Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür

Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür,Gözündə hər muradı, tazə-can ölmək nə müşküldür.

Molla Vəli VidadiQəzəl1 dəq
Ay könül

Mən sevdim, bir özgə yan apardı,Neyləsin bu yerdə fağır, ay könül?

Aşıq Nəsib1 dəq
Dur uru, ey saqi, billah, xoşxiram

Dur uru, ey saqi, billah, xoşxiram,Cami-Cəmdən nuş edüb sərxoş həram.

HəbibiQəzəl1 dəq
Püstə nə deyər, bəhsini eylər o dəhanın

Püstə nə deyər, bəhsini eylər o dəhanın,Ağzına bax ol ağzı açuq hiç mədanun.

Sadıq bəy ƏfşarQəzəl1 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

İlyas Əfəndiyev3 dəq
Ayrı

Niyə məni dərdi-hicran,Öldürür ol yardan ayrı.

Məhəmməd bəy Aşiq1 dəq
Dirilik nədir?

Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyan olamaz zənnindəyiz. Dünyanın mütəməddin *(mədəni)* millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub *(silahlanıb)*, biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi *(qəbuletmə)* ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar. Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor *(əziz tutur)* və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus *(xüsusən)*, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor. Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında *(lazım olanda)* yaşamağı belə fəda edə biləcək qədər, rəşid *(qorxmaz)* olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar. Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda *(varlıqlarda)* qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi *(da)* öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar. İnsanlar bilafərq *(fərq qoymadan)* millət və məzhəb düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran *(abadlıq)* iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən *(bölüşdürərkən)*, diri millətlər özlərinə hər kəsdən ziyadə *(çox)* pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik mənayi-həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut (mücərrəd, məlum olmayan kiçik hissə) düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə *(insanların işlədiyi yerlər, zavodlar nəzərdə tutulur)* ən süfla *(aşağı)* xidəmətlər ifa edən fəsil əmələlərdir *(kiçik işçilərdir)*. Neft mədənlərində çalışan “çornı raboçilər” kimi. Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim *(qayıdaq)*: Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari *(oruc tutmayan)* və onlardakı tərəqqi və imranın əsir və dəstgiri *(köləsi)* olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə *(qəpiyə)* dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar. Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən *(yerlə bir edən)* topların müqabilində köhnə karvansaraların halı nə olar? Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm *(dörd gözlə)* ilə gözləyən bir abidin *(insanın, qulun)* hüzuri-qəlbilə razi-niyazına *(duasının sirrinə)* da kafi gəlməz. Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim *(doğru)* düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə” *(Dünya axirətin tarlasıdır)*. Məzrəəni *(tarlanı)* abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir. Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı *(əsas mənası)* isə dünyapərəstlikdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. “Milli dirilik” mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə *(oxucularıma)* vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə (bitirməklə) xətm məqal edəcəyəm *(məqaləni bitirəcəyəm)*. Dirilik nədir? Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edir.

Məhəmməd Əmin Rəsulzadə19144 dəq
"Usta Zeynal"

Bu yaxınlarda Mirzə Cəlil Məmmədquluzadənin maraqlı bir hekayəsi həmin başlıq altında ayrıca kitabça şəklində çapdan çıxmışdır. Yumoristik "Molla Nəsrəddin" jurnalının redaktoru olan müəllif Azərbaycan ədəbiyyatında "Poçt qutusu", "Kişmiş oyunu", "Səkinə" və başqa hekayələri ilə də məşhurdur.Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri, bizim Şərq yazıçı və şairlərində olduğu kimi, boş fantaziyanın məhsulu deyildir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun, müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir.

Firidun bəy Köçərli19065 dəq
Qəzəl: Xəndeyi-ləli-ləbin qönçəni xamuş etdi

Xəndeyi-ləli-ləbin qönçəni xamuş etdi,Nərgisi-məsti gözün şivəsi mədhuş etdi

Nitqi Şirvani1 dəq
Bilməzsən

Kamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.

Aşıq Əsəd1 dəq
Səni

Bir gecə mən sənə mehman olanda,Sən məni istədin, ha mən də səni,

Aşıq Hüseyn Bozalqanlı1 dəq
Gülğülə saldım genə nöhfələki-əxzərə

Gülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.

Əbülqasim NəbatiQəzəl1 dəq
Gördüm

Çəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.

Aşıq Mirzə Bilal1 dəq
Havalanıbdı

Laçın bərəsindən, şikar evindən,Bir tülək tərlanım havalanıbdı.

Yəhya bəy Dilqəm1 dəq
Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

Süleyman Sani Axundov4 dəq
Qılmısan

Eşitmişəm bir neçə əhvalını,Bir özgəyə əhd-i vəfa qılmısan.

Vardanlı Mücrim Kərim1 dəq
Olmaz

Fürsət əldə ikən yaxşılıq eylə,Həmişə əlində ixtiyar olmaz.

Mücrüm Kərim1 dəq
Olur

Adam var ki, özü qəpiyə dəyməz,Baxma ki, geydiyi simuzər olur.

Xəstə Bayraməli1 dəq
X

Hüquq fakültəsinin buraxılışı üçün verilmiş məzuniyyətin vaxtı bitmişdi. Tələbələr bir-bir kabinetə daxil olub çıxır, müəyyən rayonlara təyin edilib vəzifəyə göndərilirdilər. Onlardan kimisi öz təyinatından razı qalıb sevinir, kimisi də narazı olub deyinirdi. Mehman da öz növbəsində içəriyə girib respublika prokuroruna salam verdi, ortaboylu, enlikürəkli respublika prokuroru ayağa qalxıb Mehmanla görüşdü:– Professor Məlikzadə sizdən çox söyləmişdir, – deyə o siyahıda etdiyi qeydə baxdı, – mən də, düzü, bu təklifi müdafiə edirəm. Doğrudan da, siz hüquq fakültəsində qalıb həm elmi işlə məşğul olar, həm də aşağı siniflərdə dərs deyə bilərsiniz.

Süleyman Rəhimov19445 dəq
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

Mehdi Hüseyn19385 dəq
Yatarlar

Səhərdən oğradım məzərisdana,Əlini dünyadan çəkmiş yatarlar.

Molla Məhəmməd Səfili1 dəq
Tarix

گوهری حمدی که باشد از جواهر آبدارنشر باشد بر فضای در که پرورد کار

Mirzə Nəsrullah bəy Didə4 dəq
29

İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...

İsmayıl Şıxlı19542 dəq
Zalim Şəcər dad əlindən

Zalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.

Aşıq Pəri1 dəq
Ay mədəd

Saqi, bir badə ver, keçdi –Bahar, ay mədəd, ay mədəd!

Əndəlib Qaracadaği1 dəq
Əgərçi xoşdu mənə ətri, həm səfası gülün

Əgerçi xoşdu məne etri, hem səfası gülün,Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.

Xurşidbanu NatəvanQəzəl1 dəq
Qəmginsən nədətı? Söylə, dildar bircə gül

Qəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.

Həsənəli xan QaradağiQəzəl1 dəq
Gəlir

Sallanaraq yüz nazinən,Dilbər-dilbər qızlar gəlir.

Aşıq Camal1 dəq
Sənə bu hüsn, xəyal eyləmə müdam qalır

Sənə bu hüsn, xəyal eyləmə müdam qalır,Çəməndə hansı güli-tər ələddəvam qalır?!

Əbülhəsən RaciQəzəl1 dəq
Bəxtim bana uz verdi, şərabdarə yetişdim

Bəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.

Mir Həmzə NigariQəzəl1 dəq