Cəlil Məmmədquluzadə · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Həmişə təzə işlər şəhərdə baş verir, sonra da kəndlərə gedib çıxır.Təzə ixtiralar, təzə maşinalar, qramafonlar, radiolar və cavanlaşmaq dərmanları bunlar hamısı, əvvəlcə, böyük şəhərlərdə xəlq olunub, sonra kəndlərə də gedib çıxır.
Xala xətrin qalmasın!İndi heç bir türk qəzeti yoxdur ki, orada yeni hürufat işləməsin.Amma burada bir məzəli iş var: “Yeni hürufat” ilə çap olunan məqalələr əvvələn, qəzetlərin lap qurtaracağında yazılır və ikinci də budur ki, yeni hürufatla çap olunan əhvalat xırım-xırda və əhəmiyyətsiz xəbərlərdir; məsələn, Naxçıvanda yay tətili zamanı müəllim və müəllimələr səhərdən-axşamadək nərtəxtə oynayırlar, ya da ki, Borçalıda Qaraquş kəndində Zeynal Cəbrayıl oğlu Qəhrəman Mikayıl oğlunu itələdi, yıxdı arxın içinə, Qəhrəman da arxdan çıxıb, Zeynala yaman dedi.
Nisyə mal ötürməkSöhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək.Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir.
Latın hürufatı və ingilislərBu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır.Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar).
Özümdən böyük sözlərSöhbət sığorta işləri barəsindədir.Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.
İran “tacir”ləriMəlumdur ki, bir az vaxt bundan qabaq Bakıda bir neçə nəfər İran “taciri” yerli hökumət tərəfindən həbsə alınıbdır. Səbəbi də bu imiş ki, həmin “tacir”lər məxfi surətdə qızıl pul alış-verişinə məşğul imişlər, bir surətdə ki, qızıl pul ticarəti hökumət tərəfindən qədəğəndir; o səbəbə qədəğəndir ki, bir belə alış-verişin əhali üçün zərərindən başqa bir mənfəəti ola bilməz, hökumətin maliyyə siyasətinə də böyük zərbədir; çünki qızıl pulu qeyri-təbii surətdə qalxızır və çervon pulu da yenə qeyri-təbii surətdə aşağa yendirir.Və lakin Molla Nəsrəddinin dünyasına həmin işlərin dəxli yoxdur; ancaq bizi danışdıran bir məsələdir ki, o məsələni qoyub keçə bilmədik.
Həmi yaxşı, həmi pis, yaxud meymunBu il Bakıda vəhşi heyvanların görsənişi əhali üçün və xüsusən məktəb şagirdləri üçün yaxşı bir iş oldu. Orada elə heyvanları görmək müyəssər oldu ki, qeyri vaxtda onları görmək mümkün deyil: necə ki, şir, pələng, ilan, kenquru, dəvəquşu, kaftar və qeyriləri.Kaftar dedim-adam soymaq yadıma düşdü. Xülasə, bilmirəm bu söz hardan fikrimə gəldi.
Traktor və əli şiəsiTraktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa.Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir.
Qəzalarda yol məsələsi“Kəndli qəzeti” axır nömrəsində qəzada olan yollardan söhbət açmışdı.Yol məsələsi əhəmiyyətli məsələlərin biridir və bu barədə mərkəzi icraiyyə komitəsinin Lənkəranda olan iclasında çox danışıq oldu və xeyli mübahisə üz verdi.
Mərkəz və qəzalarYaz əkini kampaniyasına dair*Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir.
Qurban bayramı və quldur yığıncağı“Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin.Amma, nə vaxt?
Bitərəflər və dinM. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca*“Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər.
AllahHərçənd ki, bu məqaləmin adını mən başdan “Allah” – deyə yazıram, ancaq burada mən “Allah”dan danışmaq istəmirəm, yeni hürufatdan və köhnə hürufatdan danışmaq istəyirəm.Başdan “cənab Allahın” adını zikr eləməyimin də iki səbəbi var: bir səbəbi budur ki, ümumiyyətlə, hər bir işə iqdam edən hər əhliimanın borcudur ki, yeri-göyü yox yerdən yaradan xaliqi yada salsın.
Yaşasın belə millətRus-Yapon davasından sonra, Qafqaz millətlərinin burnuna bir cüzvü hürriyyət qoxusu dəyən kimi, qəzetlər hərə öz millətini alqışlamağa başlamışdılar. Habelə o vaxt Bakıda çıxan türk qəzetləri də bir səs ilə bağırırdılar:– Yaşasın belə millət, yəni yaşasın bizim türk milləti!
İkinci sənayeləşdirmə istiqrazıBir para az bilən adamlar qəzet idarələrinə məktublar yazıb hey soruşmaqdadırlar ki, aya bu ikinci dəfə sənayeləşmə istiqrazı ki, elan olunur, aya, bu istiqraz vərəqələrindən hasil olan məbləğ nəyə sərf olunacaq?Və qəzet idarələri də doğrudan da cavab verdilər ki, bu pullar sərf olunacaq əvvəla – Şuralar ölkələrində fabrik və zavod təsis eləməyə.
Çadra və papaqÇadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.
Rus keşişləri ilə siğəHəmişə rus kilsəsinin qabağından keçəndə görürsən ki, kilsədə ibadət sovuşandan sonra oradan uzunətək bir keşiş çıxır və rus camaatının da qocaları kişi və övrət, – çoxusu qədimdə Nikolay dayının çinovnikləri, – həmin keşişi əhatə edib, dalınca gedirlər. Bəzi dindarlar küçədə getdikləri yerdə keşişin ətəklərini də və əllərini də öpürlər; hələ çox vaxt torpağa səcdəyə də düşən olur.Həmin möhtərəm keşiş ən böyük xəlifədir. Bundan kiçikləri adi keşişlərdir ki, onların hörməti mömin xaçpərəstlər içində yenə öz qaydasıncadır.
Dindar firqəçi yoldaşlarŞura seçkiləri münasibətilə*İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?
Pillə-pilləNecə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq.Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir.
Zəng orada çalınmırAğahüseyn yoldaş günlərin bir günü “Molodoy raboçi” qəzetinin 15-ci nömrəsini alır əlinə ki, oxusun, buradaca yoldaşı yuxu tutur, huşa gedir və yuxuda görür ki, pedaqoji texnikumun müdiri P. Qasımov özü kimi bir əksinqilabçılar dəstəsi düzəldib, Şura hökumətini yıxmaq fikrindədirlər. P. Qasımovun əksinqilabçı yoldaşları bunlarmış:1) Müəllim Cəmobəy Cəbrayılbəyli, 2) müəllim Musaxanlı, 3) müəllim və şair Hüseyn Cavid.
Dinc ol, səbrini dərAyağı bir-bir qoyarlar pilləkana.Tədriclə. Yaxşı, yaxşı. Ustubnan.
Xurcun və çamadanHekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Gecənin sahibsiz vaxtıYay zamanı gecələr Bakıda şəhəri mühafizət etmək üçün kifayət qədərincə milis nəfərləri vardır; ancaq yay gecələrinin ikicə saat sahibsiz vaxtı var: o da sübh saat dörddən saat beşə və altıya kimidir.Həmin iki saatın müddətində, – mən milis nəfəri tərəfindən üzü istəyirəm, – bu vaxt şəhər bunların ixtiyarından çıxıb keçir aşağıda saydığım vətəndaşların ixtiyarına:
Xam xəyal edirlərXam xəyal edirlər o məsul işçilər ki, onların öhdəsinə qoyulan vəzifəni səhl sayırlar. Nəticəsini axırda görəcəklər.Xam xəyal edirlər ingilis hökumətinin əfqan nümayəndələri o yerdə ki, Beççeyi-Səqqaya göstərdikləri maddi köməkliyi məxfi hesab edirlər; Beççənin cəmi qoşunları bu saat ingilis tüfəngləri ilə tüfəngləniblər.
TəmizlikMən uşaqlıqdan eşitmişdim ki, təmizlik yaxşı şeydir. Hətta şəriət də təmizliyi xoş tutur (izaleyi-nəcasət).Sonralar, böyüdükcə görürdüm ki, təmizlik doğrudan da, yaxşı şeydir. Hətta hər barədə geridə qalan İran şəhərlərində də bəzən təmizlik asarını görərdim və bunu da görərdim ki, təmiz olan məkandan azarbezar uzaq gəzir və natəmiz yerləri və insanları azar-bezar dost tutur.
Namaz qılan və tramvay çəkənBirisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib; birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə binamaz şura mühəndisləri bu günlərdə Bakının Dağ məhəlləsinə tramvay çəkib qurtardılar.
Yaponiya və biz“Vışka” qəzeti 11 noyabr nömrəsində yazır ki, Yaponiyada paravozun təmiri 6 gün çəkdiyi yerdə bizlərdə haman paravozun təmiri 30 gündən 80 günə kimi çəkir.Buradan mən bir müşabihə götürürəm, bir dindar adamı və bir də dinlə işi olmayan Allah bəndəsini. Bu iki adama iş tapşırsan flan vaxta hərəsi öz işini qurtarsın. Əlbət ki, ikincisi işini qabaqkından tez qurtaracaq: səbəbi budur ki, işin şirin yerində qabaqkı dindar yoldaş cibindən saatını çıxarıb deyəcək: bəh, namazımın vaxtı keçdi.
MüsəlmançılıqNəinki bircə dağlıq yerlərdə, hətta aran yerlərdə də kənd camaatının çoxu yer altında qazmalarda yaşayır.Mən ki, deyirəm yaşayır, əlbəttə ki, bu bir səhv sözdür; yaşamaq deyil, ölümə müntəzir olmaqdır. Min illərcə əhalinin qolçomaq sinifləri–xanlar və hökmranlar kənd əhalisini korşuda-korşuda insanlıqdan çıxarıb, yerin altına pənah aparmağa məcbur qılıblar.
Molla əminin təklifiBu təklifi məndən qabaq cavan yoldaşlar ortalığa qoya bilərdilər və gərək də qoyaydılar.Söhbət xaçpərəst və islam tarixləri barəsindədir.
Yeni ibtidai məktəbdə Azərbaycan diliBudur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150).Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.