Dördlüklər

Dərindir kamalın dəryası dərin,Onun dalğasında kükrəyən xəyal.

Həkimə Billuri10 dəq
Amandı dur məzardan

Beş-altı yüz nəfər dələ alır kilünki çün ələ, salır cəhanə vəlvələ və şurişü qiyaməti, səbahü əsrü vəzzüha, yıxalla qəsri-şürbəha, tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, ölürux daha! Başuva yığ əcamiri, xüsus Əmir Bəhadiri, belinə bağla qəddərə və rakib eylə əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa, əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni geyiblə kəfşi-rovqəni, genişləyirlə kuçəni; deyəndə: ey sitəmşüar, nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cəmaəti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyu-zülmənən, şütur bərayi mərdü zən və əsbü filü gərgədən, məgər o üştərizəmin, o piri-zuri-pərvərin və əsbi-mah peykərin, maşından azdı sürəti? Baxın bu qövli-əbtərə, nə rəhm edəllə dülgərə, nə dəlləyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənvərə, bu qövmün ehtiramı yox şəriəti peyəmbərə; nə həq tanır və nə Əli, nə Cəfəri, nə dini var, nə bığı var, nə səqqəli. Gəlibdi fəleyi-Güney, misali muri-biədən, çıxalla damə nagəhan, deyəllə: ya Əli mədəd! Verəllə səs-səsə hamı, yıxalla şəst ilə damı, gedəllə cümə axşamı içəllə zəhrimari mey, vuralla dəf, çalılla ney, deyəllə: Ay daley-daley! Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyrətüz, qalıbdı kətdə külfətüz, nə aşı var, nə də əti! Deyin o əhli Təbrizə, maşın gərək deyil bizə, gəlin, gəlin, çökün dizə, qulaq verin bir həmdüzə, fərasət örgədək sizə. Qələtdi həmdü surəmiz, gərək onu ravanlayax, üsuli-dini anlayax, firui-dini həmçinin. Niyə boş əyləşək ki, biz xərab edək vilayəti? Vuranda gürzünü yerə, Nəkirü-Münkər, ey Əmu, qoyunlar ürkər, ey əmu! Sual edə nəmazdən, xudayi-baniyazdən, şəhənşəhi-hicazdan, nə farsicə bilər: "Birov", nə türkücə "Xnov-minov", nə kürdücə "Həsov-məsov", nə rusicə "Netov-metov", fəqət bilər ərəbcə o, cavab alar ərəbcə o. Bə izzəti, bə şövkəti behişti xəlq edib xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli, ki, yəni çox kəbir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqələ və rəngi misli qır ola və ayinə ala ələ, baxa bığın qabağına, məbadiya ki, meyil edə beş-altı tük dodağına, o tükləri təmizləyə, ola adam balası, ta gedə ala qucağına, o huriyani-cənnəti.Mələk dolanmaz o evə, ki orda əskinas ola, zikur ola, ünas ola! Və huşu ya təhur ola, vəlov ki, əksi-nur ola, şəkil çəkən məlahidə, gərək o əksə can verə, xuda sizə cəza günü xudalığın nişan verə. Bir iş görün əlahidə, o işdə yoxdu faidə, bu iş həramidür bəli, qəsəm bu saçü səqqələ, miadə etiqad edin. Kişi gərək əzan verə ki, ta xuda əvəz ona behişti-cavidan verə. Nəinki eylə iş görə--ilan vura, çayan vura, mələk ona əzab edə və ətlərin kəbab edə, cəhənnəmin hərarətli, belə müqərrər eyləyib xuda, həmişətar ola gecə, çü zülfi yar ola gecə, günüz yana çiraqi mehr, işıq sala vilayətə, ziraətə, sən istisən günüz kimi ola ləyal qasiqə, əmoğlu sən nəkarəsən, məgər rəqabət eylisən, belə ibadət eylisən xudayi-girdigarə sən, şərikisən bu xaliqə, xudayi-nuru zülmətə, çiraqi-bərqi xoş gəlib, nə qədri var imarətə, cəmaətə, onun pulun verin ata, minin, gedin ziyarətə. Uşaq, fənarı yandırın, çiraqi-bərqi söndürün, misali-səng sındırın, bə öhdəyi-mən əstü mən, vəlov beş-altı yüz tümən olur onun xəsarəti, bu işlərin təmaməti çıxar o ruzinamədən, fizundu ol cavanların, o ruzinaməxanların şərarəti Qutamədən, olar bətərdi kəbrdən, əşəddidür həcirdən, əya güruhi-gülbədən, həzir edən cəridədən, salar sizi zəlalətə. Üzütəra qiyamətə gələr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayın onu, yalandı cümlə mətləbi, həram edib onu nəbi, vəli ona baxanların nə dini var, nə məzhəbi, nə izzəti, nə isməti, nə üffəti, geyir qulaqlı köynəyi, vurur fokullara boyaq, o bəngxor, o tiryaki, olar cəridə bir taya, oxur səbahü şam onu. O xeyrəsər, o bihəya, əya sülaleyi-zina, xuda edib həram onu, oxuma vəssəlam onu. Təlavət eylə, məshəfi, təbarəkə-mübarəki, xüsusən o bəraəti ki, çoxdu xovfü həşəti, fəsahəti, bəlaqəti. Deyəndə bu sözü ona, deyir: Bəli, səhihdir, deyəllə çox fəsihdir, onu bilən fəqihdir. Qızı olanda bir zaman, deyir qulağına əzan, adın qoyur Tükəzziban, böyür çün o kiçik bala, olur Tükəzziban xala; onun da olsa bir qızı adın qoyar Hüvəlləzi. Çaxır səpəllə üstümə, saman təpəllə nustuma, xuda nəkərdə, gər deyəm: Nəçün bu düxtəri-əcəm, xudayi-beytü vəlhərəm, həlal edib həcaməti, həram edib kitabəti? Deyin cənabi Möcüzə: əya qəribi-elmü fən, qolun-qıçın uzatmısan o həfreyi-məzaridə; mənim sözümə ver qulaq, qiyamət oldu, dur görax! Çıx ol xərabəzardən, o təngəna hesardən, düşüb cəhanə vəlvələ, edir zəmin zəlzələ, ayıl, təbəddilatə bax, eşikdəki həyatə bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sən hələ. Baxır sənə, gülür cahan, fələk, mələk, zəmin, zaman və xəlq hər kənardən, aman, aman, aman, aman, əmoğlu dur məzardən, bir az tumarla saqqalun və sil sərü uzaridən xəlü bu cəhlü qəfləti….

Mirzə Əli Möcüz6 dəq
Şair haqqında düşüncələr

Bəzisi düşünür: – Şairə nə var,Sözdür, qafiyədir tapıb düzəldir.

Tofiq Bayram19626 dəq
Aşıq Valehlə Zərnigarın deyişməsi

Birinci deyişmə**Aşıq Valeh

Aşıq Valeh9 dəq
Gicginə

I**Mən Krımın sahilini

Almas İldırım8 dəq
Yanar dağ

həmin yer Bakının Digah və Məhəmmədi kəndlərinin arasındadır*(lirik poema)*

Qabil197611 dəq
Nərgiz

Nərgiz, uzun saçlı gözəl bir sona,Bir gün dedi anasına: – Ay ana,

Həbib Sahir6 dəq
Qiymət

Tələbələrimə*1

Bəxtiyar Vahabzadə197015 dəq
Ərəbcə şeir 4

یا المی منک الیک الفرارفی الم الحب بک الاصطبار

Şəms Məğribi12 dəq
Müsibətnamə

Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,

Molla Vəli Vidadi8 dəq
İnsan səviyyəsi

(poema-düşüncələr)*Salam, Kainat!

Fikrət Qoca13 dəq
Qəzəb

Nə zamandır,Gör haçandır

Əliağa Kürçaylı196810 dəq
Tərcibənd 2

ای شوق تو رهنمای دل‌هادردت همه جا دوای دل‌ها

Məczub Təbrizi9 dəq
Müxtəlif parçalar

Tutdum orucu irəmazanda,Qaldı iki gözlərim qazanda,

Mirzə Ələkbər Sabir7 dəq
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanın

Eşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,

Ağa Məsih Şirvani12 dəq
O mənə danışdı ki

Kurortdayıq. Bağdayıq,Oturub dincəlirik.

Əli Kərim14 dəq
Qasım bəy Zakirə

Zakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat

Baba bəy Şakir8 dəq
Mirzə Şəfi Vazehi oxuyarkən

1. Giriş**Salam, Mirzə Şəfi, salam ey ustad!

Zeynal Xəlil197114 dəq
Qanadlar

Anama*Bir körpəydim –

Rəsul Rza19366 dəq
Üç dostluq

Mənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,

Əliqulu Qəmküsar8 dəq
Fəxrəddinli ucalığım

(Elegiya)*Yaman çılğın, yaman da sərt

Qasım Qasımzadə8 dəq
Məktubun intizarında

Məhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,

Mirzə Şəfi VazehMəsnəvi7 dəq
Molla Məhəmməd Səfili və dəyirmançi İbrahimin dastani

Aşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı dəyirmançı vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzarlığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir:Səfili:**

Molla Məhəmməd Səfili6 dəq
iştə bir divanədən bir xatirə

“Sən nəsin? Kimsin?” deyən ariflərə*Arqadaşlar! Sormayın, hiç sormayın!

Hüseyn Cavid14 dəq
Şair, Şeir pərisi və Şəhərli

Səfalı bir mayıs axşamı... Günəşin qürubundan bir az sonra saf, laci-vərdi asimana ucalan qürsi-qəmərin əşieyi-simini sakin və müəttər bir

Abbas Səhhət191611 dəq
İttiham poeması…

ISizdən soruşuram, sizdən,

Cabir Novruz199013 dəq
Bizi məyus edən dəhrdə məyus olsun

Düşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.

Məmo bəy Məmai6 dəq
Həyatımdan səhifələr

Ölümlərdən, bölümlərdən,*zülümlərdən keçən yollar*

Mirvarid Dilbazi199315 dəq
Yeni əlifba haqqında mənzumə

Bu daimi olmayan dünyada mənim ömrüm,Həsrət və qüssə ilə başa çatdı.

Mirzə Fətəli Axundzadə6 dəq
Leyli və Məcnun, fəsil 33

Məcnun vəhşilər arasındaƏfsanə yaradan bir sahib hünər

Nizami GəncəviMəsnəvi9 dəq