfa hər dəm.
Qəzəl 92Lalə qəlbin yaxıb eşqin, onu sevdaya salıb,Əridib şəmi məhəbbət odu, qovğayə salıb.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.