Dördüncü hissə, 16

Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi və gözlənilmədən yana burulub təpədəki qəbristanlığa doğru döndü. Qədim qəbir daşlarının başına dolandı, burulğan kimi fırlanıb qurumuş otları, boz kətyən kollarını, keçən ildən qalmış çör-çöpü süpürdü, qabağına qatıb təpədən aşağı tökdü. Elə bil son bahar nəfəsi ilə cana gəlib cücərən qəbristanlığa süpürgə çəkdilər, hər yer tərtəmiz oldu. Azacıq sonra isə göyün üzünü seyrək, qara bulud bürüdü. Hara isə tələsən bu duman kəndin bərabərində aşağı çökdü, ətəyini sallayıb torpağı yaladı, onun soyuq nəfəsi qəbristanlığa qədər gəlib çıxdı. İri yağış damcıladı. Qəbirlərin torpağı xal-xal oldu.Əşrəf ayağa durdu. Dizini çırpıb köksünü ötürdü. Boyun-boyuna verən dərin bir hüzn içində mürgüləyən qəbir daşlarına xeyli baxdı. Təpənin lap yuxarısında az qala iki adam boyu ucalığında olan çəhrayı rəngli başdaşının üstünü mamır basmışdı. Otların naxışları, yazıları güclə seçilirdi. Köhnə, batıq qəbirlər torpağın altında qalmışdı. Yanlarında tüfəng, xəncər, at çəkilmiş başdaşılarının bəzisi böyrü üstə əyilmişdi. İzi tamam itən qəbirlər də var idi.

İsmayıl Şıxlı19577 dəq
İstəkli nəvəm Ülkərə

Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.

Abdulla Şaiq19581 dəq
Səba yeli

«Nə yanar kimsə mənə atəşi-dildən özgə*Nə açar kimsə qapım badi-səbadan qeyri».*

Məmməd Araz19583 dəq
Ötən günlər

Dörd yanım dənizdir,gömgöy!

Rəsul Rza19581 dəq
Bir anlıq səadət

Qar yağır lopa-lopa.Pəncərədən baxıram.

Rəsul Rza19581 dəq
Bəlkə də

M.Rəfiliyə*Onunla həmmərəz idik biz,

Rəsul Rza19581 dəq
Ərk qalası

Təbriz – gözəl şəhər!*Vuruşdular:

Rəsul Rza19581 dəq
Söyüdlü arx

Mən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.

İlyas Əfəndiyev19584 saat 10 dəq
Elə gəlsin

Dərdlərimi dağlara qoy deyim, dilə gəlsin,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.

Həkimə Billuri19581 dəq
Qocalıq

Hər gün səhər o, aynanın qabağında dayanardı,Surətinə, camalına baxıb bir də inanardı:

Həkimə Billuri19581 dəq
Nə tez unutdun məni...

(Nəğmə)*Yadındamı, gözəl yar,

Həkimə Billuri19581 dəq
Əsl şair

Mədinə Gülgünə*Sənin arzuların, hissin, ilhamın

Balaş Azəroğlu19581 dəq
Tələsmə

Ramiz Mirişli bəstələmişdir*Dedim mən, sevirəm, dedi sevginən,

Nəriman Həsənzadə19581 dəq
Sənin saçların

Əli Tudəyə*Saçların ağarır, seyr edirəm mən,

Əliağa Kürçaylı19582 dəq
Kəndimizin gözəli

Durdu,Əl-üzünü yudu o, şehlə,

Əliağa Kürçaylı19582 dəq
Xərclədim gəncliyi qara pul kimi

Xərclədim gəncliyi qara pul kimiYerini bilmədən, əsirgəmədən.

Əliağa Kürçaylı19581 dəq
Mənim musiqim

“Leyli və Məcnun” operasının*tamaşaya qoyulmasının*

Əliağa Kürçaylı19582 dəq
Bakı

Uzaq elli əziz dostum soruşdu:– Sizin Bakı söylə, necə şəhərdir?

Əliağa Kürçaylı19581 dəq
Yollar eniş-yoxuşlu

Yollar eniş-yoxuşlu,Ömür gödəkdir – dedim.

Əliağa Kürçaylı19581 dəq
Buludlar

Nə sərhəd bilirsiniz,Nə qış, nə yay, buludlar!

Əliağa Kürçaylı19581 dəq
Dəniz

Sən o qədər genişsən ki,Yerləşər bir cahan sənə.

Əliağa Kürçaylı19581 dəq
Mənim xalam

Xalam Rübabəyə*Xalamgilin həyətində bircə ağac var,

Qabil19582 dəq
Göyçay narı

Payızın nəfəsi bağlara dəyəndə,Çəmənlər öz sarı donunu geyəndə,

Qabil19582 dəq
Muğamı dinləyirəm

Ürəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.

Əli Kərim19582 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.