Əvhədi Marağalı · Məsnəvi
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Allahı əvvəldən tanımasan sən,Heç vaxt doğru çıxmaz şəhadət kəlmən.
Cami-Cəm, fəsil 87İnsan maneədən gərək olsun gen,Ta ona xəlvətdə hüzur verilsin.
Cami-Cəm, fəsil 90Fikrində din varsa, dirhəmsiz dolan,Budur ilk addımı aşiqin hər an.
Cami-Cəm, fəsil 96Riyayla Allaha tutma üzünü,Hiyləylə araya soxma özünü,
Cami-Cəm, fəsil 97Müamilə üçün olmasa bir söz,Ağıl ondan ötrü bəhsə girişməz.
Cami-Cəm, fəsil 101Müxlislər fikirə dalmışlar yaman,Ehtiyat edirlər işin sonundan.
Cami-Cəm, fəsil 103Ağzın qənd dadmaqçün, gəl şükr elə sən,Küfr adı çəkmə ki, lənətlənəsən.
Cami-Cəm, fəsil 105Mərhəmət göyləri ürəkdir, gerçək,Fani olan deyil, əbədi ürək.
Cami-Cəm, fəsil 114Ustad tap, sonra da dürr deş hər zaman,Onda baş ağrısı çəkməz bir insan.
Cami-Cəm, fəsil 119Kəssə əlaqəni bədən ilə can,Xaric ola bilməz can iki haldan.
Cami-Cəm, fəsil 122Durmuş bir gün İsa yoldaşlariləÖz tələbələri, sirdaşlarilə.
Cami-Cəm, fəsil 131Bu yeni qaydalı əsərə, ey Haqq!Ki dindən, ağıldan doğulmuş ancaq,
Cami-Cəm, fəsil 2Ey ağla, kamala yaraşıq verən!Ey cism ilə cana lütf göstərən.
Cami-Cəm, fəsil 3Tərslik etmirsənsə, Əvhədi, dayanLazım olmayanı istəmə ondan.
Cami-Cəm, fəsil 18Sən ey həqiqəti axtaran insan,Bu incə sözlərə üz çevir bir an.
Cami-Cəm, fəsil 26Bu iki ruhun da əlaqəsi həmArtıb-çoxaldıqca, olduqca möhkəm,
Cami-Cəm, fəsil 27İlk gündən ağlayıb haray çəkəcək,Dayə axtaracaq, süd istəyəcək.
Cami-Cəm, fəsil 36Zülmün zülmətindən zülmət olar yol,Ədalət olmalı qoşuna sağ-sol.
Cami-Cəm, fəsil 43Ey qəsrin yanında saray tikdirən,Heç piyi quyruqda əritmə gəl sən.
Cami-Cəm, fəsil 45Qadın xoş gəlsə də gözə nə qədər,Çirkindir, evyıxan olarsa əgər.
Cami-Cəm, fəsil 48Vaiz huriləri vəsf eyləyirdi,Yaxşı əməllərdən söz söyləyirdi:
Cami-Cəm, fəsil 49...Sən nəsil törətmək fikrində olsan,İsmətsiz qadınla evlənmə, dayan.
Cami-Cəm, fəsil 51Bir ata oğula öyrətdi yaraq,Həm kəmər bağladı, həm verdi papaq.
Cami-Cəm, fəsil 76Gəl bu cavanlığı taətdə keçir,Acizlik gününü yadına sal bir.
Cami-Cəm, fəsil 91Ruh ilə ağıldan güc alar ürək,Bədənə güc verər su ilə çörək.
Cami-Cəm, fəsil 93Üzünü nə qədər örtsə də canan,Ona qovuşmağa aşiq atır can.
Cami-Cəm, fəsil 100Var olsun o yoxsul sərgərdanları,Bax, para-paradır canı, paltarı.
Cami-Cəm, fəsil 111Bir rəngdə olsa da nurla can əgər,Yenə bədənlə də yaxınlıq edər.
Cami-Cəm, fəsil 118Əvvəldə etmişdim səni xəbərdar;Üç ruh bədən ilə daim olur yar.
Cami-Cəm, fəsil 127Kim bəhrəsiz qalsa elmdən, dindən,Canını alarlar güclə bədəndən.